KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Elman Vəliyev: “Türkiyə-Ermənistan münasibətləri fərqli müstəvidə!”

Elman Vəliyev: “Türkiyə-Ermənistan münasibətləri fərqli müstəvidə!”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
351 0

İki tərəf arasındakı gərginliyin başlanğıcı(ekspozisiya)

İki tərəf arasındakı gərginliyin düyünlənməsi və pik həddə çatması(zavyazka&kuliminasiya)

Nəhayət, iki tərəf arasındakı gərginliyin azalması(razvyazka)

Ermənistan iki qonşu dövlətlə münasibətləri bərpa etsə, nə qazana və ya itirə bilər❓

1992/93-cü illərdə Ermənistan Azərbaycanın torpaqlarını işğal etdikdən sonra Türkiyə tərəfi Ermənistanla sərhədləri bağladı. Bu mərhələyə qədər iki tərəf arasında iqtisadi əlaqələr nizamlı idi. Ermənistanın iqtisadi kəsirlərinin çox hissəsini Türkiyə ödəyirdi. Türkiyə Ermənistana qeyri-neft sektoru məhsulları ixrac edirdi, amma iş sərhədlərin bağlanması nöqtəsinə çatanda Ermənistan üçün qara günlər başladı!

Nəhayət, 30 ilə yaxın bir zaman kəsiyindən sonra iki tərəf diplomatik danışıqlara başladılar! Türkiyənin bu addım atması üçün bir şərti var idi ki, o da Ermənistanın Azərbaycanla uzlaşmaya getməsi idi!

Ermənistan tərəfi Türkiyə ilə əlaqələri bərpa etmək üçün Rusiyadan rica eləmişdi. Dekabrın 10-unda Moskvada Türkiyənin irəli sürdüyü 3+3 formatının ilk iclası(Gürcüstan istisna) keçirildi. Hesab edirəm ki, bu iclasda Türkiyə ilə Ermənistan münasibətləri də müzakirə predimeti olub. Bu görüşdən sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan elədi ki, iki tərəf arasında çarter uçuşları bərpa ediləcək!
Həmçinin Türkiyə tərəfi Ermənistanla əlaqələri sabitləşdirmək üçün sabiq ABŞ səfiri Sərdar Qılıçı nümayəndə təyin etdi.

Bu görüşdən daha əvvəl-26 noyabrda Soçidə üçlü görüş olmuşdu. Konflikt tərəfləri arasındakı problemlərin həlli istiqamətində mühüm addımlar atıldı. Tərəflər delimitasiya və demarkasiya proseslərinin başlanması, kommunikasiyaların açılması problemlərinin həll edilməsi barədə razılığa gəldilər. Yəni Türkiyənin Ermənistan qarşısında qoyduğu şərt yerinə yetirildi üçün Türkiyə də müsbət addım atmağa başladı!

Ermənistan tərəfi Türkiyə və Azərbaycan kimi iki qonşusu ilə diplomatik danışıqlar fonunda konseptual yanaşma sərgiləsə, nə əldə edəcək və ya nə itirəcək?

Qarabağ konfliktinə qədər ermənilər Türkiyədə, Azərbaycanda yaşayıb, fəaliyyət göstərirdilər. Azərbaycanla müqayisədə ermənilər Türkiyədə daha uzun zaman yaşayıblar. Bu uzun müddətdə ermənilər üçün soyqırımı, sürgün kimi neqativ hallar olmayıb. İki qonşu dövlətlə eskalasiya mərhələsinə isə “ermənilərdən” daha çox maraqlarını həyata keçirtməyə çalışan qüvvələrin təhriki ilə “Ermənistan hakimiyyəti” edib!

Artıq bölgənin geosiyasi mənzərəsi tamam fərqlidir. Ermənistan etnin qrupu arasında Rusiya əleyhinə nifrətlər yaranıb. Onlar yaxşı anlayırlar ki, illərdir Ermənistanı kimlər müharibəyə təhrik edir, kimlər sülh kontekstində yanaşma nümayiş elətdirir!

Ermənistan Türkiyə ilə vəziyyəti yeni arenaya çəkə bilsə, bu onun üçün daha uğurlu olacaq!
Hesab edirəm ki, iki tərəf arasında dialoqların intensivləşməsi üçün Rusiya da mühüm rol oynayacaq.
Elman Vəliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir