KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Ərdoğan Moskvaya gedəcək?

Hasan Oktay: Ərdoğan Moskvaya gedəcək?

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
148 0

Əgər liderlərin təması reallaşarsa, Ukrayna müharibəsi, “Taxıl sazişi”nin müzakirəsi gündəm olacaq

Türkiyə və BMT “Taxıl sazişi”nə dair təkliflər hazırlayır. Bildirilib ki, bəzi problemli məsələlər qalır və onlar əsasən bank prosesləri ilə bağlıdır. Məlumat üçün deyək ki, Rusiya Prezidenti Vladimir Putin Moskva qarşısında üzərinə öhdəliklər götürən tərəflərin onları reallaşdıracağı təqdirdə ölkəsinin “Taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib. Xatırladaq ki, Rusiya “Taxıl sazişi”ndə iştirakını 18 iyulda dayandırıb, Türkiyə, Ukrayna və BMT-ni bu barədə məlumatlandırıb. Rusiya lideri bunu onunla izah edib ki, BMT-nin səylərinə baxmayaraq, razılaşmada Rusiyanın xeyrinə aid olan hissəsinin şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay “Sherg.az”a bildirib ki, 2022-ci ilin iyul ayında qüvvəyə minən “Taxıl sazişi” 2023-cü ilin 17 iyulunda sona çatdı. Professorun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin təşəbbüsü ilə həyata keçirilən “taxıl dəhlizi” Qərbin sanksiyalarından dolayı Rusiyanın maraqlarına cavab vermədi və təktərəfli ləğv edildi: “Bu məsələni Türkiyə-Rusiya münasibətlərindəki gərginlik üzərindən dəyərləndirməyə çalışanlar yanılırlar. BMT və Türkiyə arasında Şimali Kiprdəki hadisələrə görə gərginlik var. O baxımdan tərəflər arasında “Taxıl sazişi” ilə bağlı müzakirələrin necə gedəcəyi və hansı nəticəni verəcəyi bəlli deyil. Ancaq məsələ BMT və Türkiyə arasındakı problemlərlə yox, Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqəlidir. Rusiya alternativ yollarla və təkbaşına “taxıl dəhlizini” bərpa etməyə çalışır. NATO Zirvə toplantısından sonra Ankara-Moskva arasında ciddi gərginlik yarandığı iddia olunur. Bunun belə olmadığını sübut etmək üçün Rusiya Prezidenti V.Putinin Türkiyəyə səfər edəcəyi deyilir. Lakin məlum səbəblərdən Putinin Rusiyadan kənara çıxmadığını nəzərə alsaq, Türkiyə dövlət başçısı R.T.Ərdoğanın Moskvaya gedəcəyi daha məntiqli görünür. Prosesdə bəzi məqamlar olduğuna görə, hər iki lider məsələni öz bürokratları ilə müzakirə edirlər. Görüşün nə vaxt və harada baş tutacağı bəlli deyil. Əgər liderlərin təması reallaşarsa, Ukrayna ilə müharibə, Qara dəniz məsələsi, Rusiya-Türkiyə iqtisadi əlaqələri və “Taxıl sazişi”nin müzakirə predmeti olacağı bəllidir”.

https://sherg.az/siyaset/235458?fbclid=IwAR3ZpuZ8G0Vf3wB44FtTXxdXhDj9gmuLr3NSQccqA4rbpVM5A-KQ091FusU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir