KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycan və Ermənistan arasında sülh danışıqları pozulurmu?

Fuad Gahramanlı: Azərbaycan və Ermənistan arasında sülh danışıqları pozulurmu?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
235 0

Azərbaycan Rusiyanı, Ermənistan Qərbi seçir !

Aİ öz missiyasının mandatını nədən dəyişdi ?

Biz əvvəlki yazılarımızda yazmışdıq ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi elə də sadə olmayacaq, bu hər iki ölkənin prinsipial qərarlar verərək Rusiya və Qərb arasında geosiyasi seçim etməsi zərurətin gündəmə gətirəcək. İndi vaxt, o vaxtdır artıq, paralel danışıqlar dövrü keçmişdə qaldı.
Son günlər Qərbin atdığı addımlar Rusiyanı sülh prosesindən kənarlaşdırmağa və hərbi təxribat yaratmaq imkanlarından məhrum etməyə yönəldiyindən, Azərbaycan rəhbərliyi üçün çətin vəziyyət yaranıb. Qərbin bu mövqeyi ilə razılaşmaq Rusiyadan uzaqlaşmaq, razılaşmamaq isə Putinlə birgə olmaq deməkdir. Ermənistan isə prinsipial qərarını vermiş kimi görünür və açıq şəkildə Qərbin regional partnyoru rolunu həyata keçirir.
Bu arada regionumuza təsir göstərəcək çox önəmli bir hadisə baş verib. Oktyabr 17-də Aİ Nazirlər Şurası öz qərarı ilə Azərbaycan və Ermənistan sərhəddinə göndərilən missiyanın mandatını genişləndirib. Oktyabrın 6 – Azərbaycan və Ermənistan dövlət başçılarının Praqa görüşündəki razılaşmaya əsasən, iki ölkənin sərhəddinə gələcək missiya ancaq müşahidə, təhlil və hesabat hazırlamaqla delimitasiya komissiyasına kömək etməli idi. Bu ayın 17 – də verilən qərarla isə bu mandat genişləndirilərək Ermənistan tərəfindən sərhəddə göndərilmiş AB missiyasının qarşısına regionda “sülhün və təhlükəsizliyin bərpası, etimadın yaradılması və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına yardım edilməsi” vəzifəsi qoyulub. AB Azərbaycan rəhbərliyi ilə razılaşdırmadan öz müşahidə missiyasına delimitasiya işlərindən əlavə “regionda sülhün və təhlükəsizliyin bərpası” ilə məşğul olmaq hüququ verib. Belə bir hüquq isə faktiki olaraq AB nümayəndə heyətinin monitorinq fəaliyyəti ilə yanaşı, həm də mülki sülhməramlı missiya yerinə yetirməsinə yol açır.
Aydındır ki, Aİ – nın bu qərarı ilə razılaşmaq Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının və sərhəddəki vəziyyətin Avropa İttifaqının birbaşa nəzarəti altına keçməsi, Rusiyanın qapı dalında qoyulması deməkdir. Ancaq gözlənildiyi kimi bu qərar Rusiya ilə yanaşı v Azərbaycan rəhbərliyinin də narazılığına səbəb olub və hakimiyyət mediasında Qərb ölkəmizə düşmən mövqedə olan tərəf kimi təqdim olunmağa başlayıb. İlham Əliyev başa düşür ki, Avropa İttifaqının bu addımı Moskvanı regiondan qovmağa hesablanıb, o isə Paşiniyandan fərqli olaraq, Rusiyanın Qafqazda qalmasına çalışır. Çünki Rusiyasız, o, öz hakimiyyətini təklənmiş hiss edir və bu vəziyyətimöz hakimiyyətinin gələcəyi üçün təhlükə hesab edir.
Ermənistanın isə açıq şəkildə məğlub Rusiyadan qopub Qərbə üz tutaraq, ölkəsinə qarşı beynəlxalq rəğbət, dəstək qazanmaqdadır. Artıq bilindiyi kimi Azərbaycan öz ərazisinə buraxmadığı üçün, Aİ – nin iki ölkə sərhəddinə göndərəcəyi missiya Ermənistanda yerləşəcək. Bu isə Rusiyanın kölgəsinə sığınan Azərbaycandan fərqli olaraq Ermənistanın Qafqazda Qərbin yaxın tərəfdaşı rolunda çıxış etməsi deməkdir.
Aydın görünür ki, Paşiniyan bütün imkanları ilə Rusiyadan uzaqlaşıb, Qərbi daha çox Ermənistan və Azərbaycan arasındakı danışıqlara cəlb etməyə çalışır. Məhz onun müraciəti əsasında ATƏT-də oktyabrın 21-dən 27-dək Ermənistana monitorinq qrupu göndərəcək. Bu ərəfədə isə Ermənistan Lavrovun Azərbaycan və Ermənistan sərhəddinə KTMT missiyası göndərməklə bağlı təklini də cavabsız buraxdı. İndi Rusiya çalışacaq ki, nəzarətdən çıxan Ermənistanı razı salmaq üçün onun maraqlarını daha çox təmin edən təkliflər versin. Bu alınmayacaqsa, Putin o zaman regionda gərginliyi artırmaq üçün Azərbaycandan istifadə etməyə çalışacaq. Hər iki halda nəticə ölkəmizin əleyhinə olacaq.
Çox təəssüf ki, Azərbaycan rəhbərliyi öz hakimiyyət maraqları naminə, sülhhü pozmağa çalışan məğlub Rusiyanın regionda mövcudluğunu qoruyub saxlamağa cəhd etdiyi bir vaxtda, Ermənistan Qərbə inteqrasiya edərək beynəlxalq dəstəyini və mövqeyini gücləndirməklə, Aİ – nın Qafqazda əsas tərəfdaşına çevrilməkdədir. Ona görə də, indi yeganə çıxış yolu, Qərbin Azərbaycan rəhbərliyini Rusiyadan qoparmaq üçün məcbur etmə diplomatiyasına əl atmağlna bağlıdır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir