KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Dağlıq Qarabağ ilə Azərbaycan silahlı qüvvələri arasında çatışma

Dağlıq Qarabağ ilə Azərbaycan silahlı qüvvələri arasında çatışma

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
301 0

“Şuşa yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələri ilə Azərbaycan silahlı qüvvələri arasında atıcı silahlar vasitəsilə atışma qeydə alınıb”.
Rusiya Müdafiə Nazirliyinin bu rəsmi məlumatı (link şərh bölümündə) ilə Moskva “Dağlıq Qarabağ silahlı birləşmələrini” dirildir. Bizi yenidən alışdırırlar ki, “Dağlıq Qarabağ silahlı birləşmələri” var və onlar atəşkəsi mütəmadi olaraq pozurlar. Paralel olaraq Kreml yenə də Jirinovskinin dili ilə deyir ki, əsrlərlə davam edən erməni-azərbaycanlı münaqişəsi heç vaxt bitməyəcək. İndi atəşkəs olsa da, 1 ildən, 5 ildən sonra savaş yenidən başlayacaq. Sonra da Kremlin sözçüsü bizə çıxış yolu göstərir: “Münaqişənin bitməsi üçün ya Dağlıq Qarabağ birbaşa Rusiyaya birləşdirilməlidir, ya da Ermənistan da, Azərbaycan da özləri Rusiyanın tərkibinə daxil olmalıdırlar”. Budur bizə verilən ultimatum. Əks təqdirdə bizi bir neçə ildən sonra yeni savaşla hədələyirlər.
2-ci Qarabağ savaşı günlərində bir fikri tez-tez təkrarlayırdım: “Savaşı bu dəfə tam qələbəyə qədər davam etmək lazımdır ki, 3-cü Qarabağ savaşı olmasın!”
Ancaq “hər şeyi bilən” İlham Əliyev Putinin istəyilə ordumuzu durdurdu. Hətta Şuşa, Xankəndi, Xocavənd, Qırmızı Bazar ətrafındakı strateji mövqelərdən geri çəkildi. Əvvəlcə Əliyevin dəvətilə Qarabağa Rusiya silahlı qüvvələri yeridildi. Sonra da Əliyevin dəstəyilə Rusiya ordusu Zəngəzurda və Ermənistan-Azərbaycan sərhəddində möhkəmləndi. Regionda tam möhkəmləndikdən sonra isə Rusiya bizi qaytarır 2-ci Qarabağ savaşından əvvəlki vəziyyətə. İndi Rusiya “Dağlıq QarabağSilahlı Qüvvələrinin” olmasını bizə fakt kimi dəqdim edir və bizi bu söz birləşməsinə alışdırır. Üstəlik, Ermənistanın Rusiya “sülhməramlılarının” nəzarətindəki Qarabağ ərazisinə əlavə silahlı qüvvələr yerləşdirməsini də adiləşdirir, leqallaşdırır.
İndi gördünüzmü ki, “hər şeyi bilən” İlham Əliyev yox, biz haqlı çıxdıq? İlham Əliyevin dəvət etdiyi Rusiya ordusu sülh yaratmaq üçün yox, Azərbaycanın tam qələbəsinə, Ermənistanın tam məğlubiyyətinə imkan verməmək üçün Qarabağda yerləşib.
Ali Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir