Şimdi yükleniyor

Kamal Aliyev: ABS-nin yeni Milli Tehlükesizlik Strategiyasindan ne gözlemeliyik?

ABŞ-nin 3 gün əvvəl qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyasına nəzər yetirdikdə anlamış oluruq ki,Rusiya əvvəlki kimi Vaşinqton üçün “təhdid”rolunu oynamır.İndi biz bu konsepsiyadan o qənaətə gəlirik ki,Vaşinqton artan Çin təsirinə qarşı Rusiyadan umacagı iki şey var:Pekinə qarşı rəqabətdə Moskva ya amerikalıların yanında olsun,ya da neytral mövqe tutsun.Düşünürəm ki,Moskva iki opsiyaya-neytral mövqeyə üstünlük verəcək.Ancaq bu da ABŞ-nin strateji hədəfləri ilə üst-üstə düşür.

Yeni Təhlükəsizlik Strategiyasında(MTS)Vaşinqtonun Avropa İttifaqına diqqətinin azaldıgını görürük.Ancaq bu,o demək deyil ki,ABŞ kontinental Avropanı birdəfəlik tərk edəcək.Ehtimal budur ki,amerikalılar Avropadakı hərbi mövcudluglarını qismən tərk etsinlər.Sadə izahla deyim ki,ABŞ avropalılara deyir ki,müdafiəniz və təhlükəsizliyinizlə özünüz məşgul olun.Təsəvvür edin ki,NATO xarici işlər nazirlərinin son yıgıncagında ABŞ-nin dövlət katibi M.Rubio iştirak etmədi.Bu,NATO tarixində bir ilk idi.

Ukrayna mövzusuna gəlincə,Kiyev yaxın həftələrdə Trampın sülh planına(əslində Tramp&Putin anlaşması)razılaşacaq,Bu,faktiki olaraq Kiyevin imzalayacagı kapituliyasiya aktı olacaq.Ukrayna prezidenti Zelenskinin başqa çıxış yolu yixdur:ya Trampın planına “hə”deyəcək,ya da daha çox ərazinin itirilməsi reallıgı ilə üz-üzə qalacaq.V.Zelenski və onun adminstrasiyası dərk edir ki,ABŞ olmasa,müharibədən salamat çıxmaq olduqca müşküldür.

Digər yandan,ABŞ-,nin yeni Milli Təhlükəsizlik Strategiyasında İranla hesablaşma,bu ölkənin regiondakı təsir gücünün minimallaşdırılması da prioritetlərdəndir.Dogrudur,Vaşinqton yeni strateji hədəflərində Yaxın Şərq cografiyasını vacib hesab etməsə də,İranın regiondakı ekspansiya siyasətinə qarşı mübarizəsini davam etdirəcək.

-Onu da qeyd etmək yerinə düşər ki,yeni MTS-də demokratiya,insan hüquqları kimi mövzulara qətiyyən əhəmiyyət verilməyib.Əksinə,qlobalistlərin dünya görüşünə əsaslanan liberal ideologiya arxa plana keçirilir.

Yorum gönder