KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Qəhrəmanlı: ABŞ – n Rusiya və Çinə qarşı yeni geosiyasi həmlə planı

Fuad Qəhrəmanlı: ABŞ – n Rusiya və Çinə qarşı yeni geosiyasi həmlə planı

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
375 0

Azərbaycan rəhbərliyi ən çətin seçim qarşısında.

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Vaşinqtonda keçiriləcək Demokratiya sammiti ilə bağlı səsləndirdiyi fikirlər, əslində, Rusiyanın Qərbə qarşı geosiyasi iddialarını əks etdirir. Çünki Moskvada hesab edirlər ki, bu sammit Vaşinqtonun beynəlxalq səviyyədə anti – Rusiya və anti – Çin səfərbərliyi həyata keçirmək planına xidmət edir.
Əslində, Putin hakimiyyətinin bu narahatlığı heç də əsassız deyil. Yayılan ilkin xəbərlərə görə, tədbirə 100 – dən artıq ölkə dəvət olunub. Bunların sırasında demokratik olmayan ölkələr də var. Demək ki, bu toplantı təkcə demokratik ölkələrin deyil, həm də Rusiya və Çinə qarşı ABŞ-n siyasətinə dəstək vermək çağırışını qəbul edən dövlətlərin platforması kimi nəzərdə tutur. Əslində, bu format heç də tədbirin demokratik mahiyyətinə zidd deyil. Çünki, bu gün dünyada demokratiyanın irəliləməsi və yayılması, məhz, avtoritar Çin və Rusiyanın qlobal təsirlərinin bloklanmasından çox asılıdır.
Ona görə də, Baydenin keçirəcəyi sammit, həm də bu iki ölkəyə qarşı qlobal həmlənin geosiyasi platformasını yaratmağa xidmət edir. Vaşinqtondan bildirirlər ki, Demokratiya sammiti npvbəti il də keçiriləcək. Bu isə strateji hədəfi və fəaliyyət planı olacaq davamlı bir prosesin yaradılması anlamına gəlir. Bu hədəf isə adı çəkilən ölkələr və onların satelliti rolunda çıxış edən avtoritar rejimlərdir.
Maraqlı məqam odur ki, Lavrov bildirib ki, bizim müttəfiqlərimizə də bu tədbirə qatılmaq üçün təzyiqlər göstərirlər. Demək ki, artıq bu təzyiqlərlə bağlı Putinə şikayət edənlər var. Burdan o nəticə çıxır ki, bu tədbir üçün bəzi ölkələrə dəvət heç də “toy dəvatnaməsi” kimi göndərilmir. Onların qarşısında məhz Rusiyanın yanından ayrılıb, Qərb blokunda yer almaq tələbi qoyulub. Son günlər Azərbaycan rəhbərliyinin də içərisində yer aldığı beynəlxalq korrupsiyaya ifşalarının gündəmə gəlməsi də, məhz, bu təzyiqin görünən tərəflərindən hesab oluna bilər.
Onu da qeyd edək ki, ABŞ üçün məsələ təkcə Qərbin istədiyi geosiyasi seçimlə məhdudlaşmır. Xüsusi vurğulamaq gərəkdir ki, Demokratiya sammiti Vaşinqtonun tələb etdiyi bu geosiyasi seçimi, ideoloji baxımdan demokratik dəyərlər zəminində qlobal birləşməyə, həmrəyliyə çevirməyi hədəfləyir.
Lavrov deyib ki, müttəfiqlərinin öz ənənəvi platformalarına sadiq qalacağına, öz əvvəlki mövqelərini tərk etməyəcəklərinə inanır. Bununla, o , bir tərəfdən geosiyasi baxımdan təcrid olunma qorxusunu büruzə verir, digər tərəfdən isə sammitə qatılmağın geosiyasi baxımdan Rusiyaya qarşı əks cəbhədə yer almaq kimi qiymətləndiriləcəyi xəbərdarlığını edir.
Çox güman ki, Lavrovun dediyi “Vaşinqtonun təzyiqlərindən şikayətlənən” ölkələrdən biri də Azərbaycandır. Son günlər beynəlxalq səviyyədə London mülkləri ilə gündəmə gələn İlham Əliyev, bu, haqda İtalian qəzetinə verdiyi müsahibədə baş verənləri özünə qarşı müəyyən dövlətlərin məqsədli təzyiq olduğunu bildirmişdi. Bundan sonra Rusiya rəsmiləri ilə görüşdə İlham Əliyevin Qərbin təzyiqləri ilə bağlı daha açıq və sərt formada öz narazılığını bildirməsi tam gözləniləndir.
Azərbaycan rəhbərliyi hiss edir ki, yaxınlaşmaqda olan geosiyasi zəlzələnin tektonik laylarının üzərində yerləşib və heç vaxt olmadığı qədər çətin seçim qarşısındadır. Əgər, ənənəvi siyasi kurs və Rusiyanın vassalı kimi davranmaq davam etdiriləcəksə, o zaman, iqtidar həm beynəlxalq səviyyədə özünü təcrid etməli olacaq, həm də yeni korrupsiyaya ifşalarını, Qərbdəki mülklərin və milyardlarla pulların müsadirəsini, sanksiyaların gündəmə gəlməsi risklərini gözə almalı olacaq.
Yox, indiki mövqeyini dəyişib Vaşinqtonun çağırışlarını qəbul edəcəksə, o zaman, daxili siyasi açılım qaçılmaz olacaq, bu isə ölkə daxilində ənənəvi oyun qaydalarının və hakimiyyətin saxlanılma üsullarının dəyişilməsini tələb edəcək. Bu halda, ən azı islahat tələblərini indiki kimi saymazyana şəkildə iqnor etmək mümkün olmayacaq.
İlham Əliyev Demokratiya sammitinə qatılacağı halda, bu, Rusiyanı Azərbaycan hakimiyyətinə qarşı aqqresdivləşib, özünəməxsus tərzdə təzyiqlərə əl atmasına səbəb olacaq. Ancaq Moldovada xanım Sandunun, Ermənistanda isə Paşiniyan örnəyi göstərdi ki, demokratiyaya və xalqa doğru addım atılanda, bu halda Rusiya istəməsə belə reallıqla barışmalı olur.

Fuad QəhrəmanlıX

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir