KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dövlətçilik ənənələrinin formalaşdırılması

Dövlətçilik ənənələrinin formalaşdırılması

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
437 0
arzu aşraf

Dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna rola malik dəyərlər mövcuddur ki, bunların sırasında dövlətin dili və tarixini xüsusi qeyd etmək lazımdır. O səbəbdən də hansısa ölkənin vətəndaşlığını almaq üçün baş vuranda müraciət etdiyiniz ölkənin dil və tarixini mükəmməl bilməniz tələb olunur. Dövlətin dilinin və tarixinin dəyərini anlayan vətəndaş özünü dövlətinin bir parçası kimi görür, dövlətinə, millətinə sahib çıxır.
Bəs bizdə nə baş verir? Heyrətimi gizlədə bilmirəm. Biz niyə ruhumuzu köləlikdən azad edə bilmirik? Hardandır bu qədər özümüzü aşağı görmək? Rusun dilində rusdan yaxşı, ingilisin dilində ingilisdən yaxşı danışmağı həyatımızın mənasına çevirərək yox olduğumuzun fərqində deyilsiniz? Dövlətimizin dili öz ölkəmizdə bu dövləti və milləti sevməyən məmurlar və milli şüur və özünüdərk problemi yaşayan kütlə tərəfindən aşağılanır. Övladına rus dilində dil açdıranların, kütləvi rus bölmələrinə axın edənlərin sayəsində iş o yerə gəlib çatıb ki, dövlətin paytaxtında, lap mərkəzdəki restoran və kafelərdə dövlət dilimizdə menyu belə yoxdur. Buna nəzarət də yoxdur.
İndi isə universitetlərdə “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı gətirilən yeniliyə heyrətlənməmək mümkün deyil. Azərbaycan tarixi kursu dövlətinə sahib çıxan Azərbaycan vətəndaşını formalaşdırır və ona adi predmet kimi baxmaq olmaz. Axı kim bu dövlətin dayaqlarını dağıdacaq qərarlar verir? Kimdir bu ” layihələrin” “qəhrəmanlar”ı? 1980-ci illərin ikinci yarısında Qarabağ problemi başlayanda, ermənilər torpaqlarımızı işğal edəndə, unutduğumuz tariximizin və dilimizin günahını sovet dövlətinin sosialist ideologiyasında gördük. Azərbaycan tarixinin islahatlar adı altında yavaş-yavaş silinməsini, dövlətimizin dilinə olan hörmətsizliyi kimin adına yazacağıq? Kimdir bu dövlətə, onun dilinə və tarixinə qənim kəsilənlər? Tutulan yol, aparılan siyasət zamanla yeni nəsillərdə milli və dövlətçilik şüurunun yox olması və dövlətçiliyin itirilməsi deməkdir! Bütün bunların fərqində olan bir vətəndaş və tarixçi kimi dövlət dilinə qarşı göstərilən etinasız münasibəti və “yeniliklər”, layihələr, qrantlar, islahatlar adı altında Azərbaycan tarixi kursuna əl uzadılmasını şiddətlə qınayıram!!!

Arzu Əşrəf qızı Məmmədova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir