KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ƏRDOĞANLA PUTİN ANLAŞDILAR

ƏRDOĞANLA PUTİN ANLAŞDILAR

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
322 0

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü başa çatdı. Bu, Türkiyənin regional maraqlarının qorunması baxımından vacib görüş idi.

Türkiyə Suriya sərhəddinin 32 kilometr dərinliyini nəzarət altına almaq və bu bölgəni terrorçulardan təmizləmək üçün əvvəlcə Vaşinqtonla razılaşdı. Çünki, həmin bölgələrə PKK uzantıları amerikalı hərbçilərlə birgə nəzarət edirdilər. Türkiyə ordusu əməliyyata başladı. Ancaq amerikalı hərbçilər həmin bölgələri tərk etdikdən sonra PKK uzantıları YPG və PYD dərhal ağalarını dəyişdilər və qapılarını Rusiya hərbçilərinə və Əsəd qüvvələrinə açdılar. Başqa sözlə Amerika prezidenti Donald Tramp Suriyanın şimalını və PKK uzantılarını rusiyalı həmkarı Vladimir Putinə iadə etdi. Ona görə də bundan sonra Ankara artıq Moskva ilə danışmaq məcburiyyətində qaldı.

Ərdoğanın Putinlə bugünkü görüşündə əldə olunan nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar. Əlbəttə, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı.

Birincisi, Ərdoğan “Barış Pınarı” əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah edib. Ərdoğan bir daha Putin bildirib ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, PKK uzantıları 150 saat ərzində Türkiyənin sərhəddindən 30 kilometr uzaqlaşdırılacaq. Bunu Rusiya təmin edəcək. Türkiyə ilə Rusiya birgə patrul xidməti həyata keçirəcəklər. Hər iki tərəf Suriyada DAİŞ terrorçularını təqib edəcək. Soçidəki bugünkü anlaşma həm də onu göstərdi ki, Əsəd öz ölkəsində Rusiya prezidentinin istəkləri daxilində fəaliyyət göstərmək məcburiyyətindədir.

İkincisi, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suriyalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bu bölgədə varlığını sürdürə biləcək.

Üçüncüsü, Suriyanın Konstitusiyasını müəyyənləşdirəcək Komitə 29 oktyabrda toplanacaq. Bu komitənin tərkibi daha əvvəl Rusiya və Türkiyə arasında razılaşdırılmışdı. Komitənin tərkibində Əsəd rejiminin nümayəndələri ilə yanaşı müxalifət təmsilçiləri də yer alıblar.

Beləliklə, Suriyada Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq davam edir. Kreml Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə almış oldu. Mümkündür ki, Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb. Böyük ehtimalla Ərdoğan bu təklifi rədd etməsə də, Dəməqşlə dialoqa başlamaq üçün zamana ehtiyacı olduğunu bildirib.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir