KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Amerikanın homoseksual TƏLƏSİ

Amerikanın homoseksual TƏLƏSİ

Hasan Oktay Hasan Oktay - - 14 dk okuma süresi
394 0

Amerikanın homoseksual TƏLƏSİ

asif
Mayami, küçədə iki kişi öpüşür və bu vaxt yaxınlıqdan keçən şəxs qəzəblənərək arvadı və oğlunu oradan tez uzaqlaşdırır. Təxminən bir ay sonra Orlanda şəhərindəki “Pulse” gecə klubuna hücum olur, əfqan əsilli şəxs 50 nəfəri öldürür, 53 nəfəri yaralayır. Və anqlosaksların vətəni “müsəlmanlara ölüm” şüarı ilə bəzənir.

İyunun 12-də əfqan əsilli Amerika vətəndaşı Ömər Matin homoseksualların olduğu gecə klubuna hücum etdi. Onun atası Mir Seddik dərhal bir ay öncəki hadisəni xatırladı. Oğlu arvadı və övladı ilə Mayamidə küçədə öpüşən iki kişini görüb və bundan qəzəblənərək, kluba hücum edib.

Hər şey bu qədər sadə ola bilərdimi? Ömər Matinin keçmişi burada hansısa siyasi hədəflərin olmasına dair şübhələri ön plana çıxarır.

29 yaşlı etnik əfqan “G4S” adlı beynəlxalq təhlükəsizlik şirkətində muzdlu əsgər kimi çalışıb. Bu, sıradan mühafizə xidməti deyil, daha yüksək səviyyəli, peşəkar mütəxəssislərin olduğu qurumdur. Deməli, 50 nəfəri öldürən Ömər odlu silahdan peşəkarcasına istifadə edə bilirmiş. Məlumatlara görə, o, 2013 və 2015-ci illərdə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Suriyada özünü partladan ilk amerikalı kamikadze ilə əlaqədə şübhəli bilinərək dindirilib. Lakin FTB onun ekstremistlərlə əlaqələrini sübut edə bilməyib.

Nə təsadüf ki, Amerikada FTB bir nəfəri – xüsusilə həmin şəxs müsəlmandırsa – hansısa kamikadze ilə əlaqədə şübhəli bilir, iki dəfə dindirir və sərbəst buraxır. ABŞ-ın terrora qarşı siyasətində bu təsadüflərə yer olmadığı məlumdur. “Quantanamo” kabusu haqda yayılan informasiyalar da FTB-nin doğru oldu, olmadı, istənilən şübhəlini bir daha sərbəst buraxmadığını sübut edir. Deməli, “homoseksual qətliamı” ssenarisi əvvəlcədən hazırlanıbmış.

Hadisənin baş vermə xronologiyası da bu ehtimalı gücləndirir. Belə ki, Ömər klubda olanları gecə saat 02:00 radələrində girov götürür və yalnız mühafizəçiləri güllələyir. Digərlərinə toxunmur, yalnız o vaxta qədər ki, saat 05:00 radələrində xüsusi təyinatlıları hadisə yerinə əməliyyata başlayır və bu vaxt Ömər girov götürdüklərini silahla vurur. Burada diqqət çəkən məqam, Ömərin üç saat ərzində niyə heç kimi öldürməməsi, yaxud nəyi gözləməsi olub. Əgər deyilənlər həqiqətdirsə, o zaman, iki kişinin öpüşməsindən qeyzlənən etnik əfqan planını dərhal həyata keçirə və dünyanı ləkələdiklərini hesab etdiyi cinsi azlıqları öldürə bilərdi. Nədən, 3 saat sonra?

Cavabsız qalan bu sual 4 əsr sonra “Köhnə Qitə”nin yoxsul, quldur və əzilən insanlarının köç edərək, okeanın o tayında yaratdıqları cah-cəlallı ABŞ-da yaşanan ikinci “Varfolemey gecəsi”nin arxasındakı hədəfələri önə çıxarır. XVI əsrdə olduğu kimi, dini müharibələr hələ də davam edir.

Birinci hədəf: “Pulse” qətliamının ilkin, daha doğrusu yaxın perspektivə hesablanmış hədəfinin ABŞ-dakı prezident seçkiləri olduğunu göstərir. Noyabr 8-i gününə az qalır və belə görünür ki, demokratların namizədi Hillari Klinton respublikaçıların qalmaqallı namizədi Donald Trampla döyüşməli olacaq.

Tramp müsəlmanlara qarşı düşmən mövqeyi ilə seçilir və onları ölkədən qovmağı tələb edir. Bu, Hillari üçün həm ABŞ-ın müsəlman azlığının, həm də humanizm dəyərlərini müdafiə edən çoxluğun səsini qazanmaq üçün yaxşı fürsətdir. Son reytinqlər də demokratların xeyrinədir. Belə ki, Kanadanın “İpsos” sorğu şirkəti və “Reuters” agentliyinin birgə keçirdiyi sorğuda respondentlərin 46 faizi Klintona, 35 faizi isə Trampa dəstək verib.

Amma müsəlmanın törətdiyi qətliam birbaşa Trampın əlinə oynadı və o, indi rahatlıqla “haqlıyam” deyə biləcək. Elə hadisədən dərhal sonra bunu dedi. Klintonun “müsəlmanlara qarşı savaşmayacam” deməsi isə sanki onun yaranan anti-müsəlman rəyi qarşısında özünümüdafiəsinə bənzəyirdi.
Baş verənlər Trampın prezident seçkilərində “müsəlmanların hədəfində olan Amerika xalqından” daha çox səs ala biləcəyi ehtimalını gücləndirir. Görünür, Amerikanı, elə dünyanı da idarə edənlər Trampın prezident seçilməsini istəyir və bu da səbəbsiz deyil.

a) Respublikaçılar müharibə partiyasıdır və bu partiyadan olan prezident Yaxın Şərqdəki müsəlmanlarla müharibəni davam etdirməkdə israrlı olacaq.

b) Lakin Yaxın Şərqdə müharibə Qərb üçün əlavə miqrant problemi yaradır və bu plana uyğun deyil. Məhz bunun qarşısı ala biləcək şəxs Tramp kimi anti-müsəlman prezident ola bilər.

c) Burada silah və hərbi bosların da marağı var. Hansı ki, demokrat Obama ABŞ ordusunun ölkədən kənarda müharibə aparmasına qarşı idi. İddialar var ki, İŞİD-in yaradılmasının əsasında da “mənim müharibəmin başqaları tərəfindən aparılması” prinsipi dayanır. ABŞ hərbiçilərinin öz sərhədlərindən kənara çıxmaması orduya ayrılan vəsaitin azalması və bosların daha az qazanması deməkdir. Onlara müharibəni sevən prezident lazımdır.

***

İkinci hədəf: “Pulse” qətliamında çoxlarının diqqətdən qaçırdığı, beynəlxalq media korporasiyalarının isə bilərəkdən üzərindən keçdiyi bir detal var: nə üçün hədəf homoseksuallardır. Bu hadisənin yaxın perspektivdə ABŞ daxili seçkilərinə, müharibələrin davam etməsinə və müsəlmanlara qarşı hesablandığı aydın görünür. Amma bu, 11 sentyabr kimi nümunələrdən fərqlənir. Çünki oyunu quran güclər əfqan əsilli Ömərin əli ilə ABŞ-da hansısa uşaq bağçasını və ya insanların sıx olduğu yerləri partlada, yaxud silahlı hücumlar təşkil edə bilərdi. İstənilən bu cür hadisə yenə də Trampın əlini gücləndirəcəkdi. Amma nə üçün homoseksuallar?

Bu sualın cavabını tapmaq üçün 2015-ci il 26 iyun tarixində ABŞ Konstitusiya Məhkəməsinin eyni cinslərin evlənə biləcəyini tanıyan qərarına baxmaq lazımdır. Qərarda deyilir: “ABŞ-ın heç bir ştatı eyni cinslərin evlənməsini qadağan edə bilməz”.

Ardınca prezident Barak Obama bunu “bərabərlik mübarizəsində böyük məsafə qət edildi” deyə qiymətləndirdi. Dövlət katibi Con Kerrinin açıqlamasında isə Amerikanın gələcək hədəfi aydın göründü.

“Məhkəmənin qərarı dünyanın bütün nöqtələrinə çatdırıldı. Ayrı-seçkiliyi qəbul edən heç bir qanun ədalətin qarşısına keçə bilməz”, – deyə ABŞ-ın xarici siyasətini yürüdən bu şəxs bəyan etdi. Dolayısı ilə o, bütün ölkələri eyni cinslərin hüquqlarını tanımağa çağırdı.

Güman ki, yaxın gələcəkdə homoseksualların hüquqları ilə bağlı dünyada böyük kampaniya başlayacaq. Burada hədəf aydın görünür.

1. Adətən demokratiya adı altında ölkələri daxili işlərinə müdaxilə siyasəti müşahidə olunur. Bu prosesdə əsas vasitə siyasi məhbuslar, jurnalistlər, etnik azlıqlar və digərləridir. Lakin o da faktdır ki, Qərbin bu vasitələri nə üçün istifadə etdiyi artıq ifşa olunur. Bununla yanaşı, həmişə “cəsarətli siyasəti, yaxud jurnalist” tapmaq da çətin olur. Beləliklə, Qərb homoseksualların hüquqlarını müdafiə etməklə müdaxilə siyasətində vasitələri dəyişir. Hər-halda hər ölkədə homoseksual tapmaq, “cəsarətli siyasəti”, yaxud “cəsarətli jurnalist” tapmaqdan daha asandır.

2. Nə qədər konsproloji yanaşma olsa da, homoseksuallığın leqallaşdırılmasının dünya əhalisinin sayının azaldılması siyasətinin bir parçası olduğunu deyə bilərik. İndiyə qədər müharibələr, kimyəvi silahlar, viruslar və keyfiyyətsiz qidalarla aparılan bu siyasətin onu tətbiq edən ölkələr, yaxud güclər üçün əks-effekti olur. Lakin homoseksualizm yeganə təsirli və zərərsiz vasitədir.

Bu siyasətdə ABŞ-ın viran qoyduğu Əfqanıstandan mühacir etmiş ailənin övladı olan Ömər və onun “homoseksual qətliamı” böyük pazlın yalnız kiçik və ilk parçasıdır. Haqlı olaraq “Ömərin homoseksualları güllənin ağzına verməsi ilə ABŞ-ın “homoseksual siyasəti” arasında nə əlaqə var?” deyə sual doğur.

“Mümkünsüz”, “Radikal”, “Məqbul”, “Məntiqli”, “Məşhurluq”, “Siyasi hədəf”.

Haqlı sualın cavabını yuxarıda göstərilən beş hissədən ibarət “Overton pəncəsi”də tapa bilərik.

“İstənilən hər şeyi leqallaşdırmaq mümkündür” prinsipini müdafiə edən bu nəzəriyyənin banisi 2003-cü ildə təyyarə qəzasında həlak olan Cozef Overtondur. Amerikalı elektron mühəndis və hüquqşünasın beş pəncərədən ibarət olan nəzəriyyəsinə görə, homoseksuallığı, uşaq evtanaziyasını, hannibalizmi, bir sözlə cəmiyyət üçün mümkünsüz görünən hər şeyi qəbul etdirmək olar. Belə ki, cəmiyyətin qəbul edə bilmədiyi məsələ əvvəlcə “mümkünsüz” pəncərəsinə daxil olur. Onun “Radikal” pəncərəyə keçidi üçün müəyyən qrupların təqibinə, təzyiqinə məruz qalması lazımdır. Ardınca cəmiyyətin humanist simptomları işə düşür və radikalların qəbul etmədiyi məsələni yaxına buraxmağa başlayır, beləliklə “Məqbul” pəncərəsi açılır. Sonra ictimai müzakirələr təşkil edilir və qəbul edilməyən məsələ məntiqlə qəbul etdirilir. “Məntiq” pəncərəsinin ardınca “Məşhurluq” pəncərəsi gəlir. Misal üçün, homoseksual siyasətinin prezident və ya nazir seçilməsi, yaxud bu kateqoriyadan olan müğənnilərin “Eurovision” kimi yarışlarda birincilik əldə etməsi, yəni onların məşhurlaşdırlaraq, “ideal” halına gətirilməsi. Ən son pəncərə “Siyasi hədəf”dir. Bu qəbul edilməyən məsələnin ölkələrin siyasi prioritetinə çevrilməsidir.

“Overton pəncəsi” Qərb yarımkürəsində dördüncü – “məşhurluq” mərhələsinin son etapındadır. Homoseksuallıq kimi qəbul edilməyən məsələnin siyasi prioritetə çevrilməsi prosesi artıq başlanıb.

Lakin Şərq yarımkürəsi, xüsusilə müsəlman ölkələri bunu qəbul etmir və onlar üçün ilk etap – mümkünsüzü mümkünə çevirmə mərhələsi başlanıb. Ömər mümkünsüz olan homoseksuallığa qarşı cəmiyyətin humanist simptomlarının yaranmasında “radikal obrazdır”. Onun böyük pazlda ilk parça olmasının səbəbi də budur.

Öməri, “homoseksual qətliam”ı, ABŞ prezident seçkilərini və “Overton pəncərəsi”ni ümumiləşdirdikdə “Böyük pazl”ın parçaları bir-bir yerinə oturur.

– Hadisəni əfqan əsilli müsəlmanın törətməsi Trampın mövqeyini möhkəmləndirdi.

– Trampı prezident görmək istəyənlər müsəlmanlara qarşı yeni etiraz dalğası üçün növbəti əsas yaratdılar.

– Homoseksualların öldürülməsi onu leqallaşdırma siyasətində böyük rol oynayacaq.

– Artıq müsəlman dünyası üçün “Overton pəncərəsi”nin ikisi açılıb, üçüncü mərhələ – “Məqbul” başlayır.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir