KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Vladislav Surkov: Xaos hara getdi?

Vladislav Surkov: Xaos hara getdi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
291 0

Bəzən Rusiya hökümətinin qeyri-rəsmi ideoloqu hesab edilən, “Rus baharının xaç atası” çağırılan Vladislav Surkovun “Xaos hara getdi” adlı yeni məqaləsi dərc edilmişdir.

Bu məqalənin əsas tezisləri aşağıdakılardır:

1) İstər dövlət və cəmiyyətdə vaxt keçdikcə entropiya (xaos) artır və dövlətlər daxili sabitliyi qorumaqdan ötrü onu hansısa yollarla zərərsizləşdirməli (sistemədən kənar çıxartmalı) olurlar. Rusiya da istisna deyil. Sovet İttifaqının dağılması və 1990-ların qarmaqarışıqlığı məhz illərdir Sovet sisteminin içində yığılmış xaosun azadlığa buraxılmasına görə baş vermişdir.

2) Tarixən, Rus dövləti xaosu zərərsizləşdirməyin yeganə yolu kimi xarici ekspansiyanı görürdü və məhz buna görə Rusiya demək olar ki həmişə genişlənməkdə idi və ya genişlənməyi planlaşdırırdı.

3) Hazırda dünyada əsas xaos ixracatçısı ABŞ-dır, amma Rusiyada da, Çində də müvafiq enerjilər toplanmaqdadır və bu da yaxın gələcəkdə partlayışlara səbəb ola bilər.

4) Bir neçə böyük qüvvə eyni zamanda belə partlayışlar yaşadığı dövrlərdə dünyada böyük münaqişələr baş verir və onun nəticəsində xaosun və destruktiv enerjinin dözülməzliyi o həddə çatır ki, böyük oyunçular bir araya gəlib münaqişələri bitirmək və yeni sabit dünya nizamını yaratmaq üçün kompromislərə hazır olurlar.

5) Beləliklə, xaosun artdığı dövrün sonlarında dünyada yenibir nizam formalaşmalıdır və bu nizamda Rusiya yenə əsas payçılardan biri olmağa məhkumdur.

6) Rusiyanın genişlənməsi siyasi seçim deyil, fizika məsələsidir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir