KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: ölkədə polis dövləti yaradılıb

Cemil Hasanlı: ölkədə polis dövləti yaradılıb

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
176 0

Dəfələrlə yazılarımda, çıxışlarımda demişəm, yazmışam ki, DİN tək dindən yox, Konstitusyon nəzarətdən də çıxıb. Dəfələrlə yazmışıq ki, ölkədə polis dövləti yaradılıb. Dəfələrlə bəyan etmişik ki, polis dövləti yox, Əliyevlərin ailə-feodal hakimiyyətini qoruyan quruma çevrilib. Dəfələrlə demişik ki, polis bu ölkədə cinayət yuvasına çevrilib. Gədəbəy rayonunun Söyüdlü kəndində baş verənlər bunun daha bir təsdiqidir.

Söyüdlü uca dağ kəndidir. Buradan Qoşqar Əhmədli kimi dahi riyaziyyatçı, Cəmil Əhmədli kimi böyük filosov, Şəmil Əhmədli kimi kimyaçı professer, Hürü, Gülara, Gülnaz Əhmədli bacıları kimi alimlər çıxıb. Görün bir Söyüdlüdə yalnız bir ailə ölkəyə necə böyük alimlər verib. Yeri gəlmişkən Qoşqar müəllim o qədər perspektivli riyaziyyatçı idi ki, 50-ci illərin sonlarında KGB onu “yad təsirlərdən” qorumaq üçün onun yaşadığı Yuxarı Dağlıq küçəsindəki 2 saylı həyətdə ayrıca mənzil kirayəlyib həmin mənzildə öz agentini yerləşdirmişdi. (Bax: Fyodor Kopılovun İmam Mustafayevə “Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın 1958-ci il üçün agentura-əməliyyat və istintaq işlərinin yekunları haqqında hesabatı. 22 yanvar1959-cu il.)

Hakim ailənin hüdudsuz tamahı Gədəbəy dağlarına da gedib çıxıb. Neftlə, mazutla, qətanla doymadılar, indi də Söyüdlüdə qızıl axtarışına çıxıblar. Molla İbrahim Xəlil Kimyagər kimi sianid turşusunda torpağı yuyub qızıl iskirinə vaqif olacaqlar. Heç bir texniki təhlükəsizlik tədbirləri görmədən ətrəf mühiti zəhərləyən, insanı, flora və faunanı məhv edən 10 hektarlıq süni göl yaraıblar. İndi də Söyüdlünün otlaq sahələrində 48 hektarlıq sianid gölu yaratmaq istəyirlər. Bir müddət əvvəl Gədəbəy ziyalıları bu təhlükəli niyyətlə bağlı müraciət yaymışdı, həyəcan təbili çalmışdı.

Söyüdlü camaatı onların rahatlığını pozan, həyatlarını və həyətlərini zəhhərləyən, dolanışığına və təsərrüfatlarına ciddi təhlükə törədən sianid süni göllərinə qarşı etiraz edirlər. Bu onların vətəndaş haqqıdır, insani haqqıdır, konstitusyon hüququdur. Bir kəndin əhalisinə qarşı daxili qoşun göndərmək, ordu səfərbər etmək, polis qüvvələri tətbiq etmək qanunsuzdur. Vətəndaşın etiraz etmək hüququ var. Öz kəndini qoruyan, yaşadığı ətraf mühiti qoruyan yaşlı qadınlara, ixtiyar kişilərə qarşı polis kütləvi qorxu xofu yaradıb, dəyənəkdən, gözyaşardıcı qazdan istifadə edib, tək qanunsuzluq etməyib, sözün tam mənasında vəhşilik törədib. Dinc şəkildə, müqavimət göstərmədən geri qayıdan yaşlı qadına qarşı yaxın məsafədən gözyaşardıcı qazdan istifadə edilib, başqa bir qadın yerə yıxılaraq polis tərəfindən döyülür. Hadisə baş verən ərazidə süni tüstü-duman yayılmasından bəlli olur ki, qaz bombalarından istifadə edilib.

1930-cu ilin fevaral ayında Mir Cəfər Bağırov Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi işləyərkən Gədəbəyin Çay Oba kəndini topa tututb uşaqdan böyüyə hamısını qırmışdı. “Çay Oba faciəsi” nəticəsində kəndin 36 nəfər dinc sakini qətlə yetirilmiş, evləri dağıdılmışdı. Qətlə yetirilənlər arasında qadınlar və 14 uşaq da vardı. Hətta Sovet Hökuməti kimi totalitar bir dövlət bu cinayətə görə Mir Cəfər Bağırovu 1930-cu ildə vəzifəsindən azad etdi. İndi Söyüdlünü də öz ailə maraqlarına, öz ailə tamahına görə İlham Əliyev məhv edir. Yaşlı insanların üzərinə daxili qoşunları göndərir.

Şübhəsiz ki, Söyüdlüdə baş verən vəhşiliyin səbəbkarı hakim ailədir. Söhbət hansısa bir polisin özfəaliyyətindən, vəhşiliyindən, qəddarlığından getmir. Bu polisdən daha çox İlham Əliyevin öz vətəndaşlarına qarşı törətdiyi qətdarlıqdır. Daha əvvəl yazdığımız kimi Əliyevlər Azərbaycanla işğal olunmuş ərazi kimi, Azərbaycan xalqı ilə əsir götürülmüş əhali kimi rəftar edir.

Əlbəttə Söyüdlü vəhşiliyi, Söyüdlü qəddarlığı, Söyüdlü qanunsuzluğu polis nəfərinə dayanan vəhşilik deyil. Belə vəhşiliyə görə Daxili İşlər Naziri nəinki vəzifəsini, xidməti rütbəsini də təhvil verməlidir. Heç bir günah sahibi olmayan yaşlı Azərbaycan analarına dəyənək qaldırılıb, qaz bombasından istifadə edilib, ananın suratına qaz fısqirdılıb, bir kəndin əhalisi təhqir edilib, alçaldılıb. Saatlı, Daşkəsən, Gədəbəy, görən növbədə daha hansı rayonlar olacaq. Bilmirəm nə dərəcədə doğrudur, amma həmkəndliləri deyirlər ki, nazir Vilayət Eyvazov əmək fəaliyyətinə qəssablıqla başlayıb.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir