Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

DONALD TRAMPIN QARABAĞLA BAĞLI PLANIMI VAR?

Azerbaycan, Ermenistan, Gündem 24 Mayıs 2018
48

ABŞ prezidenti Donald Trampın 28 may Cümhuriyyət bayramımızla bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevən göndərdiyi iki məktubu müqayisə etdim. Məktublarda eyni cümlələr çoxdur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cümlələrdə ciddi fərq var. Donald Trampın 2017-c ilin may ayında İlham Əliyevə göndərdiyi məktubda Dağlıq Qarabağla bağlı yalnız bu cümlə yer alıb: “Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”.

Tramp builki təbrik məktubunda isə birincisi, Qarabağla bağlı cümlələrin sayını ikiyə çatdırıb, ikincisi ilk cümləsində nəyəsə işarə edib: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.

Görəsən Tramp “qarşıdan gələn aylar” dedikdə nəyi nəzərdə tutur? Bəlkə Ağ Ev administrasiyası Ermənistanda yeni hakimiyyətə ümid bəsləyir və ya özü qollarını çırmalayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir? Əgər belə bir istək varsa, il ərzində Tramp Azərbaycan və Ermənistan prezidentərini Ağ Evə dəvət etməlidir. Trampın verdiyi vədlərini (Meksika ilə divar, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina) yerinə yetiriyini müşahidə edirik. Ona görə də Ağ Ev sahibinin İlham Əliyevə göndərdiyi məktubdakı sözlərin də boş mahiyyət daşımadığına inanmaq istərdik.

Elhan Şahinoğlu


Elhan Şahinoğlu

Yorumlar