KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsi

Asif Nerimanlı: Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
193 0

Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıb. Bu, Ağdam yolundan Rusiya yükünün keçməsindən sonra irəliyə doğru növbəti addım hesab edilə bilər. Lakin açıq qalan sual var:

– BQXK Laçın yolundan Ermənistandan gələn yükləri keçirəcək, bəs Ağdam-Xankəndi yolundan daşıyacağı yüklər Azərbaycan yükləri olacaqmı?

Rəsmi məlumatlarda bu məsələ qeyd olunmur, hərçənd, Rusiyadan gələn yüklər sülhməramlılar tərəfindən aparılıb və əgər BQXK da təkcə rusların yükünü daşıyacaqsa, o zaman, komitənin Ağdam-Xankəndi yolunda fəaliyyəti sual altına düşür. Bu baxımdan, beynəlxalq komitənin Ağdam-Xankəndi yolundan Azərbaycan yüklərini Xankəndinə aparacağı fikrini irəli sürmək, yaxud qarşıdakı günlərdə bunun baş verəcəyini demək mümkündür.

BQXK-nın hər iki yoldan yük daşınmasını həyata keçirməsinin əhəmiyyətli tərəfləri var:

Birincisi, Ağdam-Xankəndi marşrutundan təkcə Rusiyanın keçidi Qərb dairələrinə bu yolun legitimliyinə şübhə etmək imkanı verirdi, indi BQXK-nın prosesə qoşulması Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir;
İkincisi, BQXK Laçın yolundan daşımaları Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirəcək: sərhəd qaydalarına əməl ediləcək, gömrük rüsumu ödəniləcək, XİN-in açıqlamasında qaydalar yenidən vurğulanıb; bu, ilk növbədə Laçın yolu ilə bağlı iddiaları-planları sıradan çıxarır, eyni zamanda, növbəti mərhələdə Ağdam-Xankəndi yolunun daşımalarda daha səmərəli olacağı reallığı yaranacaq və əsas marşrut bu yol olacaq;
Üçüncüsü, BQXK-nın Xankəndinə Ağdamdan daxil olması bu təşkilatın İrəvandakı ofisinin Azərbaycan ərazisinə müdaxiləsini aradan qalxması perspektivini də önə çıxarır: komitənin Xankəndindəki nümayəndəliyi hələ də Ermənistandakı ofisə tabedir və bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına zidddir; gözləniləndir ki, komitənin Ağdam marşrutundan istifadəyə başlamasından sonra Xankəndində nümayəndəliyin fəaliyyətinin Bakıdakı ofis tərəfindən yönləndirilməsi aktuallaşacaq; bu, erməni əhalisinin reinteqrasiyası prosesinin tərkib hissəsi olmalıdır;

Separatçların geri çəkilməsi Bakını Xankəndi hədəfinə doğru daha da yaxınlaşdırır. Lakin bu geriçəkilmə separatçı qurumun ləğv edilməsi, erməni silahlı dəstələrin ərazimizdən çıxarılması və tərki-silah edilməsi gündəliyini dəyişdirmir.
Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir