KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Bölgəyə sülhü ancaq bu ölkələr gətirə bilər

Hasan Oktay: Bölgəyə sülhü ancaq bu ölkələr gətirə bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
115 0

Gürcüstan XİN başçısının Tehranda “3+3″ formatında keçirilən görüşə qatılmamasının bir səbəbi Rusiya-Gürcüstan münasibətlərinin gərgin olmasıdırsa, digər səbəbi bölgədə sülhün bərqərar olacağı təqdirdə Gürcüstanın coğrafi baxımdan tranzit əhəmiyyətini itirmək qorxusudur”.

Bu sözləri türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xarici işlər nazirlərinin birgə bəyanatında diqqət çəkən önəmli məqamlar var: “Birgə bəyanatda ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinə diqqət çəkilir. Problemlərin suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanır. Həmçinin, ölkələrin daxili işlərinə qarışmamaq, təhdidlərin və güc tətbiqinin qarşısının alınması kimi məqamlara diqqət yönəldilir. Bu vurğuya görə, üç Qafqaz ölkəsinin mövcud sərhədləri dəyişdirmədən mövcudluğunu davam etdirməli olduğu qənaəti yaranır. İran əvvəldən Ermənistanın sərhədlərini qorumaq əzmini nümayiş etdirir”.

H.Oktay diqqətə çatdırıb ki, region ölkələri arasında konstruktiv dialoq imkanlarının təmin edilməsində və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” mexanizminin əhəmiyyəti vurğulanır: “Gürcüstan bu görüşə qatılmayaraq Rusiyaya münasibətdə qətiyyətini göstərdi. Ümumən, görüşdə qarşılıqlı etimadın möhkəmləndirilməsində, xalqların rifahında və regionun sabitliyində iqtisadi əməkdaşlığın müsbət rolu vurğulandı. Davamlı sülhün və iqtisadi inkişafın yaradılması məqsədilə ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin gücləndirilməsinə ehtiyac olduğu deyildi. Həmçinin, regionun bütün ölkələri arasında münasibətlərin normallaşması və yaxşılaşdırılması prosesinin davam etməsi alqışlandı”.

Hasan Oktay: Gürcüstan “3+3” görüşünə qatılmayaraq Rusiyaya münasibətdə qətiyyətini göstərdi

Növbəti “3+3″ formatında görüşün Türkiyədə keçirilməsi razılaşdırılıb. H.Oktay deyib ki, bu cür təmasların davam etdirilməsi regional sülh baxımından əhəmiyyətli olsa da, reallıq odur ki, bölgəyə sülh ancaq Ermənistan, Azərbaycan və Türkiyənin üçtərəfli görüşləri ilə gələ bilər. “Bundan kənarda davamlı və qalıcı sülhün bərqərar olması çətin görünür”, – deyə Hasan Oktay vurğulayıb.

Aydın Baxış
https://bakivaxti.az/az/posts/detail/bolgeye-sulhu-ancaq-bu-olkeler-getire-biler-aciqlama-1698325000

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir