KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ukraynanın Avropa Ittifaqına üzvlük şansı yoxdur

Kamal Aliyev: Ukraynanın Avropa Ittifaqına üzvlük şansı yoxdur

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
320 0

Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın İngiltərədə nəşr olunan”The Financial Times”(www.ft.com)qəzetindəki müsahibəsində maraqlı nüanslar var və şərh etməyə deyər.

Cənab Kuleba deyir ki,Ukrayna Avropa İttifaqı üzvlüyünə namizəd statusu almırsa,deməli,Avropa bizi aldadır.Halbuki,ötən ay Aİ Komissiyasının sədri R.F.Leyen Kiyevə səfər edəndə,Ukraynanın Aİ üzvlüyünə namizədlik statusu ətrafında konsensus əldə edilmişdi.Hətta Türkiyə prezidenti R.T.Ərdogan onda demişdi ki,gərək bizim ölkəyə hücum olardı ki,indi bizə də belə imtiyazı tanıyaydınız.
Türkiyə 1962-ci ildən Aİ-yə rəsmi üzvlük üçün müraciət edib,Avropa Şurasının qurucu üzvlərindən biridir.Soyuq müharibədən sonra Varşava Müqaviləsi təşkilatının üzvləri Aİ-yə daxil olublar.Daha sonra baltikyani respublikalar(2004)Avropa İttifaqına üzv qəbul olunublar.

Yeri gəlmişkən,Ukrayna,Gürcüstan və Moldaviyanın Aİ-yə üzv qəbul etmək üçün 2008-ci ildə əla fürsət yaranmışdı.Lakin o zaman Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Nikola Sarkozi bu planı konkret veto etdilər,daha sonra isə 2008-ci ilin avqustunda Rusiya prezudenti Dmitri Medvedyev(V.Putin həmin tarixdə baş nazir idi)Gürcüstana hücum etmək əmrini verdi.Bu gün Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarətindədir.

Dünən də yazdıgım kimi,Qərb indiki perspektivdə Ukrayna,Gürcüstan və Moldaviyanı Aİ-yə üzv qəbul etmək əvəzinə,onlar üçün Fransa prezidenti Emanuel Makronun Avropa Siyasi İcması adlı modeli təklif etdi.
E.Makron açıq şəkildə bəyan etdi ki,Ukraynanın Aİ üzvlüyü onillikllər çəkə bilər.Zənnimcə,bu,təkcə Makronun deyil,həm də Brüsseldəki Aİ siyasi elitasının fikiridir.Əvəzində,Brüssel Ukrayna,Gürcüstan və Moldaviyaya ASİ çərçivəsində daha artıq imtiyazlar təklif edəcək.Görünür,28 üzvü olan Aİ indiki mərhələdə genişlənməyi məqbul görmür.

Ehtimal edirəm ki,NATO-da yaxın tarixdə Ukraynanı sıralarına qəbul etməyəcək.Hərçənd,NATO müharibədən əvvəl Ukraynayı öz sıralarına qəbul edə bulərdi.Ukraynada 2014-2022-ci illəri arasında(qısa Yanukoviç iqtidarı istisna olmaqla)demokratik və qərbyönümlü iqtidarların dönəmi olub və bu,Aİ,NATO üzvlüyü üçün eyni zamanda imkan idi.Həm Aİ-nin,həm də NATO-nun mənzil qərərgahları Brüsseldə yerləşir,lakin,görünür,Qərb buna risq etmədi.

P.S.Son dəqiqə məlumatı var ki,Çin rəhbəri Şin Pinq Almaniya kansleri Olaf Şolsu Ukrayna müharibəsindən uzaq durmagı xəbərdar edib.

P.P.S Çinin Almaniyaya xəbərdarlıq etməsi,Makronun ASİ ideyası ortaya yeni mənzərə çıxarır.Yəni,bundan sonra Ukrayna ruslarla anqlosaksların yekun hesablaşma mərhələsinə qədəm qoyur.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir