KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Dadash Ahmadli: Putin-Ərdoğan danışıqlarının görünməyən tərəfləri

Dadash Ahmadli: Putin-Ərdoğan danışıqlarının görünməyən tərəfləri

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
130 0

Ötən gün Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında çətin telefon danışığı olub. Bu söhbətdən əvvəl yayılan bütün söz-söhbətlər, deyirlər ki, Putin danışıqlardan yayınır, Ərdoğanın təcili telefon danışığı xahişlərinə cavab vermək istəmir – həqiqət deyil. Tərəflər əksər məsələləri prezidentlərin şəxsi görüşləri olmadan müzakirə edirlər, Putin isə, sadəcə olaraq, Ərdoğanın telefon danışığı təkliflərinə məhəl qoymayacaq vəziyyətdə deyil. Dünən Rusiya prezidenti ilə söhbəti zamanı Ərdoğan bir neçə aktual məsələ qaldırıb. Türkiyə prezidenti Rusiyanın taxıl sazişinə qayıtması imkanları, paralel idxalın perspektivləri, enerji infrastrukturu layihələri ilə maraqlanıb. Putin incimiş əzəmət mövqeyindən sövdələşməyə başlamağa çalışsa da, lakin az sonra minnətçi rolunda çıxış edib. Danışıqların özünü şəxsi danışıqlar ərəfəsində tərəflərin mövqelərinin uzlaşdırılması kimi xarakterizə etmək olar. Məhz şəxsi danışıqlara dair razılaşmalarda tərəflər konsensus əldə etməyiblər. Ərdoğan təklif edir ki, tez, sözün əsl mənasında, yaxın günlərdə Türkiyədə görüşək, hər şeyi müzakirə edək və mümkünsə, razılaşaq.

Putin səhhətinə görə indi beynəlxalq səfərlər edə, uzun və yorucu danışıqlarda şəxsən iştirak edə bilmir və Ərdoğan kimi təcrübəli siyasətçi tərəfindən “darmadağın edilməməsi” üçün dublyorunu göndərməyə cəsarət etmir, ona görə də qərarı gecikdirir. Üzbəüz danışıqlar üçün daha gec tarixlər – sentyabrın sonu – oktyabrın əvvəlini təklif edir ki, o zamana qədər oxşarını daha yaxşı hazırlamaq mümkün olar və ya səhhətində yaxşılaşma olarsa, danışıqlarda özü iştirak edər.

Ümumiyyətlə, onlar yaxın gələcəkdə tarixləri razılaşdırmaq barədə razılılığa gəliblər, lakin indiki mərhələdə əsas kozırlar Ərdoğanın əlindədir və onun mövqeyi və ən qısa zamanda şəxsi danışıqlara dair tələbləri daha inandırıcı görünür, ona görə də Putin çox güman ki, kifayət qədər hazırlıqlı olmayan dublyoru göndərməklə birtəhər vəziyyətdən çıxmaq və ya Ərdoğana qarşı oynamalı olacaq ki, bu da gözlənilməz nəticələr verə bilər. Qeyd etmək lazımdır ki, Rusiya prezidentinin dublyoru Putinin adından müxtəlif tədbirlərdə iştirak edərək təkmilləşməkdə davam edir. Dünən o, dövlət mükafatlarının təqdimetmə mərasimində iştirak edib. Mərasim zamanı ona ünvanlanan çoxsaylı tərifləri və komplimentləri dinlədikdən sonra dublyor əməllicə xoşhal olub. O, prezidentə olan yaltaqlığı özünə olurmuş kimi qəbul edir və hətta, bununla öyünür. Onun dünən hökumət üzvləri ilə videokonfrans vasitəsilə keçirdiyi görüş, ümumiyyətlə, onun üçün artıq adi bir hadisədir və burada utanmaqlıq bir şey hiss etmir. Amma Ərdoğan hökumət üzvləri deyil və o bu fırıldağı hiss edərsə, böyük qalmaqal yarada bilər.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir