KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Geostrateji rəqabət şiddətlənir: Bakıda aparılan müzakirələr

Aqşin Kərimov: Geostrateji rəqabət şiddətlənir: Bakıda aparılan müzakirələr

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
189 0

Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşü keçirildi.

Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.

TEZİSLƏRİM:

– Orta Dəhlizin parametrləri geosiyasi və geostrateji mübarizənin şiddətləndiyi bir zamanda bir sıra təhlükəsizlik dilemmalarını üzə çıxarır.

– Çin, Türkiyə, Mərkəzi Asiya regionunda Qazaxıstan, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan uzun müddətdir ki, Şərqi Asiyanı Avropa ilə birləşdirəcək Orta Dəhliz marşrutunu yaratmağa çalışırlar.

– Bu ticarət trayektoriyası Şimal-Cənub Nəqliyyat Dəhlizindən yan keçir, yəni Rusiya, İran və Hindistan bu marşrutdan nəsiblərini götürmürlər.

– Orta Dəhlizin Rusiya, Hindistan və İrandan yayındırılması layihədə iştirak edən Cənubi Qafqaz ölkələrinin və Mərkəzi Asiya dövlətlərinin alternativ maraqlardan yararlanmaq ümidlərini artırır.

– Bu nöqtədə ABŞ Hindistanla sövdələşməyə gedib Çinin yüksələn nüfuzu fonunda Orta Dəhlizin inkişafına maneə yaratmağa çalışır.

– Hətta bir az da irəli gedərək, Vaşinqtonun Avropa İttifaqına təzyiqləri də qaçılmazdır, lakin Aİ formalaşan yeni dünya siyasi nizamında Çinlə əməkdaşlığın dərinləşməsi ehtiyacını hiss edir.

– Çünki Avropa nöqteyi-nəzərindən Orta Dəhliz Mərkəzi Asiya və Qafqaz regionunun inkişaf edən bazarlarına, həmçinin Gürcüstan və Türkiyə limanları vasitəsilə Yaxın Şərq, Şimali Afrika, Avropa Aralıq dənizi regionuna daha sürətli çıxış təklif edir.

– Çinin Mərkəzi Asiyada yüksələn profili Orta Dəhlizin diversifikasiyasını stimullaşdırır. Pekin Orta Dəhlizin əzələlərini möhkəmləndirməkdən ötrü Çin-Özbəkistan-Qırğızıstan-Xəzər dəmir yolu layihəsinin inkişafına təkan verir.

– Qlobal rəqabətin çevik olaraq şiddətli fazaya keçdiyi, maraqlarda güzəşt amilinin aşağı düşməsi fonunda meydana çıxan təhlükəsizliklə əlaqədar aspektlərin motivləri suallar yarada bilər.

– Orta Dəhliz marşrutunun tam gücü ilə işləməsi üçün bir sıra inzibati, infrastruktur, maliyyə və siyasi çətinliklərin öhdəsindən gəlmək lazımdır. SPECA sammiti genişspektrli müzakirələr aparıb növbəti hədəf portfelləri hazırlamağı qarşıya məqsəd qoyur.

YEKUN

– Orta Dəhliz boyunca yerləşən dövlətlərin maraqlarını öz tərəflərinə çəkməkdən ötrü ABŞ, Rusiya və Çin arasında geostrateji mübarizənin böyüyəcəyini söyləmək olar.

– Bakıdakı sammit ümumilikdə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin maraqlarını birləşdirəcək Orta Dəhliz ideallarından geri çəkilməyəcəyini göstərir (Daha ətraflı rəy bölümündə)

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir