Anastasiadis ve Pandora’nın Kutusu

南アゼルバイジャンを知ろう 著者:脇坂恵介、ケリム・アスケリー

Cəmiyyətdə qorxu və şiddət hissi yaradan qüvvələr zərərsizləşdirlməlidir

Hasan Oktay: “İndi Suriyada Rusiyanın qarşısına Türkiyəni çıxarmağa çalışırlar”

İrəvanla Tiflis arasındakı təmaslar

Ermenistan, Gürcistan 1 Mart 2017
514

İrəvanla Tiflis arasındakı təmasları diqqətlə izləməliyik. Rəsmi İrəvan şimal istiqamətində blokadanı yarmaq üçün Tiflisə minnətçi düşüb. Ermənistanın baş naziri Karen Karapetyan 23-24 fevral tarixlərində Tiflisdə səfərdə olarkən belə bir ifadə işlədib: “Gürcü həmkarımla Rusiya ilə Ermənistanı birləşdirən dəmir yol xəttinin bərpası məsələsini müzakirə etdik”.

Bu açıqlama Gürcüstanda siyasi qalmaqal yaradıb. Çünki, dəmiryolu Abxaziyadan keçir, Gürcüstanın bu bölgəsi isə Rusiyanın işğalı altındadır. Belə çıxır ki, işğala baxmayaraq, Tiflis Abxaziya üzərindən dəmir yolunun fəaliyyətə başlamasına yaşıl işıq yandırmağa hazırdır. Bu da öz növbəsində dolayısı ilə Tiflisin Abxaziyanı müstəqil subyekt olaraq tanıması anlamına gəlir. Rəsmi Tiflis belə bir anlaşmanın olduğunu inkar etsə də, gürcü rəsmiləri qətiyyətlə “Karen Karapetyanla bu mövzu müzakirə edilməyib” ifadəsini işlətmirlər. Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və müstəqil qərarlar vermək hüququna malikdir. Ancaq Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən dəmiryolu xətti işləməyə başlayarsa, bu Azərbaycanda birmənalı mənfi qarşılanacaq. Çünki, bu dəmiryolu Ermənistanı ayaqda tutmağa imkan verəcək. Elhan Şahinoğlu

Yorumlar