Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

İranın ərəblər yaşayan bölgələri yenə qaynayır

Gündem, İran 1 Temmuz 2018
57

MBS və Ayətullah Mayk bütün yatırımı ərəblər üzərinə qoyub. Xürrəmşəhri küçə etirazları bürüyüb, tezliklə digər şəhərlərə (Əhvaz kimi) da yayıla bilər.

Amma mənim diqqətimi başqa bir şey çəkdi. Vaşinqtonda İrana həsr olunmuş siyasi konfrans keçirilib. İranda etirazların davam etdiyi bir zamanda bir mənada siyasi həmrəylik tədbiridir. Bütün etnik qrupları da toplayıblar, hamısının təmsilçiləri çıxış etdi.

Azərbaycandan da bir təmsilçi çıxış etdi. O deyir ki. biz də başqa etnik azlıqlarla birlikdə İrandakı mövcud rejimin dəyişməsi üçün çiyin-çiyinə mübarizə aparmağa razıyıq. Amma təminat isəyirik. Çünki keçən əsrdə 3 dəfə inqilab eləmişik. amma haqlarımızı ala bilməmişik. Xalqı (azərbaycanlıları) hərəkətə gətirmək üçün təminat lazımdır və sair.

Yəni belə anlaşılır ki, Amerika etnikləri qızışdırmaq istəyir. Əsas hədəf isə ərəblər və kürdlərdir. Ərəblərə ona görə çox maya qoyulur ki, Səudiyyə onlara körfəz vasitəsilə təsir edə bilir. Kürdlər də məlum məsələdir. hər zaman narazı toplumdur. Amma azərbaycanlılar qalxmır. Çünki təminatları yoxdur. İranda indi pis-yaxşı dövlətin başında azərbaycanlıdır. dövlətdə söz sahibi də ordu və digər sahələrdə azərbaycanlılar çoxdur. Tutaq ki, demokratik İran respublikası qurulsa, ya da Şahlıq qayıtsaü indiki haqlar da olmaya bilər. Buna isə təminat yoxdur. Yəni azərbaycanlılar üçün İranı qarışdırmaq provokasiyası kəsilməmiş qarpızdır və təminat verən də yoxdur.

İranın əhalisi sürətlə artır. yaxın bir neçə ilə 90 və sonra 100 milyon olacaq. Ərəblərin orda etnik təməlli qızışdırmaları isə İranda rejim dəyişikliyi deyil, regional müstəvidə xaos və vətəndaş müharibəsinə səbəb ola bilər. Bu isə gözlənilən ən pis sonluqdur.
Kenan Rovşenoğlu kafkassam bakü

Yorumlar