KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Çin-Hindistan sərhəddində nə baş verir?

Çin-Hindistan sərhəddində nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
322 0

Çinlə Hindistan arasındakı sərhəddə qəribə hadisə baş verib. Hər iki tərəfdən 150-yə yaxın hərbçi əlbəyaxa olublar. Hərbçilər arasındakı dalaşma iki ölkənin bölgədəki komandirlərinin danışıqlarından sonra başa çatıb. Tərəflər bir-birlərinə qarşı atəş açmayıblar. Hərbçilər bir-birlərinə daş-kəsək atıblar.
Çin və Hindistan əhalinin sayına görə dünyanın iki ən böyük ölkəsidir. Ona görə də bu iki ölkə arasındakı istənilən insident bölgədə böyük toqquşmaya səbəb ola bilər. Çin və Hindistan arasında ən böyük qarşıdurma 1962-ci ildə baş verib. O zaman hər iki tərəf silahlardan istifadə ediblər. Qarşıdurmaya səbəb Çinin Hindistan ərazisinə iddia etməsidir. Pekin Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kvadrat kilometr əraziyə iddia edir. Rəsmi Dehli bundan başqa Çini Cammu və Kəşmir ştatlarında 43 min kvadrat kilometr ərazini qanunsuz işğal etməkdə günahlandırır.
Koronavirus epidemiyası Çinin siyasətinə təsir etməyib, əksinə xəstəliyi ilk yayan və ondan ilk qurtulan ölkə kimi xarici və təhlükəsizlik siyasətində aqressiv addımlar atmağa başlayıb. Pekin qonşu ölkələr hesabına ərazilərini genişləndirməyə çalışır. Məsələn Çində istehsal olunan xəritələrdə Hinistana aid Arunaçal-Pradeş Çin ərazisi kimi göstərilir. Vyenatnam da qonşusunun ərazi iddiasından əziyyət çəkir. Çin koronavirusun tüğyan etdiyi günlərdə, yəni aprel ayının ortalarında Vyetnam sahillərindəki adalarda ərazi-inzibati məntəqələr yaradıb. Halbuki adalar mübahisəli ərazilərdə yerləşir. Çin bu adalara görə, Vyetnamla yanaşı, Tayvan, Malayziya, Filippin və Brüneylə mübahisə edir.
Beləliklə, koronavirus epidemiyası Çinin planlarını dəyişdirməyib.
Birincisi, Pekin qonşularına qarşı ərazi iddiasından bundan sonra da əl çəkməyəcək. Pekin müxtəlif əraziləri ələ keçirməkdə qətidir və problemlərin həlli məqsədilə danışıqlara üstünlük vermir. Bu siyasət bölgədəki vəziyyəti gərginləşdirəcək. Asiya ölkələri Çinin bu siyasətində qorunmaq üçün Amerika və Hindistanla sıx əlaqələrə çalışırlar. Çinin ərazi iddiası Yaponiyanın da regional maraqlarına toxunur. Bu baxımdan Tokio ilə Dehli arasında tərəfdaşlıq güclənir.
İkincisi, Pekin postkoronavirus dövründə Amerika ilə qarşıdurmaya hazırlaşır. Bugünə qədər heç bir Çin rəsmisi koronavirusun dünyaya yayılmasmına görə ölkəsinin məsuliyyətindən danışmayıb. Əksinə, Çin rəsmiləri ara-sıra verdikləri açıqlamalarda virusun gəlmə olduğunu iddia edir, bəzən isə ünvan kimi Amerikanı göstərirlər. Yəni guya virus Amerika laboratoriyalarında hazırlanıb. Halbuki, bu gün koronavirusdan ən çox əziyyət çəkən ölkə məhz Amerikadır. Çin böyük dövlətlərin, o cümlədən Ümumdüyna Səhiyyə Təşkilatının koronavirus epimediyasının araşdırılması təklifini rədd edir. Deməli gizlədiləsi nəsə var.
“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir