KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İstanbul qətliamı Türk cəmiyyətini niyə böldü?

İstanbul qətliamı Türk cəmiyyətini niyə böldü?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
526 0

“Rein” barındakı terror ənənəvi sekulyar Türkiyə imicini zədələməklə yanaşı, cəmiyyətdə dindar və dünyəvi kütlə arasında uçurumu daha da dərinləşdirdi

31 dekabr gecəsi İstanbulda törədilən dəhşətli qətliam hələ də gündəmin bir nömrəli mövzusu olaraq qalır. Bir tərəfdən ona görə ki, bir neçə gün əvvəldən terror xəbərdarlığı olmasına və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq İstanbulda gecə klubuna “əlini-qolunu sallayaraq” girib 40 adamı öldürüb, 70-ə yaxınını yaraladıqdan sonra yox olan terrorçu hələ də tutulmayıb.

Son 3 gündə 2 yanlış fotosu yayılan killer hələ də müəyyən olunmayıb. Terror hücumunu İŞİD üzərinə götürüb.

İstanbuldakı terror aktını törədən şəxs klubdakı bütün çıxışların yerini bilirmiş

Hökumət isə Qərbi işarə edir. Türkiyə cəmiyyətində yayılmış fikrə görə, terroru Qərb ölkələrinin xüsusi xidmət orqanları planlayıb və həyata keçiriblər. İcraçının kim olması onsuz da indi o qədər də əhəmiyyət kəsb etmir. Bu səbəbdən də hələlik qətliam hadisəsi ən azı icraçısı müəyyən olunmadığı üçün ciddi müzakirə mövzusudur. Və təbii ki, qatilin tutulmaması, üstəlik hüquq-mühafizə orqanlarının fəaliyyəti cəmiyyətdə ciddi müzakirələrə və tənqidlərə səbəb olub.

Amma İstanbul qətliamının gündəm olmasının ikinci əsas səbəbi cəmiyyətdə ona olan reaksiyalarla bağlı idi. Hər nə qədər olay qanlı terror hücumu, açıq bir qətliam olsa da, həm Türkiyədə, həm də onun “informasiya orbitində olan” Azərbaycanda bu hadisəyə münasibət birmənalı olmadı. Hadisənin yeni il gecəsi, İstanbulun ən bahalı və əsasən elit təbəqənin getdiyi əyləncə mərkəzində baş verməsi tənqidlərə səbəb oldu. Bu təpkilərin bir qismi qətliamın varlıların getdiyi əyləncə mərkəzində olmasından dolayı “sinifi nifrət” şəklində olsa da, əsas ağırlıq “dindar-dünyəvi” kontekstində oldu.

Məlumdur ki, gecə klubu və bu cür yeni il əylənəcləri əsasən dünyəvi camiə üzvlərinin həyat tərzidir. Dindarlar arasında isə gecə klubu məhdudiyyəti olmaqla yanaşı, yeni il əyləncələrinə qarşı ciddi təpki var. Xüsusən də son illərdə Türkiyədə “dünyəviliyin qalaları” hesab olunan məkanlarda belə yeni il proqramlarına, ümumilikdə yeni il şənlikləri qeyd etməyə qarşı əks-təbliğat aparılır. Yeni il şənliklərinin Qərb həyat tərzini simvolizə etdiyi, müsəlmanların həyat tərzinə uyğun olmadığı, aşağılıq kompleksi, təqlidçilik olması ilə bağlı geniş miqyaslı kampaniyalar aparılır.

Konkret olaraq İstanbul qətliamına da “tünd” dindarların reaksiyası məhz bu kontekstdən oldu. Bir qismi ümumilikdə qətliama haqq qazandırdı, çoxlu isə qətlə haqq qazandırmasa da, ən azından ölənlərin də “günahının olduğu” qənaətində idi və bunu müdafiə edirdi.
Bu isə heç şübhəsiz ki, cəmiyyətdə ilk növbədə (hələlik) ciddi fikir toqquşması yaratdı. “Gəzi hadisələri”ndən bu yana açıq şəkil alan “dindar-dünyəvi” uçurumu bir az da dərinləşdi. Əslində normalda Türkiyə cəmiyyətində bu fərqlilik və ya təzad hiss olunmasa da, görünən odur ki, bu cür hadisələr cəmiyyətdə məhz dindar və dünyəvi qruplar arasındakı gərginliyi daha da artırmağa xidmət edir.

Türkiyədə xüsusən də 2000-ci illərin əvvəllərindən başlayaraq dindarlığın əhali arasında çəkisinin arması, hakimiyyətdə dini camiənin təmsilçilərinin olması cəmiyyətdə ifratçı dini fəaliyyətlərə, o cümlədən camaat qruplarının, radikal təkfir cərəyanlarının fəaliyyəti üçün geniş imkanlar yaradır. Hakimiyyət müəyəyn səbəblərdən, dini qrupların və dindar camiənin dəstəyini itirməmək, eləcə də əks cəbhədəki ifrat qarşı əsas silahı olan bu cür qruplara mane olmur. Xüsusən də Suriya, İraq olayları qrupların qol-qanad açması üçün böyük fürsət oldu. İndi isə məlum olur ki, hakimiyyət bu qruplara həddən artıq imkan tanıyıb və bu da narahatlıq doğurur. 15 iyul hadisələri əslində mövcud siyasi komandanın camaatlarla əməkdaşlığı, yaratdığı şəraitin acı nəticəsi idi. Amma indi görünür ki, təhlükə yalnız bir camaatdan deyil. Cəmiyyətdə ifrat dindarlıq və ya radikalizmə meyilli qüvvələrə qapıların açılması son nəticədə dövlətlə yanaşı cəmiyyəttin oturuşmuş tolerant dəyərələr sistemini zədələyir, bölünməni daha da dərinləşdirir. Zənnimcə İstanbulda terroru məhz zənginlərin gecə klubuna planlayanların bir hədəfi də məhz bu bölünmə və gərginlik olub. Türkiyə hökumətinin bu durumun fərqində olması mümkündür.

Amma Yaxın Şərqdə, Türkiyənin özündə cərəyan edənlər, mövcud siyasi şərtlər, ölkənin düşdüyü vəziyyət indi Türkiyənin iqtidar partiyasının və siyasi rəhbərliyinin manevr imkanlarını məhdudlaşdırır. Ancaq şərtlər dövlətin qəti addımlar atmasını tələb edir. Əks təqdirdə, Türkiyəni Yaxın Şərqin Pakistanına çevrilmək təhlükəsi artır. Radikal islamçı şüarların günü-gündın gücləndiyi, dünyəviliyin təhdid altına düşdüyü ölkənin turizm imkanları xeyli darala bilər.

Kənan Rövşənoğlu
Musavat.com

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir