KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “ABŞ-Türkiyə münasibətlərində soyuqluq dövrünün arxada qaldı”

“ABŞ-Türkiyə münasibətlərində soyuqluq dövrünün arxada qaldı”

Hasan Oktay Hasan Oktay - - 9 dk okuma süresi
284 0

Hasan Oktay: ““Soyuq savaş” bitib, artıq nə Amerika sonsuza qədər yanında, nə də Rusiya Türkiyəni sonsuza qədər qarşısında görməməlidir”
ABŞ və Türkiyə arasında yüksələn gərginlik səngiyir. Amerikalı rahib Bronsonun həbsinə cavab olaraq ABŞ Maliyyə Nazirliyinin Türkiyəyə qarşı embarqo qərarından sonra Vaşinqton və Ankara arasında danışıqların bərpa olunması xəbəri yayılıb. Türkiyə mətbuatının yazdığına görə, yaxın iki gündə Türkiyədən nümayəndə heyəti yaranmış böhranı müzakirə etmək üçün Vaşinqtona yola düşəcək.

O da bəlli olub ki, artıq iki ölkə arasında aparılan danışıqlarda müəyyən irəliləyişlər, hətta bəzi məsələlərdə razılaşma əldə olunub. Bu səbəbdən də heyətlər açıq qalan məsələsi razılaşdırmaq üçün gedəcək.

Ancaq Dünya qəzetinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri məlumatı təsdiqləməyib. Ancaq buna baxmayaraq bu xəbərin özü belə Türkiyə birjalarına müsbət təsir edib. Bir gün əvvəl 1 dollar 5,40 lirə səviyyəsində olduğu halda anlaşma xəbərindən sonra 1 dollar 5,19 səviyyəsinə enib. Ümumi olaraq lirədə 3 faizlik bahalaşma qeydə alınıb. Günorta saatlarında yenidən 5,24-ə qalxsa da, ümumilikdə maliyyə bazarında sabitlik qeydə lınıb.

Qeyd edək ki, Türkiyə lirəsi bu ilin əvvəlindən bu yana 38 faiz ucuzlaşıb. Bunun əsas səbəbi isə ABŞ-la münasibətlərdə yaranmış soyuqluq, xüsusən də rahib Bronson məsələsi ətrafında yaranmış gərginlik birja iqtisadiyyatının mövcud olduğu Türkiyədə iqtisadiyyata ciddi təsirini göstərib.

Hazırda Türkiyə və ABŞ arasında anlaşmazlıq 3 əsas istiqamətdə toplanıb. Birinci istiqamət Türkiyənin Rusiya ilə yaxınlaşması, eləcə də Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin alınması müqaviləsidir, hansı ki, buna görə Ankara-Vaşinqton xəttində ciddi narazılıq yaranıb.

İkinci mövzu Suriyadakı anlaşmazlıqlar, konkret olaraq ABŞ-ın Suriya kürdləri ilə əməkdaşlıq etməsi, PKK-nın Suriya qolu olan, Türkiyənin terror təşkilatı adlandırdığı YPG-ni silahlandırmasıdır. Bu mövzu, eləcə də bunun tərkib hissəsi olaraq Menbic rayonunun taleyi ilə bağlı Ankara-Vaşinqton xəttində ciddi soyuqluq qeydə alınıb. Ancaq sonradan iyunun əvvəlində uzun müddət davam edən mzakirələrdən sonra iki ölkə Menbic rayonunun tədricən YPG-dən təmizlənməsi ilə bağlı anlaşma əldə ediblər.

Və nəhayət son hadisələrin birbaşa səbəbkarı olan rahib Bronson. 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib Bronson 15 iyul qiyamında iştirakda ittiham olunur. Onu 2016-cı ildə Türkiyə polisi həbs edib, FETÖ-yə, hərbi çevrilişə dəstək verməkdə ittiham olunur. Hətta bir ara Türkiyə mediasında rahibin hazırda ABŞ-da gizlənən Fətullah Gülənlə dəyişdiriləcəyi xəbərləri yer almışdı.

Ancaq rahibin həbsi Vaşinqtonda Ankaraya qarşı qəzəbi daha da artırdı. Əvvəlcə ABŞ senatorları rahibin həbsi ilə bağlı Türkiyəyə çağırışlar etdi. Daha sonra çağırışlar Türkiyəyə müştərək istehsalçı tərəf kimi iştirak etdiyi F-35 təyyarəsinin satışını dayandırılması ilə bağlı qərara çevrildi. Və ritorika sərtləşdi. ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya qarşı sanksiyaların tətbiq olunacağını bəyan etdi.

Bundan sonra rahib Branson ev dustaqlığına buraxılsa da, gözlənildiyinin əksinə olaraq, Vaşinqtonu razı qalmadı. Amerikalı yetkililər rahibin ev dustaqlığəına buraxılmasını təqdir etsələr də, tamamilə azad edilməli olduğunu bildiriblər. ABŞ vitse-prezidenti Mayk Pens isə bəyan edib ki, rahib Bransonu azad edənə qədər Türkiyəyə embarqolar daha da artırıla bilər. Və bütün bu proses Türkiyədə milli valyutanın dəyərdən düşməsi ilə müşayiət olunub. ötən həftə isə ABŞ Maliyyə Departamenti Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gül haqqında embarqo qərarı verib. Buna cavab olaraq Türkiyə prezidenti də ABŞ-ın iki nazirinə embarqo tətbiq ediləcəyini bəyan edib.

Doğrudur, mediaya çıxan ABŞ-Türkiyə münasibətlərinin yumlaşması xəbəri birjada nəfəslik yaratsa da. aydın məsələdir ki, əgər xəbər təsdiqlənməsə lirədə ucuzlaşma yenidən başlayacaq. AKP hökuməti isə növbəti dəfə ucuzlaşmanın müvəqqəti olduğunu, tezliklə milli valyutanın sabitləşəcəyini bəyan edib. Lakin indi bu açıqlamaya çox adam inanmır. Hökumət yenidən milli valyutaya dəstək kampaniyaları başlatsa da, görünən odur ki, effekti olmayacaq. Bu arada mediada ABŞ rəsmilərindən birinin 1 ABŞ dollarının 7 Türkiyə lirəsinə bərabər olacağını söylədiyi haqda xəbərlər yayılsa da, ABŞ-ın Türkiyədəki səfirliyi bu məlumatı təkzib edib. Səfirlik heç bir amerikalı rəsminin belə bir açıqlama vermədiyini bəyan edib.

Türkiyə-ABŞ münasibətləri düzələcəkmi? Həqiqətən də Rusiya və ABŞ anlaşa biləcəkmi? İki ölkə münasibətləri əvvəlki vəziyyətinə geri dönə bilərmi?

Hasan Oktay ile ilgili görsel sonucu

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyir ki, münasibətlərin pozulmasında bir sıra amillər rol oynayıb. Ekspertin sözlərinə görə, xüsusən də Suriya siyasəti ilə bağlı əvvəlcə ittifaq qurmaları, daha sonra isə Türkiyənin bu prosesdə zərər görməsi və bundan sonra Suriya siyasətini dəyişməsi Vaşinqton tərəfindən risk olaraq qəbul olunub: “Suriyada Əsəd rejiminin nəzarətindən kənarda qalan bölgələrdə Türkiyənin arzulamadığı vilayətlərin təsis olunması Türkiyə-ABŞ münasibətlərini gərginləşdirdi. Və nəticədə Türkiyə Suriyada iki əməliyyat keçirməyə məcbur oldu. Bundan başqa Türkiyənin Rusiya ilə yaxınlaşması, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması Amerika tərəfindən təhdid olaraq qəbul edildi. Və Vaşinqton bunun qarşısını almağa çalışdı”.

H.Oktay deyir ki, bu vəziyyət həm də Vaşinqton üçün sıxıntılar yaradır. Bu səbəbdən də ekspertə görə, ABŞ istənilən halda Ankaranın müstəqil siyasət aparmasını qəbul edəcəkdir. Eyni zamanda həm ABŞ, həm də Rusiya “soyuq müharibə” dövrünün bitdiyini, yeni dönəmdə həm də Türkiyə ilə əməkdaşlıq etmək, onu öz yanında tutmaq üçün çalışacaqlar: “Soyuq savaş” bitib, artıq nə Amerika sonsuza qədər yanında, nə də Rusiya Türkiyəni sonsuza qədər qarşısında görməməlidir. Türkiyə bu mənada özünəməxsus siyasət formalaşdırmağa çalışacaq”.

Bu baxımdan H.Oktaya görə yaxın dövrdə Türkiyə-Amerika əlaqələrində gərginlik yaşansa da, uzun dövrdə xoşniyyətli əməkdaşlıq çərçivəsinə oturacaq: “Türkiyə bir tərəfdən Rusiay ilə isti münasibətlər qurmaqla yanaşı, digər tərəfdən yaxın gələcəkdə Amerika ilə yaranmış problemləri həll etmək üçün aktiv diplomatiya aparır. Bunun gözəl nümunəsi ötən həftə Türkiyə və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşləri idi. Bu mənada artıq kəskin soyuqluq dövrünün arxada qaldığını və anlaşma mərhələsinə girdiyimizi deyə bilərik”.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir