KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ATİF İSLAMZADƏ: TERMİN STRUKTURUNDA QAFİYƏ FORMULU

ATİF İSLAMZADƏ: TERMİN STRUKTURUNDA QAFİYƏ FORMULU

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
391 0

Terminologiya və yaxud istilahşünaslıq bütün elmlərin əsasını təşkil edir. Yəni terminsiz elm yoxdur. Termin hər bir elmin nəzəri tərəfini əhatə edir. Terminlər dünyəvi və milli olur. Bu da ondan irəli gəlir ki, hansı kəşf, ixtira və yaxud metod hansı dildə yaranırsa, o dilin leksikasına uyğun şəkildə işlədilir. Ancaq terminlərin bundan əlavə qarşılığı tapılıb yerliləşdirilməsi və yaxud milliləşdirilməsi də ayrıca mövzudur.
Hər termin müəyyən bir qavramı ifadə edir. Bizim diqqət yetirdiyimiz nüans bu kontekstdə terminlərin qafiyə formulu əsasında inkişaf etməsidir. Təbiidir ki, bu ondan irəli gəlir ki, termin bir anlayışı ifadə etdikdə müəyyən bir ahəngin meydana çıxmasını şərtləndirir. Səsin ahəngi sözün yaddaşda sabitləşməsinə təkan verir . Bu baxımdan termin strukturunda qafiyə formulu müşahidə olunur. Halbuki elmlə məşğul olan şəxslərin bir qismi qafiyə sistemini poeziyaya aid edir. Hətta şeir və elm qarşılığı yaradıb poeziyanın zəifliyini əsaslandırmağa çalışır. Ancaq ən müxtəlif sahələrdə işlətdikləri elmi terminlərin qafiyə sisteminə diqqət yetirməyi unudurlar.
Qeyd edək ki, qafiyə yalnız şeir strukturuna aid deyil Əksinə, qədimdə qafiyəsiz şeir daha çox olmuş, şeir bəlağət elmi hesab olunduğu üçün mexaniki olaraq qafiyəli şeirlər meydana gəlmişdir ( 1, 10, 11 ).
Demək olar ki, ən müxtəlif sahələrdə qafiyə sistemi aşkar görünür. Biz bu baxımdan müəyyən nümunələri təqdim edərək onların rabitəli izahını verməyə deyil, arasındakı qafiyə sisteminə diqqət çəkməyə çalışacağıq. Çünki hər sözün izahı üçün cild-cild kitab yazmaq ehtiyacı meydana çıxa bilər. Ona görə də qafiyə sisteminə nəzər yetirərək qismən izaha meyl etmək olar. Ancaq qeyd edək ki, təqdim edəcəyimiz terminlər birmənalı şəkildə eyni sistemə məxsus olub bir-biri ilə əlaqəlidir. Təbiidir ki, terminoloji lüğətləri araşdıranlar və mütəxəssislər bunu yaxşı anlayırlar.
1. Lokal;
2. Regional;
3. Qlobal;
Dilimizə uyğun şəkildə bu terminlərin qarşılığı da vardır;
1. Yerli;
2. Məhəlli;
3. Dünyəvi.
Göründüyü kimi hər iki halda termin və istilahlar qafiyəli və yaxud sunu qafiyələnən sözlər əsasında meydana çıxıb şüurumuzda ahəngdar şəkildə özünə yer tapır və eyni mənalı sözləri ifadə edir.
Bu izləmədə yeni qafiyəli terminlərə diqqət yetirək:
1. Politika;
2. Ekonomika;
3. Publika;
Qarşılığı;
1. Siyasi;
2. İqtisadi;
3. İctimai və s.
Bu terminlər arasında səs, söz və hərf ahəngdarlığının yaradılması və bu əsasda meydana çıxması şübhəsizdir. Yeni terminlərə nəzər yetirək;
1. Sinxron;
2. Diaxron;
3. Anaxron.
Bu terminlərin rabitəli şəkildə bir-birinə bağlılığı, müxtəlif sahələrdə müxtəlif anlamlarla işlənməsinə baxmayaraq eyni sistəmə aid olduğu və daxilində qafiyə formulu daşıdığı aydındır.
Bu kontekstdə yeni bir nümunəyə nəzər salaq;
1. İdeal (izm);
2. Material( izm).
Daha bir nümunə;
1. Loyal;
2. Radikal;
3. Liberal.
Yeni bir nümunə;
1. Situasiya;
2. Assosiasiya;
3. İntuisiya;
4. Funksiya.
Məntiq, biologiya, fizika, fəlsəfə və psixologiya sahəsində məlumatlı olanlar bu terminlərin bu sahələrdə olan yaxın anlamlı rabitəsini yaxşı anlaya bilir. Məhz göründüyü kimi, bu terminlərin də qafiyə formulu göz qabağındadır.
Daha bir nümunəyə diqqət çəkək;
1. İnduksiya;
2. Deduksiya.
Aydındır ki, məntiq və fəlsəfə elminin əsas qavramlarını ifadə edən terminlərdir.
Daha bir nümunə;
1. Matriarxal və yaxud matriarxat;
2. Patriarxal və yaxud patriarxat.
Tarix sahəsində ən qədim terminlərə diqqət yetirin;
1. Daş dövrünün 3 mərhələsi;
a) Paleolit
b) Mezolit
c) Neolit.
2 Mis dövrünün mərhələsi;
a) Enolit və yaxud xalkolit
2. Dəmir dövrü;
Dəmir meteorit
Dəmir dövrünün bu şəkildə adlanması təbiidir ki, dəmirin göydən gəlməsi ilə bağlıdır. Bu Qurani-Kərimin “Hədid “surəsində əksini tapmışdır. Təsadüfi deyil ki, bu surənin orijinalında (ərəbcəsində) الْحَدِيدَ وَأَنزَلْنَا “ve enzelnel-hadide” yəni dəmirin nazil olunmasından, endirilməsindən bəhs olunur (2, 540).
Bu mülahizə əsrlər sonra müasir elm tərəfindən də qəbul olunmuşdur.
Biz təqdim etdiyimiz bu örnəklərlə qafiyə sisteminin və yaxud qulaq səsinə qafiyə yönümlü uyğunlaşdırmanın nəinki poeziyada, hətta bütün elmi sahələrdə əsas təşkil etdiyinə diqqət çəkməyə çalışdıq. Təəssüf ki, bəzi diletantlar və yaxud özünü poeziya dahisi sayanlar şeir sənətində qafiyənin əsas olmadığını iddia edirlər. Aydın görünür ki, qafiyə sistemi olmadıqda bütün sahələr zəif görünür. Bu baxımdan qafiyəsiz poeziya bədii mahiyyətini itirib danışıq səviyyəsində qalır. Bu şəkildə fikirləri isə hər kəs işlədib özünü dahi hesab edə bilər. Əlbəttə, biz qafiyəpərdazlığa haqq qazandırmırıq, ancaq qafiyəsiz poeziyanın asan yazıla bildiyini və poeziya ilə bağlantısının zəif olduğunu göstərməyə çalışırıq. Elə bu baxımdan da qafiyə sisteminə qarşı çıxmağı yanlış hesab edir, bu yazıda hətta elmi sahələrdə qafiyə sisteminin olduğunu diqqətə çatdırmaqla bu müddəanı ortaya qoyuruq. Məlumdur ki, poeziyadan fərqli olaraq elm soyuq məntiq və analitik nəticələr əsasında inkişaf edir. Buna baxmayaraq elmdə də qafiyə formulu xüsusi önəm daşıyır. Çünki bunu yaddaş sistemi tələb edir. Buna görə də poeziyada qafiyəyə qarşı mövqe nümayiş etdirənlər nəinki poeziyanı, heç onları əhatə edən elmi sahələri belə müşahidə edə bilmirlər.

QAYNAQLAR
1. İbrahimov S. Divan ədəbiyyatının poetikası. Bakı: Bakı Universiteti nəşriyyatı, 2015.
2. Kurani-Kerim (arapca) DİB yayınları, V baskı, İstanbul, 2018.
1

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir