KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Ərdoğanın Nigerə dəstək çıxmasının səbəbi nədir?

Hasan Oktay: Ərdoğanın Nigerə dəstək çıxmasının səbəbi nədir?

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
149 0

– Türkiyəli siyasi şərhçidən AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigerə gözlənilən hərbi işğala qarşı çıxış edib: “Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Nigerə hərbi müdaxilə qərarını ədalətli hesab etmirəm. Nigerə hərbi müdaxilə qeyri-sabitliyin Afrikanın bir çox ölkəsinə sıçrayacağı anlamına gələcək”.

Bundan əlavə, o, Niger xalqını Türkiyəyə qardaş adlandırıb və vətəndaşların demokratiyanı bərpa edə və yeni seçkilər keçirə biləcəklərinə ümid etdiyini bildirib.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən türkiyəli siyasi şərhçi Hasan Oktay bildirib ki, Fransada son zamanlarda meydana gələn hərəkətlilik istər istəməz dünyanın diqqətlərini üzərinə çəkməkdədir. Bir ildir davam edən Rusiya və Ukraynanın taxıl koridoru üzərindən Afrikaya qida dəstəyinin kəsilməsi, Afrikada ciddi anlamda bir hərəkat formalaşdırdı. Afrikada Fransa siyasətinə qarşı Çin və Rusiya dəstəyi ilə müəyyən dərəcədə dəstək hiss edən xalq kolonizatsiyadan can qurtarmaq üçün hətta siyasi çevrilişə də əl atdı.

Bu hadisələr fonunda Fransa silahlı qüvvələri ölkəni tərk etməyı başladı. Öncə Malidən başlayan üsyanların daha sonra Nigerə də sıçradığını müşahidə etdik. Ən başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bir çox ölkə liderləri Niger xalqına qarşı divanların tutulmasını qəti şəkildə pislədi. Türkiyə Fransanın Çin və Rusiya ilə rəqabətində yarana biləcək münaqişələrin qarşısını ala bilmək və Afrika xalqını müdafiə etmək üçün Niger xalqı ilə yaxından maraqlanır. Türkiyə dini və mədəni bağlara söykənərək Afrika ilə tarixi əlaqələri həm də bərpa etmiş oldu. Son 100 ildə İngiltərə və Fransa Türkiyənin bu bölgədə təsir gücünü azaltmağa müvəffəq olsa da, artıq 50 ildir ki, Türkiyə-Afrika münasibətləri əvvəlki etibarlılıq durumuna qayıdır. Bu səbəbdən Türkiyə prezidenti Ərdoğan Afrika xalqlarını Çin, Rusiya, İngilis, Fransız rəqabətində hədəf ölkəyə çevrilə bilmə ehtimalından müdafiə edir”.

Qeyd edək ki, “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, avqustun 21-də Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrin hərbi aerodromlarında Nigerə mümkün hərbi müdaxilə üçün hazırlıqlara başlanılıb.

Xatırladaq ki, üsyançılar cəmiyyətin devrilmiş prezidenti Məhəmməd Bazumu geri qaytarmaq təklifini rədd ediblər.

Zərifə Səfərova

https://mediapost.az/erdoganin-nigere-destek-cixmasinin-sebebi-nedir-turkiyeli-siyasi-serhciden-aciqlama

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir