KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ali Kerimli: Moskova bəyannaməsi Azərbaycanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır

Ali Kerimli: Moskova bəyannaməsi Azərbaycanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
329 0

Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə Azərbaycanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır.
Bu bəyanatla Rusiya Azərbaycanı istənilən hərəkətdən çəkindirmək səlahiyyəti qazanıb. Bəyanatın 7-ci maddəsinə görə, “Rusiya Federasiyası və Azərbaycan Respublikası tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.”
Diqqətlə oxudunuz? Tərəflərdən biri (təbii ki, bu tərəf Rusiya olacaq) özü təkbaşına qərar verə bilər ki, digər tərəfin (Azərbaycanın) hansısa hərəkəti “müttəfiqlik münasibətlərinə xələl gətirir”. O halda biz həmin hərəkətdən imtina etməliyik. Təkcə bu maddə ilə Rusiyaya bütün hərəkətlərimizi təftiş etmək və bizi İSTƏNİLƏN hərəkətdən çəkindirmək səlahiyyəti vermişik.
Bəyannamədə başqa təhlükəli müddəalar da var. Rusiya ilə hərbi əməkdaşlığı da dərinləşdirməli olacağıq. Yenə də yararsız silahlar almalı olacağıq, boynumuza birgə hərbi təlimlər də qoyacaqlar. Ordunu dinc buraxmayacaqlar. Türkiyə hərbçilərinin köməyilə aparılan ordu quruculuğuna müdaxilələr artacaq. Türkiyə ilə olan müttəfiqliyə faktiki balans yaradılacaq. Həmin müttəfiqlik xeyli dərəcədə neytrallaşacaq. Bəyannaməyə görə Tərəflər regionda sülhü və sabitliyi (?) də birlikdə təmin edəcəklər. Terrorçuluqla da birgə mübarizə aparacaqlar. Bütün bunlar “lazım gələrsə” Rusiyanın Azərbaycanın daxili işlərinə müdaxiləsinə hüquqi rıçaqlar yaradır.
Demək olar ki, bu bəyannamə 10 noyabr razılaşması ilə Rusiya ordusunun Azərbaycana gətirilməsi prosesinin davamıdır. O zaman Azərbaycana daxil oldular, indi isə təəssüf ki, möhkəmlənirlər.
Ali Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir