KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Rusiya yenə təxribat törədə bilər.

Fuad Gahramanlı: Rusiya yenə təxribat törədə bilər.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
203 0

Paşinyandan pozitiv mesaj.

O, Qarabağın statusu olmayan sənədə imza ata biləcəyini deyir.

Oktyabrın 2-də Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Bu görüşün əsas məqsədi sülh müqaviləsinin mətninin hazırlanması barədə 31 avqustda Brüsseldə ölkə rəhbərləri arasında əldə olunmuş razılaşmanın yerinə yetriməsi olub. Qeyd edək ki, bundan az öncə hər iki nazir ABŞ prezidentinin müşaviri Salivanın vasitəçiliyi ilə də görüşmüşdülər. Qərbin vasitəçiliyi ilə keçirilən bu sıx diplomatik təmaslar, sülh danışıqları ilə bağlı təşəbbüsün Rusiyanın əlindən alınması yönündə qətiyyətli və ardıcıl səylərin göstərildiyini göstərir.
Nazirlərin Cenevrədəki görüşlərinin detallar barədə hələ ki, tam müfəssəl məlumat verilmir. Ancaq önəmli olan budur ki, Azərbaycan və Ermənistan arasındakı son sərhəd toqquşmasından sonra iki ölkə rəhbərliyi arasında aparılan sülh danışıqlarının pozulacağı təhlükəsi yaranmışdı.
Bu baxımdan XİN rəhbərlərinin bu görüşü sülh danışıqlarının pozulmadığını və davam etdiyini göstərmək baxımından çox önəmlidir.
Bu həm də Rusiyanın sülh danışıqlarını pozmaq planlarının baş tutmadığını və Qərbin inadla prosesi davam etdirməyə çalışdığını göstərir.
Məsələ təkcə bunula da bitmir. Putini narahat edən əsas məsələ, onun iştirakı olmadan iki ölkə arasında sülh sazişinin mətnin hazırlanmasıdır. Bu isə uzun vaxt ərzində Moskvada aparılan nəticəsiz danışıqlar yolu ilə, əslində problemi daha da dolaşığa salmaq istəyən Rusiyanın oyundankənar vəziyyətə düşməsi deməkdir. Ona görə də, Moskva 12-13 sentyabrda olduğu kimi, prosesi pozmaq üçün yenə də hansısa təxribata əl ata bilər. Diqqətli olmaq gərəkdir.
Digər önəmli məqam Paşinyanın müsahibə verərək, Qarabağın statusu nəzərdə tutulmayan müqaviləni imzalamağa hazır olduğunu bildirməsidir. O, bu məsələni Azərbaycan və Qarabağ liderləri arasında gələcək danışıqların öhdəsinə buraxmağın tərafdarı olduğunu bildirib. Onun bu mövqeyi indiki halda Azərbaycanın maraqlarına cavab verə biləcək ən rasional yanaşmadır. Azərbaycanın milli maraqları tələb edir ki, sülh müqaviləsində “Dağlıq Qarabağ” ifadəsi və onun statusu barədə heç bir müddəa olmasın. Bu o deməkdir ki, sülh sazişindən sonra a Azərbaycan məsələni öz daxili problemi kimi həll etmək imkanı qazanır və Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Qarşılıqlı olaraq iki ölkənin bir – birilərinin ərazi bütövlüyünü tanımasından sonra, Qarabağddakı erməni separatçıları da təklənmiş duruma düşürlər və onların hər hans status tələbi də öz əhəmiyyətini itirmiş sayılır.
O zaman, burada əsas problem Qarabağda yerləşmiş rus işğalçı ordusu ilə bağlıdır. Moskva bu halda tamamilə oyundan kənar vəziyyətidə qaldığına və Ermənistandan əvvəllər olduğu kimi, Azərbaycana qarşı istifadə imkanlarını itirdiyinə görə, Qarabağın saxta referendum yolu ilə Rusiyaya birləşdirilməsi təhlükəsi gündəmə gələ bilər. Bunun örnəyini biz Ukraynada gördük. Ona görə də indi, Azərbaycan və Ermənistan arasındakı sülhün yaranmasında və Qarabağ məsələsinin birdəfəlik həllində əsas təhlükə Putininin imperialist niyyətləri ola maneə yaradır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir