KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Əliyev Stoltenberqə Türkiyə amilini xatırlatdı: “Laçını” “Zəngəzurun” önünə çıxardı

Aqşin Kərimov: Əliyev Stoltenberqə Türkiyə amilini xatırlatdı: “Laçını” “Zəngəzurun” önünə çıxardı

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
386 0

Bu gün Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü keçirildi. Görüşdən sonra mətbuat qarşısına çıxan İlham Əliyev və Yens Stoltenberqin verdiyi mesajlardan duymaq mümkün idi ki, görüş məhsuldar olub.

NATO-Bakı ikitərəfli əsaslarla münasibətlərin inkişafına önəm verir, bu əlaqələrin dərinləşməsi üçün isə etibarlı zəminlər yaradılıb.

Təsadüfi deyil ki, NATO baş katibi bir daha Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan, Azərbaycanın Əfqanıstanda NATO-nun fəaliyyətinə dəstək verməsindən danışdı, bunlar təkrar tezislər olsa da, indiki mərhələ üçün özündə mühüm komponentləri birləşdirir.

Azərbaycan isə Avropanın qaz təzhizatında mühüm çəkiyə malikdir, İlham Əliyev Azərbaycanın NATO üzvü olan ölkələrin etibarlı qaz təchizatçısı olması deməsi də, bunu şərtləndirir ki, gələcəkdə əməkdaşlıq yeni fazaya daxil olacaq.

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçiriləcək üçtərəfli görüş öncəsi Azərbaycan-Ermənistan münasibətlərindəki açıq qalan məsələlərə vurğu etməsi danışıqların hansı səmtdə gedəcəyinə anonsdur.

Açıq qalan məsələlər:

1. Ermənistan Zəngəzur dəhlizinin açılması ilı bağlı qeyri-müəyyən mövqe sərgiləyir, ancaq artıq bu, özünün qırılma nöqtəsinə çatıb. Belə ki, Prezident İlham Əliyevin dəhlizinin tərkib hissəsi olan avtomobil yolunun açılması üçün dəqiq marşrut müəyyən edilməyib ki, bu da İrəvanın sərgilədiyi mövqedən qaynaqlanır.

Bununla belə, üçtərəfli görüşlərdə bu məsələ aktuallıq qazanır və deyə bilərik ki, artıq danışıqlar raundu tam yeni mərhələdədir.

2. Digər bir məsələ isə Zəngəzur dəhlizi ilə Laçın koridorunun statusunu eyniləşdirmək cəhdləridir. İlham Əliyev bu mövzu barədə açıq mesaj verdi.

Dövlət başçısı mətbuat konfransında dedi:

“Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır.

Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”, – dövlət başçısı bildirib.

Bu bəyanat onu göstərir ki, hər iki hal Azərbaycana sərf edir, ancaq bununla belə Zəngəzur dəhlizində nəzarət postlarının qoyulmamasına daha çox üstünlük verir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu axşam Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək üçtərəfli və ikitərəfli görüşlərdə İlham Əliyev bir daha şərtləri irəli sürəcək.

Təbii ki, Ermənistanın şərtli təkliflərlə çıxış etmək üçün hərbi-siyasi resursu və iradəsi mövcud deyil, ona görə danışıqlarda Azərbaycan tərəfinin təkliflərinə üstünlük veriləcək.

Birgə mətbuat konfransında verilən açıqlamalar Əliyev-Stoltenberq görüşünün bir sıra detallarını da göz önünə gətirmək üçün əsaslar yaradır.

Çünki bəlli məsələdir ki, Azərbaycan müharibədən sonra da yumşaq hərbi güc vasitəsilə Ermənistanı güzəştə məcbur edib, burada Türkiyənin də dəstəyinin rolu böyükdür.

İlham Əliyevin Türkiyənin NATO üzvü olmasına vurğu etməklə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini keçirməsini söyləməsi, bu təlimlərin sülh və təhlükəsizliyə yönəldiyini bəyan etməsi də də NATO-nun prosesdə daha çox Azərbaycana dəstəyinin indikatoru kimi dəyərləndirilə bilər.

Düzdür, NATO münaqişə tərəfi deyil, diplomatik bəyanatlarda nə Azərbaycana, nə də Ermənistana açıq dəstək nümayiş etdirir.

Cənubi Qafqazda sülh və təhlükəsizliyin uzunmüddətli forma halını alması üçün Azərbaycanın təklifləri ən effektiv reseptdir ki, bu da NATO-ya sərf edir.

NATO dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasını dəstəkləyir, bunun üçün coğrafi yaxınlıq təşkil edən üzv ölkələrin resurslarından yararlanmaq istəyir, yəni qısası, söhbət Türkiyədən gedir.

NATO-nun Azərbaycanı dəstəkləməsinin kökündə iqtisadi əsaslar da dayanır: Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün mühüm töhfəverici faktora çevrilib və NATO bunu yüksək qiymətləndirir.
Əliyev-Stoltenberq görüşündən çıxan nəticə:

Mətbuat konfransında xoşməramlı mesajların verilməsi onu göstərir ki, gələcəkdə Azərbaycan-NATO əməkdaşlığı keyfiyyətcə yeni fazaya daxil olacaq.

İstər Rusiya, istərsə də Qərb tərəfindən təşkil edilən görüşlərdə bir məqam diqqət çəkir:

Heç birində nə Rusiya NATO-nun Cənubi Qafqazdakı hərbi iştirakının yolverilməzliyinə açıq vurğu edir, nə də Qərb Rusiyaya yönələn açıqlamalar verir.

Yəqin ki, razılıq var ki, bu tip görüşlər Qərb-Rusiya konfrontasiyasının elementi kimi göstərilməsin.

Bu onun dəlilidir ki, Rusiya-NATO arasında Cənubi Qafqaz uğrunda daha çox hibrid müharibə gedir…

Aqşin KərimovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir