KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Gədəbəydə “Söyüdlü üsyanı” və onun nəticələri

Fuad Gahramanlı: Gədəbəydə “Söyüdlü üsyanı” və onun nəticələri

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
197 0

Gədəbəydə “Söyüdlü üsyanı” və onun nəticələri.

Rejimin böhranları idarə edə bilmədiyi üzə çıxdı.

Gədəbəyin Söyüdlü kəndində baş verən hadisə bir gerçəyi üzə çıxardı. Azərbaycan hakimiyyəti hətta ucqar bir dağ kəndində baş verən etirazı, narazılığı həll etmək, idarə etmək iqtidarında deyil. Bakıda müxalifətin keçirdiyi etiraz aksiyalarının qarşısını almaq üçün necə qeyri adekvat güc tətbiq edilirsə, eyni qaydada da ucqar bir dağ kəndində etiraz edən yaşlı nənə və analara da münasibətdə bənzər qəddar üsullara əl atılır. Bu rejimin xalqla münasibətdı yaranan böhranları, konfliktləri idarə etmək qabiliyyəti və resurslarının olmadığını göstərir.

Azərbaycan hakimiyyəti üçün böhrana, etiraza yanaşmanın bir resepti var : Güc yolu ilə əzmək və zorakılıqla narazılığı susdurmaq. Bu rejim üçün baş verən hadisənin mahiyyətindən, məkan və zamanından aslı olmayaraq dəyişməz bir yanaşma olaraq qalır.
Biz həm də onu gördük ki, rejimin bu qədər böyük vəsait və resurs xərclədiyi təbliğat şəbəkəsi nəinki belə münaqişəli vəziyyətdə bir işə yaramır, əksinə, öz səriştəsiz yanaşması ilə ocağın üstünə benzin tökərək hakimiyyətə qarşı ictimai qəzəbi daha da alovlandırır.

Gədəbəydə baş verən hadisənin ilk günündən rejim təbliğatçılarının yaşlı nənə və anaların etirazını Qərbə bağlaması, bu etirazın özündən heç də az olmayaraq ictimai qəzəb və ironiya doğurdu. Bu gülünc cəhd hakimiyyətin haqsızlığını, cəmiyyətin heç bir narazılığını görmək, eşitmək istəmədiyini, sosial-siyasi mənsubiyyətindən aslı olmayaraq hər kəsi şərləməyə hazır olduğunu açıq bir şəkildə göstərdi. Maraqlıdır ki, rejim bu cür ağ yalan danışmaqla öz təbliğat resurslarını və yandaşlarını ictimai rəydə necə etibarsızlaçdırdığının, ictimai rəyi öz əleyhinə necə köklədiyinin fərqində deyil. Bəs deyirdilər bunlar təbliğat texnoloqları gətiriblər xaricdən)).

Hakimiyyətin rəsmi mövqeyini ifadə edən Gədəbəyin İcra hakimiyyəti başçısının da sianid turşusunun zəhərli olmadığı ilə bağlı xalqın qarşısına çıxıb ağ yalan danışması onu göstərdi ki, hakimiyyətin kadrları sadə xalqla sadəcə olaraq dil tapmaq iqtidarında deyillər. Bu işi bacarmırlar. Cəmiyyətlə hakimiyyət arasında bu şəraitdə getdikcə dərynləşən uçurum Söyüdlü nümunəsində ölkə miqyasında çox kəskin bir böhranın yetişdiyini və hər an üzə çıxa biləcəyini göstərməkdədir. Biz sosial şəbəkələrdə Söyüdlüdə vaç verənlərə reaksiya və böyük ictimai dəstəyi nəzərə alsaq, görərik ki, artıq Azərbaycan cəmiyyəti bütövlükdə bu kənddəki etiraz ruhuna köklənib.

Gədəbəydə baş verən etiraz aksiyası həm də onu göstərdi ki, əgər, bu qədər repressiya və sıxmalar qarşısında siyasətdən uzaq nənələr və analar belə kəskin etiraz, dirəniş göstərə bilirlərsə, demək ki, Azərbaycan xalqının etiraz ruhu hələ ölməyib, yaşayır. Demək ki, bu ölkədə xalqı susdurmaq, zülmə tabe etdirmək üçün indiyə qədər müxalifətə qarşı həyata keçirilən həbslər, repressiyalar nəticə verməyib, bu bir çarə deyilmiş.
Əgər, heç bir siyasi liderin, təşkilatın çağırışı olmadan da günün birində heç kəsin gözləmədiyi yaşlı analar, nənələr meydana çıxa bilirlərsə, o zaman hakimiyyət mütləq bunu nəzərə almalı, cəmiyyəti həmişə zorla nəzarətdə saxlaya bilməyəcəyini fərqində olmalıdır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir