Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçiriəcəkləri görüşü irəliləyiş kimi qiymətləndirib. Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib. Görünür, Alen Simonyan bu yolla son zamanlar iki ölkə arasında artan gərginliyi azaltmaq istəyib. Ancaq bu kimi açıqlamalar ortamı yumşaltmayacaq, real addımlara ehtiyac var. Real addımlar isə yoxdur. Baş nazir Nikol Paşinyan deputat olan partiyasının üzvləri ilə keçirdiyi qapalı toplantıda Azərbaycan prezidenti İlham Əliyevlə Münxen görüşündə nəticə əldə edilmədiyini bildirib. Əslində Münxen görüşü müsbət nəticəyə hesablanmamışdı, həmin müzakirə gərginliyi azaltmaq üçün hədəflənmişdi. Ancaq Paşinyanın Berlindən dərhal sonra Parisə çağrılması və Fransadan alacağı yeni hərbi texnika, üstəgəl sərhəddə atəşkəsin pozulması hallarının artması Almaniyadakı müzakirələri heçə endirdi. Bu dəfə də belə olacaq, xarici işlər nazirlərinin görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək.
Elhan Şahinoğlu
- Anasayfa
- »
- Ermenistan
- »
- Elhan Şahinoğlu: Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib
Elhan Şahinoğlu: Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib
124 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.