Rusya: ABD, Türkiye ile askeri teknik işbirliğimizden vazgeçtirtmeye çalışıyor

Afganistan Türklüğü ve Türk Dünyasının Büyük İmtihanı

Rusya’nın anadil dersleri politikası faciası

ABD heyeti, Ankara’da İran yaptırımlarını görüştü

Rusiya-Türkiyə gərginliyi bütün post-sovet məkanını və Türkistanı əhatə edə bilər” – Həsən Oktay

Manşet Üstü 7 Ocak 2016
688

Rusiya-Türkiyə gərginliyi bütün post-sovet məkanını və Türkistanı əhatə edə bilər” – Həsən Oktay

 

Təyyarə olayı ilə gərginləşən Rusiya-Türkiyə münasibətləri günbəgün daha da pisləşir. Rusiya Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edir, eyni zamanda təhdid yaradan fəaliyyətlini artırır. Bu durum regiona, özəlliklə həssas bölgə olan Qafqaza necə təsir edəcək? Mövzunu Türkiyədə fəaliyyət göstərən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri başqanı Hasan Oktayla dəyərləndirdik:

– Həsən bəy, Rusiya və Türkiyə arasında hazırkı vəziyyət, münasibətlərin gərginləşməsi regiona hansı təsirləri göstərə bilər?

– Rusiya-Türkiyə böhranı yaxın gələcəkdə normallaşma mərhələsinə qədəm qoymasa, bu vəziyyət bütün Rusiya coğrafiyası və Türkistanı əhatə edəcək. Xüsusən də, keçmiş sovet coğrafiyası başda olmaqla, Rusiyada Qafqaz, Türkiyədə isə Şərqi Anadolu böyük risk altındadır. Bu risk hər iki dövləti narahat etməyə kifayət edəcək qədər böyük önəm daşıyır. Türkiyə və Rusiya öz aralarında bu gərginliyi diplomatik yollarla tənzimləməyə çalışmalıdırlar. Türkiyə Türk dünyasını vasitəçi olaraq prosesə daxil etməliydi. Amma bunun əvəzinə Türk dünyasının tərəf olmasını istədi və bundan ən çox Azərbaycan təsirləndi. Azərbaycanın Qərb bloku tərəfində olması gözlənildiyi halda, rus cəbhəsinin sərt təpkisi ilə qarşılaşdı. Belkə də bunda Türkiyə baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı verdiyi açıqlamaların da təsiri oldu. Qırğızıstan dövləti bu gedişatı düzgün oxuyaraq, Türkiyənin lehinə deyil, ortada olan bir açıqlama verməyə məcbur oldu. Türk dünyası bu böhranda ən azı tərəfsiz qalaraq vasitəçi rolunu oynaya bilərdi.

İndi isə bütün nəzərlər Qafqazlara çevrilib. 3 müstəqil Qafqaz respublikası Rusiya-Türkiyə qarşıdurmasının təsirini hiss edən dövlətlərdir. Ermənistan yaxın mərhələdə Rusiyanı öz tərəfinə çəkməklə bölgədə üstünlüyü ələ almaq və bununla da Qarabağ münaqişəsində Rusiyanın tam dəstəyi alacağını hesablayır. Gürcüstan isə Türkiyəni itirməmək niyyətindədir. Ancaq eyni zamanda 2008-ci ildə olduğu kimi növbəti dəfə Rusiyanın hücumuna məruz qalmaq da istəmir. Ona göər də balanslı siyasət aparmaqla prosesləri izləyir.

 

Amma əsas problem Şimali Qafqazda olacaq. Suriyada rus bombardmanına məruz qalan qruplar bir yolla Şimali Qafqaza daxil olacaqlar. Əslində bütün dünya da indi elə bunu gözləyir. Rusiya bir tərəfdən iqtisadi böhran yaşayır, digər tərəfdən də Şimali Qafqazda terror aktlarının artması gözlənilir. Burada Çeçenistan lideri Ramzan Kadırov Putinin tərəfdarı kimi ilkin olaraq Türkiyənin təpkisini qazansa da, bölgədə yenidən terrorun baş qaldırmasının önündə dayandı. Ən azından rus ordusunun Çeçenistana daha çox təzyiq etməsinin qarşısını ala bildi. Amma bütün bunlarla yanaşı, Şimali Qafqaz hazırda partlamağa hazır olan “barıt çəlləyi”nə bənzəyir. Şimalda bu proseslər baş verdiyi bir zamanda cənubda hər nə qədər Ermənistan-Rusiya əlaqələri strateji müttəfiqliyə çevrilsə də, Qarabağ bölgənin hələ də ən qaynar və yumşaq qarnı olaraq qalır.

“Qarabağ danışıqlarının əsas ünvanı Moskva, Ankara, Bakı və İrəvandır”

 

– Bəzi analitiklərə görə, Rusiya-Türkiyə münasibətləri qarşıdakı dönəmdə daha da pisləşəcək. Siz necə düşünürsünüz, vəziyyət daha da pisə doğru dəyişə bilərmi?

 

– Bəli, Qafqaz və keçmiş sovet respublikaları mərkəzdə olmaqla, durumun daha da pisləşəcəyi güman olunur. Beynəlxalq güclər türk-rus savaşı yaratmaqla, supergüc olmağa çalışan bu iki dövləti zəiflətməyə çalışırlar. İran qüruru sındırılmış gənc psixologiyası ilə hərəkət edən Rusiyanı əl altından Türk dünyasına qarşı yönləndirir. Xüsusən də, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik Azərbaycan-Gürcüstan xəttində özünü gözləndiyindən də qabarıq şəkildə büruzə verəcək. Bu günlərdə Borçalı bölgəsində, Pankisi dərəsində şiə-vəhhabi toqquşmaları başlaya bilər. Bu toqquşmalar qısa zamanda bütün Cənubi Qafqaza yayıla bilər.

 

– Bu vəziyyət bütövlükdə Qafqazda duruma necə təsir edə bilər? 

– Şiə-vəhhabi qarşıdurması bütün Qafqazı bürüyə bilər. Azərbaycan əhalisinin böyük bir qisminin şiə olmasına baxmayaraq, azərbaycanlıların bu qarşıdurmalara qarışmayacağını düşünürəm. Amma Borçalı bölgəsində durumun nəzarətdən çıxması və bunun da istər-istəməz Azərbaycana təsir etməsi qaçılmazdır. Azərbaycandan İŞİD-ə qatılanların olması, eyni zamanda İranda təhsil almış və şiəliyi farslıq kimi görən bəzi din adamlarının qızışdırması ilə ölkədə gərginliyi artıra bilər. Türkiyə-Rusiya gərginliyinin davam etdiyi bir vaxtda İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin baş qaldırması türk-rus qarşıdurması ilə yanaşı, Türk dünyasında şiə-sünni gərginliyi də yarada bilər. Qafqazda başlayan qarşıdurma Türk dünyasına da yayıla bilər. Bu prosesdə maraqlı olan güc mərkəzləri vəziyyəti daha da dramatikləşdirə bilərlər.

“Son olayların fonunda Qafqazda dini zəmində qarşıdurma yaratmaq cəhdləri hiss olunur”

 

– Bütün bunların fonunda bir də Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş torpaqları mövzusu ən ciddi gərginlik ocağı olaraq, qalmaqdadır. Necə düşünürsünüz, bu gərgin atmosferin içərisində 2016-cı ildə Ermənistan və Azərbaycan arasında savaş başlaya bilərmi? 

– Əslində mənim düşüncəmə görə, yaranmış vəziyyət Qarabağda sülhü daha da yaxınlaşdırır. Əgər diplomatiya fəallaşıb, lazımi işi ortaya qoymasa, bu münaqişə daha 20 il də uzana bilər. Ermənistan onun üçün böyük bir yük olan Dağlıq Qarabağı daha artıq daşımaq istəməməklə yanaşı, türk-rus gərginliyindən bir fürsət kimi istifadə edərək, Rusiyanın dəstəyi ilə ilk olaraq, Qarabağı Rusiyanın, daha sonra isə özünün tanımasını təmin etməyə çalışa bilər. Bu vəziyyət hər nə qədər bu gün zəif ehtimal kimi görünsə də, daha öncəki təcrübələrdən çıxış etdikdə mümkündür. Bu vəziyyətdə əsas yük Azərbaycan diplomatiyasının üzərinə düşür. Diplomatiya fəallaşdırılıb, tezliklə danışıqları bərpa etməlidir, əks halda Azərbaycan savaşa hazırlaşmalıdır.

 

– Bəzi ekspertlər Azərbaycan dövlətinin bu il işğal altındakı torpaqlarının azad edilməsi üçün hərbi əməliyyatları başladacağını ehtimal edirlər…

 

– Azərbaycan Rusiyanın dəstəyini almaqla, Qarabağda savaşı başlatmaq istəyir. Bu, əslində pis fikir deyil. Əgər belə bir əməliyyat olarsa, yenə də ilk növbədə Azərbaycan daha öncədən tədbirli davranıb, beynəlxalq birliyə məqsədlərini anladıb, maksimum dəstəyə nail olmalıdır. Başladılacaq savaş legitim və Azərbaycanın işğal olunmuş ərazilərinin təmizlənməsi hüququnu təmin etməsi cəhdi olaraq, qəbul olunmalıdır.

Bunun üçün sürətli və çevik hərbi təmizləmə əməliyyatı başladılmalıdır. O qədər sürətli ki, beynəlxalq qurumlar artıq işə qarışanda Azərbaycan haqlı mövqeyinə çata bilmiş olsun. Lakin yenə də düşünürəm ki, savaş bu məsələdə son çarədir. Çünki diplomatiyanın imkanlarının tükəndiyini düşünmürəm. Savaş olmadan belə, diplomatiyanın problemin həllinə nail olacağına inanıram. Sadəcə, yanaşma dəqiq seçilməlidir. Qarabağ danışıqlarında əsas ünvan Moskva, Ankara, Bakı və İrəvandır. Vaşinqton və Paris sadəcə, bu anlaşmaları təsdiqləyəcəklər. Lakin hər bir halda, savaş son çarədir və təbii ki, masada qalmaqda davam edir. Amma bunun 2016-cı ildə və ya daha sonrakı təqvimdə olacağını zaman göstərəcək.

Kənan Rövşənoğlu,

Musavat.com

Yorumlar