KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanli: İran və Rusiya arasında Azərbaycan uğrunda rəqabət : Kim uddu, kim uduzdu?

Fuad Gahramanli: İran və Rusiya arasında Azərbaycan uğrunda rəqabət : Kim uddu, kim uduzdu?

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
275 0

İran və Azərbaycan arasında yaşanan gərginlik hələlik nisbətən səngimiş kimi görünür. Buna səbəb İranın öz hərbi və siyasi təzyiqlərinə dəstək qazana bilməməsidir. Hazırkı anda bu prosesdən daha çox uduşlu çıxan isə Rusiya hesab oluna bilər.
İran xarici işlər naziri Əmir Abdullahianın Moskva səfəri zamanı Rusiya diplomatik baxımdan çox məharətli gedişlərlə İranı “ofsayda” qoyaraq, Azərbaycan üzərində təsir imkanlarını artırmağa nail oldu.
Rusiya və İran xarici İşlər nazirlərinin brifinqi zaman Lavrovun İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimi “təxribatçı hərəkət” adlandırması, ilk baxışdan gözlənilməz mövqe təsiri bağışladı. Əslində isə, Rusiyanın İranın Azərbaycana təzyiqlərini təxribat kimi qiymətləndirməsi, Azərbaycanın işğal haqqının yalnız Moskvaya məxsus olduğunu ifadə edir. Bu Rusiya tərəfindən beynəlxalq hüquqa əsaslanan müdafiə və ya Azərbaycana verilən təmənnasız dəstək olmayıb, imperiyanın öz vassalını himayə etməsi mövqeyidir. Lavrov bu sözləri Azərbaycanın Rusiyanın nəzarət sahəsi olduğunu və orada hərbi mövcudluq, təhlükəsizlik məsələlərinə də yalnız Rusiyanın məsuliyyət daşıdığını nəzərə çatdıır.
Moskvanın bu mövqeyi həm də Türkiyəni qabaqlamaq cəhdi kimi qiymətləndirilə bilər. Çünki xarici təhdidlər qarşısında Azərbaycan özünün əsas təhlükəsizlik təminatını Türkiyədə görürdü. İndi Rusiya İrana qarşı göstərdiyi bu mövqe ilə Azərbaycanın xarici təhlükəsizlik problemlərini də öz inhisarına almağa cəhd edir.
Eyni zamanda əgər İran öz avantürist siyasətini davam etdirib Azərbaycanla sərhəddə hərbi toqquşmalara gedərsə, aydındır ki, bu halda Türkiyənin Azərbaycanın müdafiəçisi qismində ölkəyə hərbi gəlişi gündəmə gələ bilər. Bu isə Moskvanın qətiyyən istəmədiyi bir ssenaridir.
İran isə öz əfəlliyi ilə özünü siyasi və hərbi baxımdan çox uğursuz vəziyyətə saldı. Bəlli oldu ki, İran regional güc kimi o qədər zəifləyib ki, Rusiyadan dəstək almadan Azərbaycana təsir etmək iqtidarında deyil. Sərhəddəki hərbi təlimlərə Azərbaycan tərəfinin kəskin cavabından sonra, İranın xarici işlər naziri Abdullahianın dəstək almaq üçün dərhal durub Moskvaya qaçması, bu ölkənin siyasi zəifliyini nümayiş etdirdi.
Səfərin uğursuz nəticəsi isə İranı çox pərt duruma saldı. Dövlət kimi xarizmasını sarsılan İran tələsdi və çox ciddi səhvə yol verdi. Bu ölkənin Ali Dini lideri Xameneyi “Azərbaycanın şapalaqla vurulacağı, quyuya salınacağı kimi” primitiv üslubda hədə qorxu mesajı yazmaqla, Azərbaycan cəmiyyətində kəskin narazılığa səbəb oldu. Xameneyi həm də şiələrin “Vilayəti – Fəqihi” hesab olunur. Bəllidir ki, uzun illər ərzində İran xüsusi xidmət orqanları Azərbaycanda özlərinə bağlı geniş şəbəkə qura biliblər . Bu şəbəkə vasitəsilə onlar sadə dindar insanların beynini zəhərləyərək bütün şiələrin dini lideri adlandırdıqları Vilayəti – Fəqihi hesab olunan Xameneyiyə qarşı dini-mənəvi bağlılq yarada bilmişdilər. Ona gö də həmişə İranın ermənilərə dəstəyi məsələsi gündəmə gələndə, bu sadə inanclı insanlar güman edirdilər ki, Xameneyinin bu siyasətə aidiyyəti yoxdur və bu dövlətin işidir. Beləcə İran xüsusi xidmət orqanları öz şəbəkəsinə vasitəsi ilə Azərbaycanda İran siyasi sisteminin qurluşunu bilməyən və Xameneyinin dövlət qərarlarına həlledici təsirindən bixəbər avam insanları təsir altında saxlamağa müvəffəq olurdular. Ancaq Xameneyi bu dəfə özü işləri korladı və Azərbaycana qarşı yazdığı bu hədə qorxu mesajı ilə həm öz anti – Azərbaycan mövqeyini ortaya qoydu, həm də ölkəmizdəki səmimi dindar insanları öz dövləti ilə ermənipərəst İran dövləti arasında seçim qarşısında qoydu. Bu seçim İranın ziyanına oldu və əksər inanclı insanların gözü açıldı, onlar Ermənistanın dəstəkçisi olan İranın Azərbaycana qarşı mövqeyini görüb din pərdəsi altında gizlədilən fars siyasətinin mahiyyətindən xəbərdar oldular. Onlar gördülər ki, Vilayəti – Fəqih saydıqları şəxs müsəlman Azərbaycanı dəstəkləmək yerinə, nəinki Ermənistanı, hətta Qarabağdakı şğalçı rejimi dəstəkləyir.
Nəticədə isə, hərbi təhdid siyasəti uğursuzluğa uğradığı üçün regional güc kimi öz nüfuzunu itirən İran, həm də Azərbaycan daxilində 30 il ərzində yaratdığı şəbəkənin gücünü, dindarların inamını itirdi.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir