KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Balkanlar yeni müharibə ocağına çevriləcəkmi?

Asif Nerimanlı: Balkanlar yeni müharibə ocağına çevriləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
344 1

Kosova-Serbiya qarşıdurmasının Balkan bölgəsindəki “minalar”ın hər an partlamağa hazır olmasından qaynaqlandığı bəllidir: kiçik qığılcım belə bu bölgədə münaqişənin yenidən alovlanmasına zəmin yarada bilər, hərçənd, bunun indi – Ukrayna müharibəsi ilə dəyişən geosiyasi şərtlər fonunda baş verməsi Qərb-Rusiya qarşıdurmasının bir parçası kimi də görünür.

Bu bölgədə eskalasiya Rusiyaya sərf edir:

– Avropada Ukraynadan sonra ikinci cəbhənin açılması rusların əlini gücləndirə bilər;
– Rusiya qazından asılılığı azaltmaq istəyən Avropanın alternativ enerji mənbələrinin marşrutlarından olan bölgədə hərbi qarşıdurma rusların marağında ola bilər;
– Kosova-Serbiya toqquşmasının bütövlükdə Balkan bölgəsinə yayılması perspektivi həmişə aktual olub və belə perspektiv Avropanın alternativ mənbələrdən biri kimi gördüyü Azərbaycan qazının Avropaya çıxış istiqamətinə də risklər yarada bilər: bununla yanaşı, Ukrayna müharibəsindən sonra Avropa İttifaqı Azərbaycanın Qərbi Balkanların qaz təchizatında da iştirak etməsini istəyir və bu, Rusiyanın bazardakı payının azalması gözləntilərini ortaya çıxarır;

Qarşıdurmaya bu kontekstdə baxdıqda, xüsusilə ordunu hərəkətə gətirən Serbiyanın Rusiyanın müttəfiqi olduğunu nəzərə aldıqda, hadisələrdə “rus izi”ni axtarmağa əsaslar yaranır. Hərçənd, bir neçə məqam açıq suallar yaradır:

Birincisi, qarşıdurmanın motividir: Kosova Serbiya nömrəli avtomobillərə müvəqqəti nömrə və keçid sənədi verilməsini nəzərdə tutan qaydalar tətbiq edir, o cümlədən, ölkənin şimalında Belqrada bağlı olan yerli serblərin vətəndaşlığı qəbul etməsini tələb edir; bu gərginliyin rəsmi Priştinanın addımından sonra başladığı deməkdir;

İkincisi, Kosovanı tanımayan və yenidən özünə biləşdirilməsi üçün fürsət gözləyən Serbiyanın indi buna getməsi ehtimalının az olmasıdır, hətta Albaniya və Kosovanın birləşməsi perspektivini təhlükə olaraq görsə belə, Belqrad NATO-nun mövcud olduğu bölgəyə hücum etməyin nəticəsini anlayır;

Üçüncüsü, mümkün eskalasiyanın nəticəsində Qərb cəbhəsinin Belqradı mövcud siyasətindən – Rusiya ilə yaxınlığından uzaqlaşdırması riskləri var;

Bu baxımdan, Kosova-Serbiya gərginliyi Rusiyaya yaxınlığı ilə seçilən Belqrada Qərbin “mesajı” da ola bilər.

Baş verənlər Balkanların siyasi xəritəsinin yenidən dəyişə biləcəyi, yaxud belə istəklərin olduğunu ön plana çıxarır.

Asif Nerimanlı Kafkassam

İlgili Yazılar

1 Yorum

  1. Sezgin - -

    Şu anda olanlar endişe verici Rusya ve Ukraynadan sonra balkanlarda patlak verecek bir savaş bizi daha zor günler bekleyeceğinin işareti

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir