KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Sülh müzakirələri gündəmə gələcək

Hasan Oktay: Sülh müzakirələri gündəmə gələcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
133 0

Ukrayna savaşı üçün imkanlar tükənməkdədir

Qərb ölkələrinin Ukraynaya vermək üçün sursatları tükənmək üzrədir. NATO və Böyük Britaniyanın nümayəndələri artıq bununla bağlı xəbərdarlıq ediblər. CNN bildirib ki, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer prosesin dibinin artıq göründüyünü deyib: “Bizə hərbi istehsalı daha da sürətləndirmək lazımdır. Müttəfiqlər müharibə başlamazdan əvvəl büdcələri artırdılar, lakin istehsal gücü artmadı, bu da öz növbəsində müharibə başlamazdan əvvəl qiymətlərin artmasına səbəb olub”.
Böyük Britaniya Silahlı Qüvvələrinin katibi Ceyms Heappi ehtiyatlar tükənsə də, Ukraynaya yardımı davam etdirməyin zəruri olduğunu söyləyib. Heappi əlavə edib ki, Qərbin dayanmağı, Rusiya Prezidenti Vladimir Putinin də avtomatik olaraq dayanması anlamına gəlmir. O da qeyd olunub ki, ABŞ-də daxili siyasi qütbləşmə xarici siyasətə təsir edir ki, bu da müttəfiqlər və tərəfdaşlar arasında ciddi narahatlıq yaradır.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a açıqlamasında vurğulayıb ki, hazırda Ukraynada Rusiya ilə Qərbin savaşı gedir. Analitik bildirib ki, müharibənin Avropaya sıçramaması üçün Qərb ölkələri Rusiyanı Ukraynada tutmağa çalışır: “Savaşı uzun müddət davam etdirmək üçün çox ciddi maliyyə və hərbi dəstək tələb olunur. Ukrayna bunu təkbaşına edə bilməz və təbii olaraq digər dövlətlərdən ciddi dəstək almaqdadır. Əlbəttə ki, müharibə eyniylə Rusiya üçün də ciddi ekonomik kriz deməkdir. Qərb Rusiyanı müxtəlif üsullarla yubandırmaq üçün yeni taktika və strategiya planlayır. Əgər onlar da effektli olmazsa, o zaman Moskva və Kiyev arasında sülh müzakirələri gündəmə gələcək. ABŞ-dəki daxili siyasi çalxantının səbəbi odur ki, Ukraynaya dəstək yükünün əhəmiyyətli hissəsi Amerikanın payına düşür. ABŞ ilə Avropa arasında fikir ayrılıqları mövcuddur. Hətta Amerikanın Rusiya-Ukrayna savaşının Avropaya yayılması iddiası ilə qitə ölkələrini təhdid etməsi də müzakirə edilməkdədir. Əslində, savaşın gedişində Rusiyanın daha da təklənməsi, sanksiyalarla gücdən düşməsi onu məğlub duruma sala bilər. Ancaq görünən odur ki, Qərbdə bununla bağlı vahid mövqe yoxdur. Daha çox Kiyevi sülhə təşviq etmək istəyi ortadadır. Reallıq isə odur ki, həm ABŞ və Avropa Birliyinin, həm Ukraynanın, həm də Rusiyanın savaşı davam etdirmək üçün imkanları ciddi anlamda tükənməkdədir”.
İsmayıl Qocayev
https://sherg.az/gundem/239232

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir