Rusya: ABD, Türkiye ile askeri teknik işbirliğimizden vazgeçtirtmeye çalışıyor

Afganistan Türklüğü ve Türk Dünyasının Büyük İmtihanı

Rusya’nın anadil dersleri politikası faciası

ABD heyeti, Ankara’da İran yaptırımlarını görüştü

PUTİN TRAMPLA GÖRÜŞDƏN DİVİDENT QAZANMAĞA ÜMİD EDİR

Gündem, Rusya 28 Haziran 2018
26

ABŞ prezidenti Donald Tramp qatı düşməni Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra həvəslənərək rusiyalı həmkarı Vladimir Putinlə də görüşməyə qərar verdi. Bu məqsədlə o Moskvaya milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu Moskvaya göndərdi. Bolton Rusiyanın ən qatı tənqidçilərindən sayılır. Buna baxmayaraq, şefinin tələbi ilə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu görüşdə prezidentlərin görüş yeri və tarixi müəyyənləşdi.

Görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır. Avropada tək-tük ölkə lderi var ki, Putini ölkəsinə səfərə dəvət edə bilərlər. Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir. Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, (Ukrayna, Krımın işğalı, Suriya, kibermüharibə) hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmanın özü belə Putinə əlavə dividentlər gətirəcək. Putin bilir ki, buna görə Trampa qarşı Konqres daha da sərtləşəcək. Digər tərəfdən Putinin o da xoşuna gəlir birincisi, Tramp Ukrayna məsələsində israrçı deyil, tam əksinə Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, ikincisi, Rusiyanı “böyük yeddilərə” qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur.
Elhan Şahinoğlu

Yorumlar