KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Karabağ sorunu bitmedi mi savaş yeniden başlıyor

Asif Nerimanlı: Karabağ sorunu bitmedi mi savaş yeniden başlıyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
187 0

Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyinə dair məlumatlar var: avropalı müşahidəçiləri də bölgədən təcili təxliyə ediblər;

Ermənilər iddia edirlər ki, 1 nömrəli hazırlıq vəziyyəti Azərbaycan ordusunun hərəkətliliyinə görə elan edilib. Hərçənd, onların məlumatlarını analiz etdikdə hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür.

Birincisi, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhədboyunca: mövcud şəraitdə Qarabağda separatizmin ləğv edilməsi daha aktual görünür;

İkincisi, ermənilər Azərbaycan ordusunun “Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmləndiyini” iddia edir: Kəlbəcər və Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir, Naxçıvan istiqamətində Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin də qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür;

Üçüncüsü, Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz “Azərbaycan atəş açır, təxribat törədir” iddialarını ispat etmək üçün gətiriblər: əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz, əksinə, “sübutlar toplamaq” üçün saxlayardılar; onların təxliyəsi hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir;

Ermənistanın mümkün təxribat hücumunun birdən çox hədəfi ola bilər:

1. Azərbaycan Qarabağda genişmiqyaslı anti-terror əməliyyatına başlayarsa, sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək və zəiflətmək;
2. Kəlbəcər və Laçın istiqamətində əlverişli mövqelərə çıxmaq;
3. Naxçıvan istiqamətində təxribatlarla “Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir” görüntüsü yaratmaq və üçüncü ölkələri – Qərb ölkələrinin və İranın ən azı siyasi müdaxiləsinə (mümkünsə hərbi müdaxilə) nail olmaq;
4. Sərhəddə təxribatlarla danışıqlar masasında “güzgü prinsipi”ni – qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmaq və s;

Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsindən sonra – bu gün müdafiə naziri Suren Papikyanın Fransaya səfər etməsi də diqqət çəkən məqamlardandır.
Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir