KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Rusiyanın sifarişi, bəs, icraçılar niyə ifşa olunmur?

Fuad Gahramanlı: Rusiyanın sifarişi, bəs, icraçılar niyə ifşa olunmur?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
195 0

 

Ermənistan Azərbaycanın sərhəddində bir neçə gündür ki, davamlı olaraq atəşkəs pozulnaqdadır. Bu gün saat 10:45-dən başlayaraq müxtəlif saatlarda Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində Azərbaycan və Ermənistan ordusu arasında silahlı qarşıdurma davam edib. Bu arada xatırladaq ki, iki gün öncə Laçın postunda Azərbaycan əsgərinin yaralanması ilə nəticələnən atışma üzündən sərhəd buraxılış məntəqəsi də müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb. Belə davam edərsə gərginliyin artması üzündən yenə də Vaşinqton və Brüsseldə görüşlərinin nəticələri sual altına düşəcək.

Maraqlıdlr ki, həm Azərbaycan, həm də Ermənistanın rəhbərliyi sülh prosesini irəli aparmaqda maraqlı olduqlarını bildirirlər. Ancaq o zaman nədən dəfələrlə təkrarlanan atəşkəsin pozulması hadisəsi araşdırılıb bu təxribata yol verən şəxslər müəyyən olunmurlar? Aydındır ki, baş verən toqquşma Rusiyanın sifarişidir və iQərbin vasitəçiliyi ilə aparılan sülh danışıqlarını pozmağa yönəlib. Demək ki, bu halda Azərbaycan və Ermənistan tərəfi sülhdə maraqlıdırlasa, məntiqlə silahlı təxribatla bağlı sifarişi həyata keçirənləri də ifşa etməyə çalışmalırlar. Ancaq görürük ki, heç bir tərəf təxribatın icraçılarının araşdırıb müəyyən etməyə cəhd belə etmir. Nəticədə də eyni hallar dəfələrlə təkrarlanır. Belə çıxır ki, heç bir tərəf Rusiyanın sülh prosesini pozmaq üçün istifadə etdiyi bu təxribat alətinin qarşısının alınmasında maraqlı deyil.

Əgər, bunun əksi olmuş olsaydı dəfələrlə təkrarlanan eyni hala görə məsuliyyət daşıyanlar müəyyənləşdirilərdi və Rusiya belə asanlıqla sülh prosesinə zərbə vura bilməzdi. Demək ki, Qərb sülh prosesini qapalı dairə çərçivəsindən çıxarıb irəli aparmaq istəyirsə, ilk növbədə Azərbaycan və Ermənistan rəhbərliyi ilə bu məsələni ayrıca müzakirə edib konkret tədbirlər görülməsinə nail olmalıdlr.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir