KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İran prezidenti Avropa turnesinde

İran prezidenti Avropa turnesinde

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
305 0

İran prezidenti Avropa turnesinde

Elhan Şahinoğlu

İran prezidentinin Avropa turnesi çərçivəsində ən məhsuldar səfəri Fransaya olub. Parisdə nə az, nə çox düz 20 saziş imzalanıb. Fransanın “Total” şirkəti xam neftin alışına dair İranın “NIOC” şirkəti ilə saziş imzalayıb. “Airbus” şirkəti İrana 118 sərnişin təyyarəsi satacaq. “Vinci” şirkəti İran tərəfi ilə Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarı ilə bağlı saziş imzalayıb. Bundan başqa “Bouygues” şirkəti Tehrandakı “İmam Xomeyni” hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib.

Axı sanksiyalar İran üzərindən yeni götürülüb, necə oldu ki, qısa müddətdə İranla Fransa arasında bu qədər saziş mətni razılaşdırılırdı? Belə sazişləri adətən illərlə hazırlayırlar. Demək, hər iki ölkə sazişlər üzərində sanksiyalar dövründən qapalı şəkildə hazırlaşırmışlar. Bəs Tehran niyə Fransaya üstünlük verdi? Görünür, bu həm də iranlıların Fransa sevgisi ilə bağlıdır. İran şahı da əməkdaşlıqda Fransaya üstünlük verirdi, Parisi çox sevirdi, elə gələcək həyat yoldaşı (əslində ikinci arvadı) Fərəhlə də Parisdə tanış olmuşdu. Şahın düşməni islam inqilabının ideya daşıyıcısı Xomeyni də son mühacirət yeri kimi Parisi seçmişdi, elə ölkəsinə də məhz Fransanın mülki təyyarəsi ilə qayıtmışdı.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir