KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: 7 fevral növbədənkənar prezident seçkisi ilə bağlı Milli Şuranın bəyanatı

Cemil Hasanlı: 7 fevral növbədənkənar prezident seçkisi ilə bağlı Milli Şuranın bəyanatı

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
94 0

7 fevral 2024-cu ildə keçirilmiş növbədənkənar prezident seçkisi öncədən bilinən, bəlli olan nəticəni səsvermə nəticəsi kimi elan etmək, rəsmiləşdirmək məqsədi ilə həyata keçirilən, minimum demokratik standartlara cavab verməyən saxta seçki tamaşası oldu.

Xalqın iradəsini əks etdirməyən, kütləvi inamsızlıq və boykot şəraitində keçirilən bu seçkidə inzibati resurslar hesabına cəlb edilmiş az sayda insanlar öz azad iradələri ilə deyil, məcbur edilərək iştirak ediblər. Əldə olunan məlumatlar da təsdiq edir ki, təhsil müəssisələrindən tutmuş, dövlət orqanlarında çalışanlara, özəl sektorda işləyən ən müxtəlif təbəqələrdən olan şəxslərə qədər çox sayda insana səsvermə məntəqələrinə getmək üçün inzibati resurslardan istifadə edilərək təzyiq göstərilib. Buna baxmayaraq yenə də seçici fəallığını təmin edə bilməyən rejim cəmiyyət və müxalifətin birgə boykot etdiyi bu seçki tamaşasında kütləvi iştirak görüntüsü yaratmaq üçün xüsusi hazırlanmış mütəşəkkil dəstələrin “karusel” qaydasında təkrar-təkrar müxtəlif məntəqlərdə səsverməsini i təşkil edərək guya insanların seçkidə iştirakı görüntüsünü yaratmağa çalışıb və bununla da öz saxtakar mahiyyətini nümayiş etdirib

Aydındır ki, belə bir kütləvi boykot və saxtakarlıq şəraitində keçirilən seçkinin nəticələrinə əsaslanaraq MSK – nın elan etdiyi nəticələr Azərbaycan xalqının iradəsini və seçimini əks etdirə bilməz .

İstənilən seçki nəticəsinin legitimliyi seçki prosesində maraqlı tərəflərin iştirak və sərbəst rəqabət imkanlarına sahib olmasına, bütün tərəflər üçün ədalətli yarış şərtlərinə bağlıdır. Ancaq 7 fevral tarixində Azərbaycanda keçirilən saxta prezident seçkisi namizədlər arasında heç bir rəqabət olmadan, maraqlı tərəflərin seçki yarışına qatılmasına imkan verilmədən, fəaliyyət azadlıqları zorakı qadağalarla məhdudlaşdırılaraq keçirilib. Mill Şura, AXCP və Müsavat partiyası ölkədə demokratik seçki mühitinin olmamasını, seçki saxtakarlığını həyata keçirən komissiyaların hakimiyyətin nəzarətində olmasını, effektiv yerli müşahidə fəaliyyətinə imkan verilməməsi və siyasi repressiyalar, basqılar şəraitndə fəaliyyət, yarışma imkanlarının olmamasını əsas gətirərək 7 fevral saxta seçkisini boykot etmək qərarı vermişdi. Bu qərar verilərkən eyni zamanda Azərbaycan xalqının da belə bir seçki prosesinədə iştirak etmək istəməməsi və nəticələri öncədən bilinən bu seçki oyununa inamsızlığı da nəzərə alınmışdı.

Əsas siyasi rəqiblərin prezident seçkisində iştirakına imkan verilmədiyi bir şəraitdə İlham Əliyev onun piarın aparan, siyasi fəaliyyəti onu mədh etmək üzərində qurulan şəxsləri özünə alternativ namizəd təyin etməklə süni saxta rəqabət görüntüsü yaratmağa çalışsa da, cəmiyyəti aldada bilmədi . Çünki bu təyin olunmuş namizədlər “seçki debatları” zamanı belə İlham Əliyevi tərifləyərək özlərini hətta formal rəqiblər kimi belə göstərə bilmədilər. Onlar bu prosesdə İlham Əliyevin rəqibi kimi deyil, daha çox onun təbliğatçısı, vəkili kimi davranaraq hakimiyyətin minimum rəqabətə belə nə qədər dözümsüz olduğunu, siyasi rəqabətdən qorxduğunu öz çıxışları ilə büruzə verdilər. Bu onu göstərir ki, 7 fevral seçkisində Azərbaycan xalqının alternativ siyasəti seçmək imkanı olmayıb. Hətta hakimiyyətin təyin etdiyi bu namizədlərin İlham Əliyevi tərifləməsi ATƏT müşahidə missiyasının aralıq hesabatında da öz əksini tapıb.

7 fevral prezident seçkisindən öncə və seçki elan olunduğu dövrdə ölkədə siyasi fəaliyyət azadlıqları zorakı üsullarla məhdudlaşdırılıb, siyasi repressiyalar daha da güclənib, alternativ fikrə qarşı dözümsüzlük və siyasi rəqiblərə qarşı basqılar davam edib. Beş ildən artıq müddətdə sərbəst toplaşmaq azadlığının qadağan olunduğu , mütəmadi şəkildə siyasi həbslərin həyata keçirildiyi, müxalifət fəallarının təqib edildiyi, müstəqil medianın sıradan çıxarıldığı və 250- dən yuxarı siyasi məhbusun olduğu bir şəraitdə aydın görünür ki, seçkilərdə iştirak edib rəqabət aparmaq, yarışmaq imkanları müxalifətin əlindən alınıb. Belə bir şəraitdə seçkilər tam formal xarakter daşıyır və saxtakarlıq yolu ilə hakimiyyətin növbəti dəfə zəbt edilməsinə xidmət edir.

7 fevral seçkisinin beynəlxalq səviyyədə monitorinqi yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən həyata keçirilib. Məlum olduğu kimi Avropa Parlamenti bu seçkiyə etimadsızlıq göstərərək onu müşahidə etməkdən imtina edib, hətta öz deputatlarına da onu müşahidə etməyi qadağan edib. Azərbaycan hakimiyyəti öz öhdəliklərini pozaraq Avropa Şurası Parlament Assambleyasına isə seçkini monitorinq üçün dəvət göndərməyib. Görünür «kürü diplomatiyası»nın ifşasından sonra AŞPA nın seçkilərə bu dəfə obyektiv qiymət verəcəyindən narahat olan Azərbaycan hakimiyyəti beynəlxalq müşahidə fəaliyyətini maksimum məhdudlaşdlrmağa çalışıb.
Yerli müşahidə işindən isə danışmağına dəyməz. Çünki seçki müşahidəsi işi ilə məşğul ola biləcək heç bir QHT-nin bu prosesdə iştirakınaa imkan verilməyib.

Milli Şura olaraq hesab edir ki, 7 fevral seçkisinin xalqın və müxalifətin boykot etdiyi, heç bir rəqabətin və fəaliyyət azadlığının olmadığı, inzibati resurslardan istifadə edilərək insanların məcbur edilərək görüntü üçün səsverməyə gətirildiyi, xüsusi təşkil olunmuş qruplar vasitəsi ilə müxtəlif məntəqələrdə səs verildiyi, səsvermə prosesinə heç heç bir müşahidənin olmadığı, təyin edilmiş namizədlərin İlham Əliyevi təriflədiyi, hər hansı rəqabət şəraiti olmadığı üçün alternativ siyasəti seçmək imkanının olmadığı, seçki komissiyalarının hakimiyyətin total nəzarəti altında olduğu və səsvermə prosesinin kütləvi şəkildə saxtalaşdırıldığı, ölkədə siyasi repressiya və qadağaların artdığı bir şəraitdə keçirildiyi üçün cəmiyyətin iradəsini əks etdirə bilməz.

Biz hesab edirik ki, 7 fevralda ölkə Konstitusiyası və qanunları, beynəlxalq öhdəliklər kobud şəkildə pozularaq Azərbaycan xalqı növbəti dəfə seçki yolu ilə öz hakimiyyətini dəyişmək hüququndan və imkanlarınfan məhrum edilib. 7 fevral saxta seçkisinin nəticələsi olaraq İlham Əliyev Azərbaycanda növbəti dəfə hakimiyyəti qəsb edib. Ona görə də MSK- nın elan etdiyi nəticələr Azərbaycan xalqının deyil, Prezident Aparatında öncədən müəyyən edilmiş saxta nəticələri əks etdirir və heç bir halda legitim sayıla bilməz.
Milli Şura olaraq beynəlxalq birliyə müraciət edərək müxalifətin və xalqın boykot etdiyi saxta seçki nəticələrini tanımamağa çağırırıq..

Biz Azərbaycan xalqına müraciət edərək onun iradəsini saxtalaşdıran, səsini oğurlayan, milli iradəsini tapdayıb saxta seçki yolu ilə dövlət hakimiyyətini qəsb edən İlham Əliyevin qanunsuz, qeyri legitim hakimiyyətinə qarşı etiraz etməyə və demokratik seçkilər uğrunda mütəşəkkil mübarizəyə qoşulmağa çağırırıq.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir