Şimdi yükleniyor

Hasan Oktay: İran niyə İraqa zərbə endirdi?

İran Məhsa Əmininin öldürülməsindən sonra bugünədək baş verənlərdə kürdləri günahlandırır və onların üzərindən ölkədə vəziyyətin gərginləşdirildiyini iddia edir. Buna görə hadisələrin daha da genişlənməsinin qarşısını almaq üçün gecə Şimali İraqda kürdlərin yaşadığı bölgələrə və proseslərin planlaşdırıldığını hesab etdiyi nöqtələrə raket hücumu həyata keçirdi.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor

    Həsən Oqtay

deyib.

Professorun sözlərinə görə, əslində İranda baş verən hadisələr yalnız kürdlərin yox, rejimə qarşı bütöv şəkildə xalqın etirazıdır:

“Rəsmi Tehran isə bunun qarşısını almaq üçün xarici düşmənə ehtiyac duyur. Hazırda Şimali İraqdakı kürdləri təhdid kimi görərək bu ehtiyaclarını qarşılayırlar. Lakin qarşıdakı günlərdə İranın Azərbaycana qarşı daha da aqressivləşəcəyini də düşünürəm”.

Söhrab İsmayıl

https://axar.az/news/gundem/692243.html

Share this content:

Yorum gönder