KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İsa Qəmbər ABŞ Dövlət katibi müavininin köməkçisi ilə görüşdü

İsa Qəmbər ABŞ Dövlət katibi müavininin köməkçisi ilə görüşdü

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
310 0

Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının prezidentliyə namizədi İsa Qəmbər ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinklə görüşüb. Bu haqda “Basta”ya Müsavat Partiyası mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələri, bir sıra regional proseslər müzakirə edilib.

İsa Qəmbər Azərbaycanın qarşılaşdığı daxili və xarici problemlər haqda danışıb, Qarabağın işğalı, demokratiya, siyasi və iqtisadi azadlıqların boğulması, siyasi məhbus məsələsi və digər problemlərin səbəbləri və həlli yolları barədə fikirlərini bildirib.

Xanım Brink öz növbəsində ABŞ-n Azərbaycanla münasibətlərə hərtərəfli yanaşdığını, o cümlədən demokratiya və insan haqları məsələsinə ciddi önəm verdiyini söyləyib.

Görüş zamanı əsas müzakirə edilən mövzulardan biri də Azərbaycanda 2018-ci il oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin 6 ay irəli çəkilməsinin və 11 aprelə təyin edilməsinin səbəbləri və mümkün nəticələri olub.

ABŞ səfirliyində keçirilən görüşdə səfir Robert Sekuta da iştirak edib.

Könül Ali kafkassam bakü

Bastainfo.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir