KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiyada bənzər terror hücumları davam edəcək

Hasan Oktay: Rusiyada bənzər terror hücumları davam edəcək

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
41 0

“Rusiya paytaxtındakı dəhşətli terror aktından sonra bütün diqqətlər Moskvaya yönəlib. Hər kəs hadisəni təhlil edib, öz baxış bucağına uyğun fikir bildirir. Hadisəni Ukraynanın, yoxsa, ABŞ-nin nəzarətindəki İŞİD terror təşkilatının Ukrayna cəbhəsinə alternativ olaraq, post-modern bir savaş cəbhəsi açmaq məqsədilə törətdiyi, yaxud Qərbin təhlükəsizlik təşkilatları tərəfindən hazırlanan terror hücumu ola biləcəyini barədə müzakirələr gedir”.

Bunu TNS-ə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

Hasan_Oktay

O xatırladıb ki, terror aktından dərhal sonra hücumda iştirak edənlər tutulub, Kreml hücumun Ukrayna tərəfindən törədildiyini iddia edib: “Baş verənlərə baxanda Ukrayna bunu etmək istəyər. Amma olaya hərtərəfli nəzər salsaq, Ukraynanın işi olmadığını görmək mümkündür. Hadisənin üzərindən bir az keçdikdən sonra Rusiya rəsmiləri də bunu yavaş-yavaş anlamağa başladı”.

KAFKASSAM rəhbərinin fikrincə, bundan sonra, Rusiyanın daxilində böyük bir təhlükəsizlik fitnəsi alovlanacaq: “Rusiya-Ukrayna savaşında Rusiya tərəfdən bu ölkənin tərkibində olan müsəlman toplumlar ön cəbhədə döyüşüb və döyüşməkdə davam edir. Bunun ən bariz nümunəsi Çeçenistan lideri Kadırovdur. İndi Rusiyanın cəbhədə Qərbə qarşı apardığı mübarizədə müsəlmanların Rusiyaya verdiyi dəstəyi aradan qaldırmaq üçün rus xalqının beyninə fitnə salındı. Hazırda Rusiya yeni bir cəbhə ilə üz-üzədir. Artıq bu ölkə cəmiyyətində güvənsizlik toxumları əkilib. Rusiyanın islam dünyasına qarşı İŞİD üzərindən seçəcəyi pozisiya önəmlidir. Bunlar hələ də təhlil edilməyib.

Harada başlayıb harada bitdiyi, kimin tərəfindən ortaya çıxarılıb, idarə edildiyi məlum olmayan İŞİD alqısı ilə Rusiya-islam dünyası qarşıdurması yaradılmağa çalışılır. Bunun Rusiya tərəfi üçün ağır nəticələri ola bilər”.

Hasan Oktay bildirib ki, terror aktlnı gerçəkləşdirən 4 nəfərin dərhal müəyyənləşib, saxlanılması, sorğuya çəkilməsi Rusiyanın uğuru sayılır. Amma cəmiyyətin şüuraltında rus toplumunu bir arada tutan amillər artıq təhlükə zəngləri çalır: “Rusiya rəhbərliyi bu tələyə düşməməlidir. Çünki İŞİD adlanan terror qrupunun İslam dünyası ilə heç bir əlaqəsi yoxdur.

Rusiya saxlanılan 4 nəfərin ifadələrini yaxşı təhlil edərsə, bu işin arxasında İslam dünyasının olmadığını, terrorun siması kimi tanınan İŞİD vasitəsilə Rusiyaya terror hücumu edildiyini görə bilər. İŞİD-in hansısa islam ölkəsi, hətta islam dini ilə əlaqəsinin olmadığı məlumdur.

Əgər bunu görməsə, rinqdə gözübağlı boksçu kimi sağa-sola yumruq atsa, yaxın gələcəkdə bu, Rusiyanın dağılacağı anlamına gələr.

Bu hadisə Rusiya ilə İslam dünyasının münasibətlərini pozmağa hesablanıb. Ukrayna məsələsində Rusiya bir qorxu məngənəsindədir. Rusiya artıq heç bir yerdə güvəndə deyil. Ölkənin daxilində rus xalqı ilə müsəlman xalqların arasına fitnə toxumu əkilib. Ukraynada ön cəbhədə döyüşən Rusiya müsəlmanlarına artıq etibar edilməyəcək. Bu da rus ordusunun ciddi təxribatla üzləşməsi deməkdir. Ölkə rəhbərliyi bu prosesləri görməzdən gəlib, müsəlmanlara qarşı yanlış davransa, Rusiyanın bölünməsi qaçılmazdır. Bu və buna bənzər hücumlar davam edəcək. Məqsəd Rusiyanı dağıtmaq üçün toplumda ayrı-seçkilik yaratmaqdır.

Bu arada terrorçulardan birinin Türkiyədən getdiyini deməsi Türkiyə-Rusiya əlaqələrinə zərbə vurmaq məqsədi daşıyır. Çünki Ukrayna savaşından sonra NATO üzvü olan ölkələrdən təkcə Türkiyə tərəfsiz qalıb, Rusiya ilə əlaqələri davam etdirib. Bu bağ da qırılsa, Rusiya tamam tək qalacaq”
https://tns.az/gundem/44714-rusiyada-benzer-terror-hucumlari-davam-edecek-sensasion-achiqlama/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir