PREZİDENT KİMİN TƏRƏFİNDƏDİR?

Nikol Paşinyan Ermənistanın Saakaşvilisi ola biləcəkmi ?

Rus senatör: Türkiye en doğrusunu yaptı, altını ABD’de bulundurmak çok tehlikeli

Devleti Okumak

ERMƏNİ LOBBİSİNİN XOCALI SOYQIRIMINI UNUTDURA BİLMƏMƏSİNİN İKİ ÖNƏMLİ SƏBƏBİ

Gündem 22 Şubat 2018
56


Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin dekan müavini

Xocalı soyqırımı həm də ona görə böyük faciə sayılmalıdır ki, ermənilər uzun illər çörəyini, işini, torpaqı onlarla paylaşdığı xalqın nümayəndələrini uf demədən qətlə yetirdilər. O torpaqlar ki, min illərdir oğuz türklərinə məxsusdur.

Xocalı – azərbaycanlıların XX əsrdə üzləşdiyi böyük faciələrdən biridir. Bundan əvvəl də hər şeyimizi paylaşdığımız ermənilər bizə arxadan zərbə vurdular. 1918-ci ilin martında, başda Bakı olmaqla Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində törədilən qətliamlar bunun bariz nümunəsidir. Bu qətliamları törədənlərin İkinci Dünya Müharibəsi zamanı yəhudiləri bir millət olaraq yer üzündən silmək əmrini verənlərdən və ya ötən əsrin 90-cı illərdə Bosniyanın Srebrenitsa şəhərində müsəlman olduqlarına görə öldürməyə əmr verənlərdən heç bir fərqi yoxdur. Ancaq bir fərq var! Yəhudlərin və bosniyalı müsəlmanların qətliamına əmr verənlər layiq olduqları cəzanı aldılar, Xocalı soyqırımını əmr verənlər və həyata keçirənlər isə hələ azadlıqdadırlar.

Məşhur ingilis tədqiqatçı jurnalist Tomas de Val müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabında müsahibə götürdüyü Serj Sarkisyanın dediklərinə istinadən bunları yazıb: “Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”.

Ermənistan prezidentinin bu ifadəsi kifayətdir ki, Serj Sarkisyan Xocalı soyqırımını planlaşdıranlardan biri kimi beynəlxalq məhkəmə qarşısında cavab versin. Erməni separatçıları yalandan iddia edirlər ki, guya Xocalıda mülki insanları qətlə yetirməyiblər. Ancaq elə özlərinin liderinin Tomas De Vala dediyi sözlər bunun belə əksini sübut edir, mülki insanları öldürəcəklərini və azərbaycanlılara qarşı qətliamın əvvəlcədən planlaşdırdıqlarını ortaya qoyur.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut da bu fikirdədir ki, Xocalı soyqrımını planlaşdıranlar – Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyan Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır.

Fikrimcə, Robert Köçəryan və Serj Sarkisyan zamanında ona görə Levon Ter-Petrosyanı prezidentlikdən devirdilər ki, Ermənistanın keçmiş dövlət başçısı Azərbaycanla “mərhələli həll” planı əsasında sülhə razılaşmasın. Sülh sazişi imzalansaydı, Xocalı soyqırımının günahkarları haqqında da müzakirələr başlanmalıydı. Bu müzakirələr isə Serj Sərkisyanın və Robert Köçəryanın adlarının hallanmasına şərait yaradacaqdı. Bu səbəbdən Robert Köçəryan-Serj Sarkisyan cütlüyü sülhə mane oldular və bu günə qədər də erməni xalqını əsarətlərində saxlayırlar.

Xocalı soyqırımı onlarla ölkənin parlamenti və ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları tərəfindən tanınıb. Bu tanınma Ermənistan hakimiyyətinə və erməni lobbisinə böyük zərbədir. Çünki, onlar əllərindən gələni etməyə hazırıydılar ki, bəşəriyyət Xocalı soyqırımını unutsun, bu haqda danışmasın. Ancaq erməni lobbisi dünyanın müxtəlif ölkələrində nə qədər güclü olsa da, Xocalı soyqrımını arxa plana keçirməyi bacarmadı. Bunun iki önəmli səbəbi var.

Birinci səbəb Xocalı soyqırımının yaxın tarixdə baş verməsidir və faciənin miqyasını azaltmaq mümkün deyil. Misal üçün erməni lobbisi ötən 100 ildə “erməni soyqırımını” müxtəlif ölkələrin parlamentlərində tanınmasına nail olub. Bugünlərdə Niderland parlamenti də saxta soyqırımı tanıyan qətnamə qəbul edib. Ancaq məsələ burasındadır ki, “erməni soyqırımını” tanıyan ölkələr bunu heç də ermənilərin tarixinə ürəkləri yandıqlarına görə etməyiblər, əsas məqsədləri saxta soyqırımı tanımaqla Türkiyəni cəzalandırmaqdır. Çünki Türkiyənin illərdir bölgədə artan rolu bir sıra Qərb ölkəsini narahat edir. Buna baxmayaraq, elə həmin ölkələrin parlamentlərinin bir qismi Xocalı soyqırımını da tanıyıb ki, bununla Ermənistan hakimiyyətini və erməni lobbisini xəyal qırıqlığına uğradıblar. Məsələ burasındadır ki, Xocalı soyqırımı ilə saxta erməni soyqırımı arasında böyük fərq var. 100 il əvvəl baş tutduğu iddia edilən “erməni soyqırımını” təsdiq edən sənədlər və “şahidlər” həyatda yoxdurlar. Xocalı soyqırımı isə 26 bundan əvvəl baş verib, kifayət qədər canlı şahid, görüntülər və foto şəkillər var. Bunu inkar etmək mümkün deyil.

İkinci səbəb Azərbaycan hakimiyyətinin və Heydər Əliyev Fondunun Xocalı soyqırımını dünyada tanıtdırmaq istiqamətində apardığı fəaliyyətdir.

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 1993-cü ildə təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi qərar nəticəsində, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi:

“Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.

Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ildə Xocalı soyqırımı haqqında bunları qeyd edib:

“Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi”.

Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası Azərbaycan hüdudlarından min kilometrlərə uzaqlarda aparılır, dünya dövlətlərinin sakinlərinə baş verən soyqırımın miqyası anlatılır. Bu siyasət bu gün də davam edir. “Xocalıya ədalət” kampaniyasının aparıcı qüvvəsi gənclərimizdir, o gənclər ki, Xocalı soyqırımı baş verəndə hələ anadan olmamışdılar. Ancaq Xocalı Azərbaycan xalqının qanayan yarasına çevrildiyindən gənclərimiz də soyqırımının dünya miqyasında tanınması istiqamətində başlıca qüvvəmiziə çevriliblər.

Heç kim və heç nə unudulmur!

Yorumlar