Ermenistan’ın kahraman katili ve hırsızı Manvel Grigoryan neden tutuklandı?

ОБРАЩЕНИЕ ДРУЗЕЙ К СВОИМ ОБЩЕСТВАМ

İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

DAİŞ-in nə zamansa İranı hədəf seçəcəyi bəlli idi

İran 7 Haziran 2017
278

Bəri başdan deyim ki, İran parlamentində və Xomeyninin movzoleyində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf DAİŞ-in dəst xəttidir.
Əslində DAİŞ-in nə zamansa İranı da hədəf alacağı gözlənilən idi. DAİŞ ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə DAİŞ-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. DAİŞ cavab aksiyası kimi 3 dövlətin ikisində – Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, qalmışdı bircə İran, ona da əli çatdı. DAİŞ-in məqsədi İranı daxildən qarışdırmaqdır. Bundan sonra nə baş verə bilər?
İranın iki yolu var. Birinci yol ölkədə təhlükəsizlik tədbrilərini gücləndirərək, Suriya və iraqda DAİŞ-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq. İkinci yol İranda hakimiyyətə müxaif olan və fərqli düşünən bütün qüvvələrə qarşı “terrora dəstək” adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaq. İkinci yol İrana yaxşı heç nə vəd etmir, əksinə DAİŞ-in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya və nə də Fransadır ki, terrorla üzləşdikdən sonra “azadlıqların təminatı yoxsa sabitlik” dillemması qarşısında qalsın. Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu İranın daxili problemlərini bir az daha artıracaq. DAİŞ-ə də elə bunu istəyir.
Terror Azərbaycanın qonşuluğuna çatıb. Azərbaycan DAİŞ-ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən DAİŞ sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi porblematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər də var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq. “Əcinnə ovu”na əsla əsas verməməliyik, bunun əksi DAİŞ-in maraqlarına cavab verər.
Elhan Şahinoğlu

Yorumlar