KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: 7 fevral seçkisi və bizi gözləyən perspektivlər

Fuad Gahramanlı: 7 fevral seçkisi və bizi gözləyən perspektivlər

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
67 0

Geosiyasətin demokratiya tələbi və siyasətə strateji baxış.

7 fevral seçkisi bitdi. Seçkini boykot edən müxalifət total saxtakarlıq şəraitndə, heç bir rəqabətin olmaldığı və siyasi azadlıqların məhdudlaşdırıldığı mühitdə keçirilmiş seçkinini qeyri legitim sayıb və onun nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini bildirib.
Azərbaycan xalqı da onun səsinin heç bir rol oynamadığı və səs verə biləcəyi alternativlərin olmadığına görə elə ilk gündən bu seçki imitasiyasından uzaq durdu və səsverməyə qatılmadı.

Hakimiyyət də cəmiyyətin bu seçkiyə qatılmayacağını nəzərə aldığı üçün inzibati resurslardan istifadə edərək dövlət orqanlarından tutmuş özəl sektorda çalışanlara qədər mümkün qədər çox sayda insanı səsverməyə gətirməklə seçkidə kütləvi iştirak görüntüsü yaratmağa çalışdı. Ancaq bu cəhdlərə baxmayaraq cəmiyyətin bu seçkini boykot etməsi təəssüratını aradan qaldırmaq mümkün olmadı. Yəni müxalifətin boykot taktikası baş tutmuş sayıldı.

Aydındır ki, seçkinin boykotunu insanların dəyişklik arzusunun cavabı kimi təqdim etmək doğru deyil. Boykot seçki institunun işləmədiyi bir şəraitdə insanları kütləvi şəkildə seçkiyə gətirib hakimiyyətə legitimlik qazandırmağın qarşısını almaq üçündür. Hakimiyyətin qeyri legitim elan edilməsi isə o zaman dəyişikliklərə yol açır ki, cəmiyyət onun iradəsini təmsil etməyən iqtidara qarşı kütləvi mübarizəyə dəstək vermiş olsun. Başqa sözlə boykot kütləvi siyasi mübarizənin ideoloji-siyasi zəminin yaratmaq və cəmiyyətlə hakimiyyət arasında psixoloji – mənəvi qopuqluğa nail olmaq yoludur.

Görünən odur ki, Azərbaycanın cəmiyyəti hələ ki, indiki sərt qadağalar şəraitində səsvermədiyi hakimiyyətə qarşı açıq meydan mübarizəsi aparmağa hazır deyil. Belə bir şəraitdə müxalifətin hər hansı etiraz aksiyası təşəbbüsü yalnız partiya fəallarının məhdud saylı iştirakına əsaslana bilər ki, bunun da hər hansı bir siyasi nəticə doğuracağını gözləmək real deyil. Azərbaycan müxalifətinə qarşı cəbhə açmış xaricdə yaşayan bir neçə bloggerin bu istiqamətdə etdiyi uğursuz təşəbbüslər isə onu göstərdi ki, nəinki cəmiyyət, hətta bu adamların təbliğatına inanmış öz dinləyiciləri arasından belə bir əlin barmaq sayı qədər bu çağırışlara dəstək verən tapılmadı. Bu reallıq növbəti dəfə təsdiq etdi ki, bütün çağırışlara rəğmən bu gün Azərbaycan cəmiyyəti AXCP və Milli Şuranın apardığı mübarizəyə alternativ sayıla biləcək hər hansı bir prosesdə iştirak etməyə maraq göstərmir.

Bunu anlamayıb hər gün efirdə müxalifəti aşağılamağa çalışanlar isə get – gedə marginaılaşmağa məhkumdurlar. Çünki cəmiyyət gördü ki, sərt avtoritarizm şəraitində müxalifətin edə bilmədiyini “biz edəcəyik” iddiası ilə meydana çıxanların verdikləri bütün vədlər boşa çıxdı və onlar sadəcə olaraq hər gün auditoriya qarşısında demoqogiya ilə, ucuz populizmlə məşğuldurlar.

Bəs çıxış yolu nədədir? Bu seçki nəticəsi ilə bağlı ATƏT-n verdiyi rəy onu göstərir ki, Qərb İlham Əliyevə seçim imkanı verib və bu hesabatla hər iki tərəfə “ayaq yeri” qoyulub. Əgər İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalayacaqsa, o zaman ATƏT-n yekun hesabatı da indikindən fərqli olmayacaq, qüsurlar da deyiləcək, ancaq bu seçki nəticələrinin faktiki olaraq qəbul edilməsinə maneə olmayacaq. Çünki bu seçkinin nəticələrinə əsasən İlham Əliyevin hakimiyyəti qeyri legitim elan olunarsa, o zaman o dövlət başçısı kimi Ermənistanla sülh müqaviləsini necə imzalayacaq? AB Şurası prezidenti Şarl Mişelin seçkidən dərhal sonra İlham Əliyevi arayıb təbrik etməsi ilə eyni vaxtda sülh danışıqlarını müzakirə etməsi o deməkdir ki, istədiyi kimi seçki keçirdikdən sonra indi addım atmaq növbəsi Əliyevindir və o, sözünü tutub yubanmadan sülh müqaviləsini imzalamalıdır.

Yox, əgər İlham Əliyev bu dəfə də Qərbi aldatmaq, yola vermək fikrinə düşsə və ölkədə repressiyaları da davam etdirsə, o zaman ATƏT-n yekun hesabatı çox sərt olacaq və seçkilərin nəticələri də qeyri legitim sayılaraq Azərbaycan hakimiyyətinə qarşı ən sərt ritorikadan istifadə olunacaq. Bununla da Azərbaycan iqtidarına qarşı sanksiyaların yolu açılmış olacaq. Açığı İlham Əliyevin ən azı öz maraqlarına görə belə bir yol seçəcəyi real görünmür.

Bəs hər iki variant bizə necə təsir edəcək? Birinci halda Ermənistanla sülh müqaviləsi imzalanandan sonra Azərbaycan istər istəməz Rusiyadan ayrılıb Qərb – Türkiyə vektoruna daha çox yaxınlaşacaq və sülhdən sonrakı məsələ Azərbaycanın AB – yə inteqrasiyasına yol açan demokratik islahatların gündəmə gəlməsi olacaq, çünki bu geosiyasi bir məsələdir. Buna inamsız yanaşanlar nəzərə alsınlar ki, İlham Əliyevi Putinin iradəsinin ziddinə sülhə vadar edə bilənlər , öz geosiyasi maraqlarına görə onu AB – yə inteqrasiyaya yol açan addımlara da vadar edəcək gücdədirlər.

Yox, əgər İlham Əliyev Qərbə verdiyi sözü tutub Ermənistanla sülhə getməyəcəksə, o zaman Qərb bir çox problemlərlə yanaşı demokratiya məsələsini də qabardaraq sanksiyalarla Azərbaycan hakimiyyətini küncə sıxacaq. Avropa Şurası ilə bağlı baş verənlər bunun ilk xəbərdarlığı idi. Azərbaycan hakimiyyətinin sahib olduğu iqtisadi və təhlükəsizlik resurslarını, eləcə də regiondakı qüvvələr tarazlığın nəzərə aldıqda görəmək çətin deyil ki, Bakının bu vəziyyətdə uzun müddət Qərbə qarşı müqavimət göstərə bilməz. Zatən İlham Əliyevin müqavimət göstərmək fikri olsaydı, o zaman seçkini qabağa çəkmədən elə 2025 – ci ildə elə öz vaxtında keçirərdi də. Əgər, o Qərblə strateji qopma kursu seçməyi düşünsə idi, zaman onun üçün 2024-cu illə 2025 – ci il arasında da elə bir fərq olmazdı və seçki də öz vaxtında keçirərilərdi. Demək ki, o da qəbul edir ki, o yaxın gələcəkdə oyun qaydaları artıq dəyişəcək, Qərbin tələbləri bizim ölkədə keçərli olacaq və indiki kimi saxta seçki tamaşası qurmaq mümkün olmayacaq.

Nəticə: Hər iki halda demokratikləşmənin qarşısını kəsmək mümkün olmayacaq və bu məsələ bu gün təkcə Azərbaycan xalqının deyil, həm də geosiyasi bir zərurətin tələbidir. Bu gün demokratiyanın geosiyasi zərurətə çevrildiyini anlamayanlar gələcək demokratikləşmə prosesində mövcud hakimiyyətə qarşı siyasi alternativ olan AXCP – nin üzərinə düşən missiyanı da başa düşmürlər. Məhz dediyimiz şərtlər yarananda ölkədə AXCP – dən başqa cəmiyyəti kütləvi siyasi mübarizəyə cəlb edərək
demokratiyaya keçidi təmin edəcək hər hansı təşkilatlanmış güc yoxdur. Kimin xoşuna gəlib gəlməməsindən aslı olmayaraq bu reallıqdır. Gerisi boş iddalardır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir