Şimdi yükleniyor

Fuad Gahramanlı: Gültəkin Hacıbəyli məsələsində Boraltan olayı təkrarlanacaqmı i?

Ərdoğan Azərbaycan xalqının rəyini də nəzərə almalıdır

Gültəkin xanım artıq bir həftədir ki, Türkiyədə Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır. Onu təkadamlıq kamerada saxlayırlar, kamerasında oturmağa stul belə verilmir. Gəzintiyə də çıxarılmır, bütün gününü 6 kvadratmetrlik kamerada keçirir. Yanına sovqat da qəbul etmirlər. G-82 koduna uyğun olaraq “yabancı terror təşkilatının üzvü” kimi xüsusi sərt nəzarət rejimində saxlanılır.

Halbuki o, həbsxanada deyil, üzərində rəsmi cinayət ittihamı yoxdur, ancaq bununla belə onunla təhlükəli bir terrorçu kimi rəftar olunur. Bu məntəqədə geri göndərilməli olan şəxslər daha sərbəst və rahat şəraitdə saxlanıldıqları halda, Gültəkin xanımı onlardan ayırıb bu cür əzazil münasibət göstərmək, açıq şəkildə ədalətsizlik və hüquqa zidd davranışdır.

Adətən Türkiyədən deportasiya olunan şəxslərin qarşısında öz istədikləri ölkəyə geri dönmək tələbi qoyulur. Ancaq Gültəkin xanımla bağlı vəziyyət fərqlidir. Ona belə bir hüquq tanınmayıb. Bir qayda olaraq G-82 kodu o zaman tətbiq edilir ki, həmin şəxslər dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terrorçu hesab olunurlar və bu koda əsasən həmin şəxslər tutularaq məcburi qaydada öz ölkələrinə təhvil verilirlər. Buna görə də G-82 kodu Gültəkin xanımı basqa bir ölkəyə getmək imkanından məhrum etmək və məcburi qaydada Azərbaycana təhvil vermək üçün ona tətbiq olunub.

Ümid edirik ki, Türkiyə hakimiyyəti məsələnin həssaslığını nəzərə alacaq və vaxtilə Ərdoğanın iki dəfə Türkiyəyə daimi yaşamaq üçün dəvət etdiyi Gültəkin xanımı bu dəfə məcburi qaydada Azərbaycana həbsə göndərməyəcək. Bu məsələdə Türkiyə hakimiyyətinin verəcəyi mənfi qərar təkcə Gültəkin xanıma münasibətdə ədalətsiz ədalətsiz davranış kimi görünməyəcək, , həm də Boraltan faciəsinin acı xatirəsini milli yaddaşımızda yenidən canlandıraraq, ölkəmizdə Türkiyəni sevənləri dərin bir məyusluğa, xəyal qırıqlığına düçar edəcək. Ona görə də Türkiyə iqtidarı Azərbaycan hakimiyyətinin Gültəkin xanımı geri istəmə tələbini nəzərdən keçirərkən, Azərbaycan cəmiyyətinin Türkiyəyə olan gözləntisini də mütləq nəzərə almalıdır.
Fuad Gahramanlı

Yorum gönder