KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiyanın Qara dəniz PLANI – Müharibənin yeni mərhələsinə keçid

Hasan Oktay: Rusiyanın Qara dəniz PLANI – Müharibənin yeni mərhələsinə keçid

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
193 0

Qara dənizdə Rusiya donanmasının Türkiyə ilə açıq silahlı qarşıdurmaya gedəcəyinə şübhə edirəm”. Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

O bildirib ki, Türkiyə NATO üzvüdür, bu addım isə Alyansı da bölgəyə cəlb etmək deməkdir: “Rusiya tərəfi bu cür hərəkətlərlə sadəcə olaraq özünə ikinci cəbhə açacaq”. Bodnarın sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri artıq səkkiz xarici gəmi atəşə tutulub.

Qeyd edək ki, Rusiya taxıl sazişinin uzadılmasından imtina etdikdən sonra Ukrayna limanlarından taxılın türk hərbi gəmiləri ilə daşına biləcəyi ehtimalı ortaya atılıb.

Bununla bağlı “MediaPost”a danışan siyasi şərhçi Hasan Oktay bildirib ki, Rusiyanın dəniz hövzəsinə buraxdığı hərbi minalardan heç kim sığortalanmayıb: “17 iyuldan etibarən Rusiyanın taxıl sazişində iştirakçı tərəf kimi fəaliyyətini dayandırmasına baxmayaraq, hələ də bu yöndə danışıqlar gedir. Bu danışıqlar fonunda Qara dəniz savaş meydanı halına gətirilə bilər. Xüsusilə İsveç ve Finlandiyanın NATO-ya üzvlüyündən sonra Aralıq dənizində üstünlük NATO-ya keçincə Rusiya Qara dənizdə də nəzarəti əldən çıxarmamaq üçün taxıl koridorundakı mövcud savaş gəmilərini aktiv hala gətirmək istəyir.

alt text

Döyüşlər başladığı gündən etibarən Rusiya öncəliklə Ukraynanı Azov dənizindən kənarlaşdırdı. Odessaya qədər sahil boyu əraziləri işğal edərək Ukraynanın dənizlə olan bağlarını qırmaq niyyətində idi. Türkiyə və BMT-nin vasitəçiliyi ilə yaradılan taxıl koridorunda Rusiyanın tələbləri tərəfləri qane etmədiyindən və Rusiyanın öz iddiaları səbəbilə bu saziş yarım qaldı. Rusiya tərəfi iddia edir ki, Ukrayna bu sazişdən milyonlarla pul götürür. O pullar müqabilində silahlanaraq Rusiyaya qarşı müharibə aparır. 17 iyuldan etibarən Rusiyanın çoxtərəfli sazişdən çıxması ilə təhdidlər səsləndirməyə başlaması gözümüzdən yayınmadı”.

Onun sözlərinə görə, Rusiya etiraf edir ki, hər hansı bir şəkildə mülki gəmiləri də vuracaq: “Ukraynadan yola düşən taxıl yüklü gəmilərin Rumıniya və Bolqarıstan vasitəsilə Türkiyə ərazisinə keçid edə bilməsi indi ən aktual məsələlərdən biridir. Rusiya bunu birmənalı şəkildə əngəlləmək istəyir.

Rusiyanın bir neçə gün öncə səsləndirdiyi fikirləri xatırlasaq görərik ki, istər hərbi, istərsə də mülki gəmiləri vura biləcəyinə dair səsləndirdiyi fikirlər artıq xoş təəssürat bağışlamır. Türk gəmilərinin Rus silahlı qüvvələri tərəfindən hücuma məruz qala bilmə faktı istisna edilmir. Çünkü Rusiya etiraf edir ki, müharibə gedən dönəmlərdə həmin su hövzələrinə su altı minalar yerləşdirilib”.

Yaranmış mövcud məsələ ilə bağlı rusiyalı politoloq Baqdan Bezpalko da açıqlamasında bildirib ki, taxıl sazişinin pozulması və Rusiya tərəfinin bu müqaviləni tərk etməsi bir daha bu sazişə qayıtmayacağı anlamına gəlmir: “Həmçinin bildirim ki, Türkiyə və Rusiya arasında siyasi, iqtisadi və turistik əlaqələr güclüdür. Rusiya bu münasibətləri pozacaq heç bir addıma yol verməz. Provokativ təhriklərdən də boyun qaçıraraq adekvat yanaşma sərgiləyir”.

Zərifə Səfərova
https://mediapost.az/rusiya-qara-denizde-nezareti-elden-vermemek-ucun-muharibenin-yeni-merhelesine-kecir

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir