KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Üçtərəfli sülh ile Bölgəyə daimi əminamanlıq gələ bilər

Hasan Oktay: Üçtərəfli sülh ile Bölgəyə daimi əminamanlıq gələ bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
116 0

Biz Ermənistan-türkiyə sərhədini açmağa hazırıq, bu planda top Türkiyə tərəfindədir.

Bu sözləri Ermənistan XİN başçısının müavini Vaan Kostanyan mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ilin iyununda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında razılıq əldə olunub:

Razılıq bir neçə dəfə, o cümlədən ən yüksək səviyyədə, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın zəlzələdən sonra Ankaraya səfəri zamanı təsdiqlənib. Biz həm üçüncü ölkə vətəndaşları, həm də geniş əhali üçün sərhədi açmağa hazırıq. Bu baxımdan top Türkiyə tərəfindədir”.

Məsələni “Sherg.az”a şərh edən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay qeyd edib ki, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr müqaviləsi atəşkəsi təmin etsə də, daimi sülh üçün kifayətli olmadı:

“Çünki rus əsgərləri Azərbaycan torpaqlarına daxil olaraq Qarabağ problemini anonim şəkildə Donbas modeli kimi yenilənməyə çalışırdı. Lakin Ukrayna böhranı, Paşinyanın Rusiya ilə münaqişəsi və Azərbaycanın Laçın dəhlizini bağlaması hadisələri başqa müstəviyə daşıdı. Həmçinin Türkiyə Ermənistanla sülh danışıqlarına keçəndə balanslar dəyişməyə başladı. Paşinyan-Putin münasibətləri gərginləşdikdən və Ermənistan Baş naziri “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” ifadəsini işlətdikdən sonra Rusiya Prezidentinin əli bağlandı. Bundan sonra isə Azərbaycan Donbas modelinə son qoymaq üçün hərəkətə keçdi və Qarabağda konstitusiya qanunlarını qüvvədə saxlayan lokal antiterror tədbirlərinə başladı. Tədbirlərdən sonra isə Paşinyan deyir ki, Azərbaycanla qısa müddətdə sülh sazişi bağlana bilər. Ümumiyyətlə tarixə nəzər salsaq görərik ki, Türkiyə müstəqilliklərini elan edən üç Qafqaz respublikasını tanıdı və sərhəd qapılarını açdı. Amma Ermənistanla diplomatik əlaqələr qurmadı. Daha sonra Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə Türkiyə sərhəd qapılarını bağladı. İndi isə işğal bitib və Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhü ilə bölgəyə daimi əminamanlıq gələ bilər. Bu hər 3 ölkə üçün son dərəcə vacibdir”.
Nihat Müzəffər

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir