KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. FIRATIN ŞƏRQİ KİMƏ QİSMƏT OLACAQ?

FIRATIN ŞƏRQİ KİMƏ QİSMƏT OLACAQ?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
354 0

Suriya ABŞ prezidenti Donald Tramp üçün artıq yük idi. Ona görə də qərar verdi ki, Amerika qoşunları Suriyanı tərk etsin. Halbuki, son günlərə qədər Pentaqon Suriyadan çıxmayacağını bəyan edirdi. Görünür, amerikalı generallar Trampı inandıra bilmədilər.

Fikrimcə, belə qərarın veriləcəyindən Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan məlumatlı idi. Əks halda Ərdoğan risqə gedib “Türkiyə ordusu Fıratın şərqinə növbəti hücuma başlayacaq” deməzdi. Çünki, ABŞ hərbi birlikləri məhz Fıratın şərqindədir. Yəni Türkiyə ordusu hazırki şərtlər daxilində hücuma keçsəydi NATO müttəfiqi ilə üz-üzə qalacaqdı.

Buna baxmayaraq, başqa sualların aktuallığı artır:

Birinci sual: ABŞ YPG və PYD-ni taleyin ümidinə buraxaraqmı bölgəni tərk edir, yoxsa kürdlər üçün hər hansı təhlükəsizlik təminatı əldə etməyə çalışacaq? Ancaq bu təminatı PKK uzantıları olan YPG və PYD-yə kim verə bilər ki?

İkinci sual: Amerikanın bölgədə boşalan yerini kim dolduracaq – Türkiyə, Rusiya, yoxsa Bəşər Əsəd gücləri? Məlumdur ki, Amerikadan əvvəl YPG və PYD ilə Moskva təmaslara başlamışdı. Ərdoğan vaxtında vurulan təyyarəyə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməsəydi , bəlkə də bu gün Rusiya tamamən PYD və YPG-nin arxasında idi. Ancaq Amerika Rusiyanı qabaqladı. İndi Rusiya Amerikanın yerinə kürd qruplarla əlaqəyə girəcəkmi? Əgər bunu edərsə Moskva Ankara ilə münasibətləri gərginləşdirmiş olacaq. Ona görə Kreml tələsik qərar verməyəcək.

Üçüncü sual: Radikal kürdlər kiminlə əməkdaşlığa üstünlük verəcəklər? Amerika onları qoruyurdu, indi isə arxasızdırlar. Demək kiminləsə müttəfiqliyə çalışmalıdırlar. PYD və YPG böyük ehtimalla Əsədlə razılaşmağa çalışacaqlar. Ancaq bunun özü də Ankaranı rahatlatmayacaq. Nə qədər ki, PYD və YPG PKK-nın törəmələridir, Türkiyə onlardan əl çəkən deyil.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir