KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hesen Sadıqov: ALBANLARIN TÜRK OLMASINA DAIR QEYDLƏR

Hesen Sadıqov: ALBANLARIN TÜRK OLMASINA DAIR QEYDLƏR

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
309 0

Erməni alimcikləri, onların xarici və daxili havadarları–züytutanları hər vəchlə türklərin Qafqazda, İran yaylasında, İraqda, Şərqi Avropada (Macar tarixçisi Farkas İldiko(7 mart 2014) Macar turançılığının türk əlaqələri) və Anadoluda aborigen olması məsələsinə kölgə salmağa çalışırlar.
Uzun illər sovet ideoloqları türklərin genezisinin tədqiq edilməsinə imkan vermirdilər. Lakin bu heç də o anlama gəlməməlidir ki, bu sahədə tədqiqatlar aparılmamışdır. Albanların türklüyü son illərdə bir çox alimlərin tədqiqinin nəticəsi kimi çox böyük fenomenal hadisədir. Professor Fəridə Məmmədovanın Albaniya tarixi ilə əlaqədar tədqiqatlarını xüsusi ilə qeyd etmək lazımdır.
Açıq və ya zamana uyğun olaraq gizli tədqiqatlar aparılmışdır. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov albanların türklüyü ilə əlaqədar yazırdı:“Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.”
Həqiqətən biz tarixçilərin dünya elmi qarşısında məsuliyyıətimiz və dünya elminə olan borcumuz tələb edir ki, albanların türklüyü ilə əlaqədar tədqiqatları daha da genişləndirək. Hətta rəsmi sovet ideologiyasının mane olmasına baxmayaraq qeyd etdiyimiz və bağqa rus tədqiqatçıları da çox halda elmi ədalət naminə ALBANLARIN TÜRKLÜYÜNÜ qəbul etmişdilər. Türkləri onların-albanların varisi hesab etmişdilər.
Elmi tədqiqat ciddi məsələdir. Siyasi qadağanlara baxmayaraq ciddi tezislərin meydana çıxmasının qarşısını almaq həmişə mümkün olmamışdır. Əldə əsaslı faktlar xüsusi ilə arxeoloji, etnoqrafik, numizmatik, dilçilik asarları olduqda görkəmli alimlərin dediyi kimi “əsaslı faktlara, ciddi maddi nümunələrə söykənən tezislər qəbul edilməli, qarşısında şlyapa çıxarılmalı və təzim edilməlidir.”
ALBANLARIN TÜRKLÜYÜ məsələsi də bu kimi tezislərdəndir. E.ə. III-I minilliklərə aid mixi, yaxud mis mari yazılarda türk mənşəli sözlər, şəxs və yer adlarının müəyyənləşdirilməsi sahəsində ilk elmi addımlar atılmışdır. Məlum oldu ki, türk etnosları ta qədim dövrlərdən(ən azı beş in il əvvəldən) bu ərazinin sakinləri idilər və hələ ən qədim dövrlərdə geniş bir ərazidə türk etnoslarının mütəmadi yerdəyişmələri baş verirdi.
Türk etnoslarının Anadoluda, İran yaylasında, İraqda, hətta Avropada (macarlar) Qafqazda- o cümlədən Azərbaycanda varlığını əsaslı şəkildə təsdiq edən maddi asarlar son 5000 ilə tam təminat verir. Qeyd olunan coğrafiyanın ən qədim aborigenləri türklər və bu ərazidə yaşayan başqa xalqlar olmuşlar.
Tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən–qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi. Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.
Hesen Sadıqov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir