KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Amerika qəsdən Ukrayna məsələsini ən yüksək gərginlik nöqtəsində saxlayır ki..

Hasan Oktay: Amerika qəsdən Ukrayna məsələsini ən yüksək gərginlik nöqtəsində saxlayır ki..

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
110 0

Türkiyəli Ekspert: “Amerika Ukrayna məsələsini ən yüksək gərginlik nöqtəsində saxlayır ki, Çin məsələsində Rusiya məhz Amerikanın tərəfində olsun”

Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin Direktoru Hasan Oktay gərginləşən Rusiya Ukrayna münasibətlərinin gözdən qaçan məqamları ilə bağlı Moderator.az-a açıqlama verib:

“Bütün dünyanın gözləntisi bu gərginliyin sülhlə bitməsidir və bu səbəbdən də Ərdoğan Ukraynaya səfər edərək, Ukrayna ilə Rusiya arasında vasitəçilik edə biləcəyini bəyan etdi. Eynilə Britaniyanın Baş naziri və Fransa prezidenti də Ukraynaya səfərlər edərək müharibənin başlamasının qarşısını almağa çalışırlar. Burada əsas məsələ Ukraynanın nə istədiyindən daha çox, Rusiyanın nə istəməsidir. Ukrayna bu gərginliyi artırmaqla, bəlkə də Qərbin dəstəyini alaraq, ərazilərini işğaldan azad etməklə Ukrayna xalqını milliləşdirmək və diqqəti işğal etdiyi torpaqlara çəkmək istəyir.

Rusiya isə Ukraynanı özünün uzantısı kimi görür və əgər Ukraynanı əldən verərsə, Ukrayna NATO-ya üzv olarsa, bunu öz suverenliyinə və təhlükəsizlik hüquqlarına hücum hesab etdiyi üçün Rusiya sona qədər müqavimət göstərəcək. Qərb dünyası Ukraynanın ərazi bütövlüyünü tanıdığından bu işğala son qoymaq istəyirlər.

Əslində gözdən qaçan əsas məqam isə Çinlə bağlı Amerika ilə Rusiya arasında sövdələşmədir. Xüsusilə Amerika Ukrayna məsələsini qəsdən ən yüksək gərginlik nöqtəsində saxlayır ki, Çin məsələsində Rusiya məhz Amerikanın tərəfində olsun. Çünki Rusiya gərgindir və bu qədər gərginliyə gec-tez tab gətirə bilməyəcək. Son nəticədə ya ABŞ-a “hə” deyəcək, ya da Ukrayna ilə müharibəyə girib, böyük iqtisadi çətinliklər yaşayacaq. Qərb məhz Ukrayna müharibəni əsas gətirərək Rusiyaya embarqo qoyacaq və Putindən sonrakı Rusiyanın planlaması aparılacaq.

Ukrayna Rusiya münasibətlərinin gərginləşməsi və ya yeni bir müharibə başlaması, Çinə ən azı beş il vaxt verilməsi deməkdir. Hazırda qərb dünyası Çinin artan dayanılmaz inkişafının qarşısını almaq üçün bu ölkəyə qarşı ən qısa zamanda reallaşacaq əməliyyatı nəzərdən keçirir”.

Leyla Şah
https://moderator.az/dunya/411498/amerika-ukrayna-meselesini-en-yuksek-gerginlik-nqtesinde-saxlayir-ki/?fbclid=IwAR3AagTtXimqmMQKHe-SbeeahS14lAmdoEaVRNGNTlpvVwJ5xP9S_QNVM0M

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.